Yuxarı

Çörəyin qiymətini artıranlara xəbərdarlıq

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti və Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin birgə Tədbirlər Planına uyğun olaraq, manatın üzən məzənnə rejiminə keçilməsi ilə əlaqədar istehlak bazarında baş verə biləcək süni qiymət artımı, məqsədli mal qıtlığının yaradılması və digər sui-istifadə hallarının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

Nazirliyin mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, aparılmış birgə tədbirlər nəticəsində Bakı şəhəri, Yasamal rayonu, Ə.Hüseynzadə küçəsi, 69 ünvanında fəaliyyət göstərən "Muğan" firması və Bakı şəhəri, Nərimanov rayonu, 4-cü köndələn küçəsi, 3 ünvanında fəaliyyət göstərən "Səma" firması tərəfindən ədədlə satılan dairəvi "zavod çörəyi"nin istehsalı zamanı mövcud standartların tələblərinə əməl edilmədiyi, qiymətlərin gizli artırılması məqsədilə çörəyin çəkisinin azaldıldığı müəyyən olunub.

Yol verilmiş qanun pozuntuları Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən "Muğan" firmasının direktoru Tahir Mirişovun və "Səma" firmasının direktoru İlham Bəkirlinin nəzərinə çatdırılmaqla, onlara bu cür qanun pozuntularına təkrar yol verəcəkləri təqdirdə barələrində daha ciddi tədbirlər görüləcəyi barədə xəbərdarlıq edilib.

İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti və Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi bir daha sahibkarlıq subyektlərinə süni qiymət artımı, məqsədli mal qıtlığının yaradılması və digər sui-istifadə hallarına yol verməməyi tövsiyə edir.

Tarix
2016.01.09 / 16:51
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ruslar getdi, kəndlər qaytarıldı: Bu, necə oldu?

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi...

İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla