Yuxarı

Nazir: “50 milyona yaxın kredit verilib”

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

İqtisadiyyat naziri Şahin Mustafayev Xaçmazda ictimaiyyət nümayəndələri ilə görüşüb.

Axar.az Nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, Quba-Xaçmaz Regional İnkişaf Mərkəzində keçirilən görüşdə yerli icra hakimiyyəti orqanlarının, bələdiyyələrin, ictimaiyyətin nümayəndələri, sahibkarlar iştirak edib.

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev rayonda görülmüş işlər və nəzərdə tutulan layihələr barədə məlumat verib. Bildirib ki, dövlət başçısının regionların sosial-iqtisadi inkişafına göstərdiyi böyük diqqət və qayğı nəticəsində Xaçmaz rayonunda müasir infrastruktur, istehsal və emal müəssisələri yaradılıb, yeni iş yerləri açılıb.

Nazir Ş.Mustafayev qeyd edib ki, son illər dünyada geosiyasi risklərin yüksəlməsi və iqtisadi problemlərin dərinləşməsi, dünya enerji bazarındakı qeyri-sabitlik, eləcə də mənfi xarici iqtisadi təsirlərin uzunmüddətli xarakter alması nəzərə alınaraq, milli iqtisadiyyatın dayanıqlılığının gücləndirilməsi məqsədilə sistemli tədbirlər həyata keçirilir. Gəlirlərin azalmasına baxmayaraq, bütün sosial proqramlar tam həcmdə yerinə yetirilir. Əhalinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri həyata keçirilib, bir sıra sahələrdə çalışan işçilərin maaşları, sosial müavinətlər, əmək pensiyasının baza hissəsi artırılıb.

Özəl bölmənin inkişafı istiqamətində görülən işlər, xüsusilə sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması, lisenziyalaşdırma sisteminin təkmilləşdirilməsi, investisiyaların təşviqi və qeyri-neft məhsullarının ixracının stimullaşdırılması sahəsində dövlət başçısı tərəfindən qəbul edilmiş qərarlar özəl bölmənin inkişafında mühüm əhəmiyyət kəsb edir.

İstehlak bazarına xüsusi diqqət göstərildiyini vurğulayan nazir süni qiymət artımının qarşısının alınması zəruriliyini qeyd edib.

Xaçmaz rayonunda dövlətin dəstəyi ilə görülən işlər barədə danışan Ş.Mustafayev bildirib ki, rayonun 87 yaşayış məntəqəsi qazla təchiz olunub, 2 yaşayış məntəqəsinin qazlaşdırılması isə davam etdirilir. Rayonun su təchizatı və kanalizasiya sistemi yaxşılaşdırılıb, su anbarları tikilib, kənd yollar çəkilib və ya yenidən qurulub: "Hazırda Gəndab-Rusiya sərhədinədək avtomobil yolunun Xaçmaz rayonundan keçən hissəsinin tikintisi davam etdirilir. Rayonda 44 məktəb, 2 uşaq bağçası, 11 səhiyyə və 12 mədəniyyət obyekti tikilib və ya əsaslı təmir olunub, şəhid ailələrinin və əlillərin mənzil şəraiti yaxşılaşdırılıb. Bir sıra sosial obyektlərin tikintisi hazırda da davam etdirilir. Rayonda 610-dan artıq yeni müəssisə və təşkilat yaradılıb, 14,7 mindən çoxu daimi olmaqla, 21,6 mindən artıq yeni iş yeri açılıb".

Nazir qeyd edib ki, indiyədək Xaçmaz rayonu üzrə 722 sahibkara 50 mln. manata yaxın güzəştli kredit verilib. Xaçmaz rayonunun Yalama qəsəbəsində 523 hektar ərazidə "Yalama Aqropark"ı yaradılıb. Hazırda aqroparkda 100 nəfər çalışır və icrası davam edən süd emalı zavodunun, müasir istixana kompleksinin və intensiv bağçılıq təsərrüfatının reallaşdırılması 200-ə yaxın yeni iş yerinin yaradılmasına imkan verəcək.

"Bununla belə, Xaçmaz rayonunun potensialı daha böyükdür. Belə ki, rayonda süd emalı müəssisəsinin, istixana təsərrüfatlarının, intensiv taxılçılıq və bağçılıq təsərrüfatlarının, "yaşıl market"lərin və s. sahələrin yaradılması üçün real imkanlar vardır", - deyə nazir bildirib.

Görüşdə əkin sahələrinin suvarılması, emal güclərinin artırılması, güzəştli kreditlərin verilməsi, kənd yollarının tikintisi, sahibkarlıq fəaliyyəti üçün torpaq sahələrinin ayrılması, turizm obyektlərinin qış mövsümündə qazla təminatı, iri fermer və taxılçılıq təsərrüfatlarının yaradılması və s. məsələlər barədə müraciətlər, problemlər və təkliflər səsləndirilib. Nazir bir sıra məsələlərin yerindəcə həlli barədə müvafiq tapşırıqlar verib, qaldırılan digər məsələlərin araşdırılacağını və reallaşdırılması üçün zəruri tədbirlərin görüləcəyini bildirib.

Tarix
2016.01.28 / 19:35
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla