Yuxarı

Nazirlikdə istehsalçılarla görüş keçirildi

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün İqtisadiyyat Nazirliyində ət və süd məhsulları istehsalı sahəsində fəaliyyət göstərən 15 istehsalçı müəssisə nümayəndələrinin iştirakı ilə görüş keçirilib.

Axar.az İqtisadiyyat Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, görüşdə əhalinin tələbatının yerli istehsal hesabına ödənilməsi istiqamətində mühüm tədbirlər görüldüyü qeyd edilib.

Tədbirdə ət və süd məhsulları istehsalı sahəsinin inkişafı, bu məhsullara olan tələbatın tamamilə yerli istehsal hesabına təmin edilməsi, yeni istehsal və emal müəssisələrinin yaradılması imkanları və istehsalçıları maraqlandıran məsələlər barədə müzakirələr aparılıb.

Müəssisələrin nümayəndələri yerli məhsulların maya dəyərinə təsir edən əsas amillər - yem komponentləri, qablaşdırma və emal prosesində istifadə olunan materialların və istehsal təyinatlı avadanlıqların idxalına güzəştlərin tətbiqi, ölkədə yem istehsalı üçün əlavə əkinə yararlı torpaq sahələrinin dövriyyəyə cəlb edilməsi, yerli istehsalın dəstəklənməsinin gücləndirilməsi və s. barədə təkliflər səsləndiriblər.

Tarix
2016.01.19 / 18:30
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla