Axar.az
Yuxarı
26 Fevral 2017


Avtoritet yaralandı: Moskvada mafiya savaşa başlayır

Ana səhifə Kriminal
12 Punto 14 Punto 16 Punto 18 Punto

Moskvada tacik mafiyası – avtoritetlər Hacı Abucabbar və Lutfulla tərəfdarları arasında müharibə başlayır.

Axar.az xəbər verir ki, Rusiya mətbuatı yaxın günlərə qədər Abucabbar və Lutfullanın dost münasibətlərdə olduğunu yazıb. Abucabbar "Moskva", "Yujnıy dvor", "Sadovod", o cümlədən müxtəlif bazarlarda çalışan tacik işçiləri nəzarətdə saxlayır. Lutfulla da vaxtilə Abucabbarın Moskvada tacik mafiyası liderlərindən biri olmasına yardım edib, onun vuran əli sayılıb. Bunun nəticəsində külli miqdarda mükafat da əldə edib.

Nəhayət, Abucabbar öz silahlı dəstəsini yaratdıqdan sonra müstəqil hərəkət etmək qərarı verib. Daha sonra Lutfullanın haqqını ciddi şəkildə azaldıb. Bu isə qarşı tərəfin narazılığına səbəb olub.

Bu ərəfədə Abucabbarın qəfildən Moskvadan getməsi və Lutfullanın hansısa qrup tərəfindən açılan atəşlə yaralanması vəziyyəti daha da dramatikləşdirib. Moskvaya qayıdan Abucabbar vəziyyəti izah edib ki, sənədlərini qaydaya salmaq üçün Tacikistana getməyə məcbur olub və diplomatik pasport alaraq geri qayıdıb.

Ancaq Lutfulla və onun adamları bu versiyaya o qədər də inanmırlar. Onlar Lutfullanın Abucabbarın sifarişi ilə güllələndiyini düşünürlər. Hazırda Lutfulla gizli şəkildə müalicə olunur. Müalicədən sonra onun cavab zərbəsi endirəcəyi gözlənilir.

Abucabbar da əslində bu zərbəni qarşılamağa hazırlaşır, ona görə də cangüdənlərinin sayını bir neçə dəfə artırıb.

Lutfulla keçmiş peşəkar hərbçidir, Tacikistanın xüsusi hərbi dəstəsinin komandiri olub. Onun dəstəsində keçmiş peşəkar hərbçilərin olduğu bildirilir. Abucabbar isə son vaxtlar böyük idmançı qrupları himayəsi altına alıb: onların yarışlarını təşkil edir, mükafatlar verir və s.

"Əgər bu müharibə qızışsa, çoxsaylı qurbanlar gözlənilir", - bu sözləri "Rosbalt"a Rusiya hüquq-mühafizə orqanlarındakı mənbə deyib.

Tarix
2016.11.14 / 09:09
Müəllif
Axar.Az
Şərhlər
Digər xəbərlər

Bakıda 38 yaşlı kişi güllələndi

Tələbə qətlə yetirildi - Cəlilabadda

Bakı sakininə qarşı 90 min dollarlıq dələduzluq

27 yaşlı gəncdən etiraf: "Bacımı 4 il əvvəl..."

Bakıda Vərəm Dispanserində qətl

Biləsuvarda çoban qətlə yetirildi

Bakıda anasının başını kəsərək qətlə yetirən şəxs öldü

Namus üstdə baş verən qətlin təfərrüatı – Ana-oğul

Salyanda ata 17 yaşlı qızını niyə öldürdü – Təfərrüat

Bakıda metronun qarşısında qadına qarşı cinayət

KULT
<>
Xəbər xətti
 
SORĞU
Cocuq Mərcanlıda yaşamaq istərdiniz?
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla