Yuxarı

Bakıda anasının başını kəsərək qətlə yetirən şəxs öldü

Ana səhifə Kriminal
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda 6 il əvvəl anasını başını kəsərək qətlə yetirən və yandıran şəxs xəstəxanada ölüb.

Report-un xəbərinə görə, ölüm hadisəsi 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasında qeydə alınıb.

Belə ki, xəstəxanada müalicə alan 1984-cü il təvəllüdlü Şahbalayev Emin Firuddin oğlu hələlik məlum olmayan səbəbdən vəfat edib. Onun meyiti Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib. E.Şahbalıyevin epilepsiya xəstəliyindən əziyyət çəkdiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, E.Şahbalayev 2010-cu ilin dekabrında Binəqədi rayonunun Binəqədi qəsəbəsi I Mədən Korpus 25 ünvanında anası 57 yaşlı Nuriyyə Bilalovanın başını kəsib. E.Şahbalayev anasını öldürdükdən sonra onun gözlərini çıxarıb. Bundan sonra anası ilə birgə yaşadığı evi yandıraraq hadisə yerindən qaçıb.

Polisin apardığı əməliyyat-axtarış tədbirləri nəticəsində E.Şahbalayev Xırdalan şəhəri ərazisində saxlanılıb. Araşdırma zamanı onun ruhi-əsəb xəstəliyindən əziyyət çəkdiyi məlum olub.
E.Şahbalayevin cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Orucovun sədrliyi ilə baxılıb. O, bir neçə il azadlıqdan məhrum edilib.

E.Şahbalayev həbsdə olduğu zaman 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasına yerləşdirilib.

Tarix
2016.12.26 / 08:47
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

G7 Bakı və İrəvana çağırış etdi

Razılaşma: Bakı və İrəvanın sərhəd xidmətləri eyni vaxtda...

Delimitasiya prosesi davam etdiriləcək

Delimitasiya prosesi bu bəyannaməyə əsaslanacaq

Qazaxın 4 kəndi Azərbaycana qaytarıldı - Təcili

Delimitasiya görüşü: Bakı və İrəvan razılığa gəldi

İlham Əliyev Moskvaya gedir

İlham Əliyev Berlində Şoltsla görüşəcək

Bakının qaldırdığı ilkin etirazlara dair dinləmələr... - Haaqa

Bayramov Fələstinin baş naziri ilə danışdı: Qəzzadakı vəziyyət...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla