Yuxarı

Professorların əmək haqları arta bilər

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda elmi işçilərə elmi adlara görə əmək haqlarına əlavələrin verilməsi təklif edilir. Bu məsələ Milli Məclisin Elm və Təhsil Komitəsi tərəfindən yeni hazırlanan "Elm haqqında" qanun layihəsinə daxil edilib.

Bu barədə Trend-ə Elm və Təhsil Komitəsinin sədri İsa Həbibbəyli məlumat verib.

Onun sözlərinə görə, əvvəlki layihədə elmi işçilərin əmək haqlarına yalnız elmi dərəcələrə görə əlavələrin verilməsi, onun miqdarının artırılması təklif edilirdi:"Yeni layihədə isə yalnız elmlər dərəcələrinə görə deyil, elmi adlara, yəni professor və dosent olmağa görə də əmək haqlarına əlavələrin verilməsi təklif edilir.Bu məbləğin nə qədər olması təklif edilmir. Çünki konkret həddi müəyyən etmək müvafiq icra orqanının səlahiyyətindədir".

İ.Həbibbəyli qeyd edib ki, layihədə müəssisələrin öz daxili imkanları hesabına elmi işçilərinin sosial rifahının yüksəldilməsi üçün tədbirlər görməsi ilə bağlı da müddəalar öz əksini tapıb.

Komitə sədri qeyd edib ki, müəssisələr əldə etdiyi gəlirlər hesabına birinci növbədə işçilərinin sosial rifahını təmin etməlidirlər. Bu tədbirlər həvəsləndirmə üçün vəsaitlərin, mükafatların verilməsi formasında ola bilər.

Tarix
2016.01.27 / 10:44
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

İrəvan Fransanın oyunlarına getməməlidir! - İcma

Paşinyan separatçıları hədələdi: Bir hakimiyyət var!

Bu, Fransanı ciddi narahat edir - Nağıyev

Fransa İrəvanı yeni müharibəyə təhrik edir - DTX rəisi

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - General

Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik...

XİN-dən Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım

PA rəsmisindən Rasmussen paylaşımı: Pullar danışır!

Paşinyan orduya geri çəkilmək əmrini apreldə verəcək?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla