Yuxarı

Siqaret bahalaşdı - Səbəb

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün ölkə ərazisində siqaretlərin pərakəndə satış qiyməti artıb.

APA-nın məlumatına görə, tütün məmulatlarının pərakəndə satış qiymətində orta hesabla 0,5 manat artım müşahidə olunur.

Bu, ötən ilin dekabr ayının 21-də Mərkəzi Bankın İdarə Heyətinin üzən məzənnə rejiminə keçidlə bağlı qəbul etdiyi qərardan sonra ikinci qiymət artımıdır. Xatırladaq ki, dekabrın 21-də manatın 48% dəyərdən düşməsindən sonra tütün məmulatlarının qiymətində təxminən yarıbayarı bahalaşma müşahidə olunub.

Növbəti qiymət artımının siqnalları ötən günün sonunda gəlməyə başlayıb. Belə ki, topdansatış nöqtələrində siqaretin satışı dayandırılmışdı. Gözlənilən baş verdi - qiymətlər təxminən 0,50-0,70 manat artıb.

Bazarda böyük pay sahibi olan şirkətlərdən biri "Japan Tobacco International Baku"dan bildirilib ki, tütün məmulatlarının bahalaşmasına səbəb dolların real məzənnəsinin artımı ilə bağlıdır.

Məlum olduğu kimi, tütün məmulatlarının istehsalı idxala bağlı olan prosesdir. Artıq uzun müddətdir davam edən dolların bahalaşması bu sahəyə təsir etməkdədir.

İqtisadiyyat və Sənaye Nazirliyindən isə bildiriblər ki, hazırda tütün məmulatlarının bahalaşması ilə bağlı araşdırma aparılır və gün ərzində ictimaiyyətə bahalaşmanın səbəbləri və araşdırmanın nəticələri açıqlanacaq.

Tarix
2016.01.08 / 11:46
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla