Yuxarı

Neft böhranından çıxış yolu: Səudiyyədən qərar

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünyanın ən böyük Dövlət Neft Şirkəti olan Səudiyyə Ərəbistanına məxsus "Saudi Aramko"nun satışa çıxarılması ölkə tarixində şəffaflığa doğru atılmış addım kimi qiymətləndirilə bilər.

Bu sözləri Axar.az-a açıqlamasında Neft Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şaban deyib. Ekspertin sözlərinə görə, "Saudi Aramko"nun səhmlərinin satılması ilə dövlət büdcəsinə xeyli vəsait daxil olacaq:

"İPO - hər hansı bir şirkətin bütün təsərrüfat məlumatları və iqtisadi göstəricilərinin toplanıb, şəffaf şəkildə birjaya çıxarılması ilə müəyyən faizlərinin satışının təmin edilməsidir. Eyni zamanda, İPO-ya görə qiymət bazar şərtləri daxilində müəyyənləşir. Nəticədə şirkət müəyyən gəlirlər qazanmaq imkanı əldə edir. Belə odluqda isə şirkətin səhmdarları da bundan əlavə dividentlər qazanır. Qərara əsasən, Səudiyyə həmin şirkəti satmır, sadəcə müəyyən faizini səhmləşdirir. Çox güman ki, bu səhmləşmə London birjasında aparılacaq. Nəticədə ölkəyə böyük vəsaitlər daxil olacaq. Çünki İPO nəticəsində birjaya çıxarılacaq səhmlərin qiyməti trilyonlarla ölçülə bilər. 1979-cu ildə bu şirkətin yaranması isə Səudiyyəyə qapalı bir dövlətdən ən böyük neft sənayesi ölkəsinə çevrildi. İndi bu qərar ölkə tarixində şəffaflığa doğru atılmış bir addım kimi qiymətləndirilə bilər".

İlham Şaban bildirib ki, neftdən asılı olan ölkələrin özəlləşdirmə ilə bağlı addım atması büdcə kəsirlərinin doldurulmasında mühüm rol oynayır:

"Məsələn, Qazaxıstan da özəlləşdiriləcək dövlət müəssisələri ilə bağlı təqribən 30-a yaxın bir siyahı açıqlayıb. Eyni zamanda, Qazaxıstan, İran, Belarus kimi ölkələrdə fond birjaları mövcuddur. Hazırkı dönəmdə bunun özü də neftdən asılı olan ölkələrin iqtisadiyyatında rol oynamaqdadır. Azərbaycanda da belə fond birjaları olsaydı, bu, çox yaxşı olardı".

Qeyd edək ki, Səudiyyə Ərəbistanı ölkənin dövlət neft şirkəti "Saudi Aramko"nun səhmlərini satmağı planlaşdırır.

Tarix
2016.01.10 / 10:00
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Pənahov Maldivə getdi: Seçkiləri müşahidə edəcək

ABŞ buna görə Bakını təbrik etməli idi... - Deputat

Deputatdan tələb: Ləyaqəti varsa, Prezidentdən üzr istəsin!

Sülhməramlılar çıxır, Rusiyanı ləkələmək istəyəcəklər

Ermənilər üçün canını verməyən 1960 rus döyüşə getdi

Bakı təcrübəsi: Daha bir ölkə fransız diplomatları qovdu

Paşinyan sərhədimizi pozmasın deyə, görün, nə etdi - Video

Rus sülhməramlılar çıxdı, ABŞ və Rusiya ittihama başladı

İran rejimi xalqın həyatını belə təhlükəyə atır - Günəş

İran səfirinin məqsədi sülhü əngəlləməkdir - Məmmədov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla