Yuxarı

Nazir manatın ucuzlaşmasının səbəbini açıqladı

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sənaye və Energetika naziri Natiq Əliyev son vaxtlar ölkə iqtisadiyyatının üzləşdiyi problemlərdən danışıb.

Lent.az-ın məlumatına görə, "Respublika" qəzetində məqalə ilə çıxış edən nazir Azərbaycanın nəhəng güclər arasında gedən savaşdan zərər çəkdiyini deyib:

"2015-ci il qlobal məkanda təzahür edən gərginliklərin daha da şiddətlənməsi, uzun illərdən bəri həllini gözləyən münaqişələr sırasına yeni təhlükə ocaqlarının əlavə olunması, siyasi qarşıdurmaların ölkə və cəmiyyətlərin normal inkişaf ahəngini pozaraq ağır iqtisadi, maliyyə böhranına rəvac verməsi kimi xoş olmayan nəticələrlə tarixə qovuşdu. Rusiya və Qərb arasındakı gərginliklər, Rusiya-Suriya-Türkiyə problemi, regionu sarmış İŞİD fəlakəti, Səudiyyə Ərəbistanı və İran qarşıdurması, eləcə də Yaxın Şərqdə - İraqda, Suriyada, Liviyada davam edən müharibələr bu konfliktlərin təsir dairəsinə daxil olan bütün ölkələrin gələcək inkişaf kursuna müəyyən təhdidlər doğurur. Müasir dünyamızda baş verən bütün bu proseslərdə, həmişə olduğu kimi enerji amilinin yenə əhəmiyyətli rolu var. Amma maraqlı burasındadır ki, qlobal arenada oyun qaydalarının xeyli dərəcədə dəyişməsi enerji məsələlərinin bu proseslərə təsir formalarını da yeniləşdirib. Məzənnəsi təbii iqtisadi qanunauyğunluqlardan daha çox sırf siyasi maraqlarla süni şəkildə müəyyənləşdirilən neftin qiymətindəki məqsədli tərəddüdlər bu gün iqtisadiyyatında enerji amili xüsusi rol oynayan opponentə ciddi təzyiq vasitəsinə çevrilib. Dünya bazarında neftin qiymətinin kəskin şəkildə, 3-4 dəfə aşağı düşməsi hər nə qədər iqtisadi səbəblərlə yəni, ABŞ-ın neftə olan tələbatını tam öz hesabına ödəməsi, bu ölkənin Federal Rezerv Sisteminin hər ay dünya birjalarına buraxdığı vəsaiti azaltması, Avropa ölkələrinin iqtisadi tənəzzüldən çıxa bilməməsi, Çində iqtisadi artım tempinin zəifləməsi, OPEK ölkələrinin neft hasilatını artırması və hasilatı azalda bilməməsi, böyük neft-qaz potensialına malik İranın dünya bazarına yenidən daxil olması və s. bu kimi reallıqlarla əsaslandırılsa da, başlıca səbəblərin böyük güclər arasındakı siyasi ziddiyyətlərdən qaynaqlandığı əsla şübhə doğurmur".

Nazir qeyd edib ki, bütün bunların milli iqtisadiyyatında neft həlledici rol oynayan Azərbaycan kimi ölkələrin sosial-iqtisadi həyatına mənfi təsirləri isə bu proseslərin ən çox təəssüf doğuran məqamıdır:

"Dünya bazarında neftin qiymətinin bir neçə dəfə aşağı düşməsi, neft gəlirlərinin əhəmiyyətli şəkildə azalması, heç şübhəsiz ki, ölkəmizin inkişaf dinamikasında da özünü göstərir. Bu təsir xarici valyutalar qarşısında Azərbaycan manatının məzənnəsinin aşağı düşməsi ilə nəticələnsə də, dayanıqlı inkişaf modeli mürəkkəb qlobal situasiyada da ölkəmizin müxtəlif sahələr üzrə inkişafını, enerji dövləti kimi öz həlledici mövqeyini qoruyub saxlamasını təmin edib".

Tarix
2016.01.15 / 11:00
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

Razılaşma: Bakı və İrəvanın sərhəd xidmətləri eyni vaxtda...

Delimitasiya prosesi davam etdiriləcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla