Yuxarı

Namus üstdə baş verən qətlin təfərrüatı – Ana-oğul

Ana səhifə Kriminal
12 Punto 14 Punto 16 Punto 18 Punto

09:16

Bakıda oğul anasını başından güllələyib.

Report-un xəbərinə görə, hadisə paytaxtın Sabunçu rayonunda baş verib.

Belə ki, Sabunçu rayonu, Zabrat qəsəbəsində 16 yaşlı Əliyev Maarif Eldar oğlu birlikdə yaşadığı anası 1979-cu il təvəllüdlü Qurbanova Mədinə Nurəddin qızına ov tüfəngi ilə başından atəş açaraq onu qətlə yetirib.

Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda cinayət işi başlanılıb, təhqiqat aparılır.

Hadisəni törədən yeniyetmə polisə təslim olub.

***

Bakıda baş verən qətl hadisəsinin təfərrüatı məlum olub.

16 yaşlı Maarif Əliyev anası 37 yaşlı Mədinə Qurbanovanı namus üstündə öldürüb.

M.Qurbanovanın əri bir müddət əvvəl arvadından küsərək evdən gedib. Qadın isə başqa kişilərlə görüşüb. Bu barədə M.Əliyevə qonşular məlumat verib. Bundan sonra o, anasını güdməyə başlayıb. Küçədə anasının avtomobildən düşdüyünü görən gənc evdə onunla mübahisə edib. Mübahisə bitdikdən yarım saat sonra M.Əliyev anasına divanda əyləşdiyi yerdə atəş açıb. Atəş səsinə qonşular gəlib.

Qeyd edək ki, M.Qurbanovanın 4 övladı var. M.Əliyev ortancıl oğludur.

Tarix
2016.12.19 / 10:24
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla