Yuxarı

Erməni şərhçi: “Tiflis qazla siyasi oyun oynayır”

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan-İran qaz kəmərinin diametri İran qazını Gürcüstana ixrac etmək üçün yetərli deyil.

Axar.az xəbər verir ki, bunu Gürcüstan mətbuatına açıqlamasında erməni ekspert Vahe Davtyan söyləyib. Onun sözlərinə görə, bu ixrac ən yaxşı halda mövsümi xarakter daşıyacaq:

"Gürcüstan hökumətinin İran qazı ilə bağlı açıqlamaları daha çox siyasi ritorika xarakteri daşıyır. Gürcüstan hökuməti bu məsələdə ciddi olsaydı, ən azı bununla bağlı tədqiqata başlayardı".

Qeyd edək ki, Gürcüstan bir müddət əvvəl İrandan qaz almaq niyyətində olduğunu bəyan edib. İran tərəfi də bununla bağlı danışıqların aparıldığını təsdiqləyib. İlkin ehtimallara görə, İran qazı Gürcüstana Ermənistan vasitəsilə gələcək. Ölkə müxalifəti buna qarşı çıxır və bu addımın ölkəni Rusiyadan asılı vəziyyətə salacağını bildirir. Ermənistanda boru kəmərlərinə "Qazprom" şirkəti nəzarət edir.

Hazırda Ermənistan İrandan barterprinsipi əsasında 500 milyon kub metr qaz alır. Bu qazın əvəzi İrana elektrik enerjisi formasında qaytarılır.

Tarix
2016.01.22 / 09:45
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla