Yuxarı

"Happy End”lə bitməsini arzuladığımız 5 film - Fotolar

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Elə çox sevdiyimiz filmlər var ki, filmin sonunda əsas qəhrəmanlarımız ya ayrılır, ya da ikisindən biri ölür. Biz o filmlərə olduğu kimi baxıb, sevsək də, etiraf edək ki, hamımızın ürəyindən filmin sonunun "Happy End"lə - xoş sonluqla bitməsi keçib. Eyni filmə hər dəfə baxanda ürəyimizdən, "Kaş ki, Təhminə ölməyəydi, kaş Cek okeanda boğulmayaydı..." kimi fikirlər az keçməyib...

Sizə xoş sonluqla bitməsini arzuladığımız 5 filmi təqdim edirik.

1. Pet O'Konorun çəkdiyi, büdcəsi $40.000.000, premyerası 11 fevral 2001-ci ildə olan Şirin Noyabr (Sweet November) filmi siyahıda birincidir.

Sara (Şarliz Teron) kişilərin yaxşı xüsusiyyətlərini ortaya çıxaran cazibədar bir xanımdır. Nelson (Kianu Rivz) isə Saranı görənə qədər, sadəcə, hesabları ilə maraqlanan, işdən başqa bir şey düşünməyən bir kişi. Bir-birlərindən təsirlənirlər, ancaq tam olaraq bağlanmağa hazır olmadıqları üçün çox da öyrəşməyəcəkləri qədər münasibətə başlayırlar. Cəmi bir aydan sonra hərəsi öz yoluna gedəcəkdi. Ümid yox, təzyiq yox, əlaqə yoxdur. İkisinin də nəzərə almadığı bircə şey vardı: eşq... Çılğınca yaşanan eşq, Saranın gizlətməyə çalışdığı xəstəlik və ayrılığa gətirib çıxaran vaxtsız ölüm...

2.Sonunun "Happy End"lə bitməsi istənilən ikinci film "Nyu Yorkda payız"dır (Autumn in New York). Baş rollarını Riçard Gir və Vaynona Rayderin paylaşdığı "Nyu Yorkda payız" 2000-ci ildə Con Çenin çəkdiyi, ABŞ istehsalı olan 103 dəqiqəlil romantik-darm filmidir. Film, yaşlanmaqda olan şorgöz Vil Kinlə gənc, amma ölümcül xəstəliyə tutulmuş Şarlotta Fildinqin eşqindən bəhs edir. Vil Şarlottayla keçirdiyi bir gecədən sonra Şarlottadan ona bağlanmamağı xahiş edir. Amma sonra hər şey dəyişir, Vil Şarlottaya aşiq olur. Şarlotta isə ona güvənmir. Daha sonra yaşanan ehiraslı sevginin ardından soyuq ölüm və ayrılıq gəlir…

3.Azərbaycan filmləri arasında çox sevdiyimiz iki film var ki, təsadüfdən yoxsa zərurətdəndir, hər ikisinin də baş rolunu gözəl aktyorumuz Fəxrəddin Manafov oynayıb. Hər ikisinin də sonunun "Happy End"lə bitməsini istədiyimiz bu filmləri üçüncü sırada görürəm. Rasim Ocağovun çəkdiyi bu filmlər: "Təhminə""Ölsəm bağışla"dır. "Ölsəm bağışla" filmi məhəbbət və ölüm haqqındadır. Yusif (Fəxrəddin Manafov) müharibədən sonra xəbər tutur ki, atası haqsız məhkum edilib, sevdiyi qız - Gülya (Gülzar Qurbanova) onu gözləməyib başqasına ərə gedib. Nə etməli, hər şeyə göz yummalı, yoxsa yenidən mübarizə aparmalı?

Filmin sonunda qəhrəman ölür. Lakin onun qəlbi hər cür natəmiz fikirlərdən təmizlənir. Axı o, ölümündən bir qədər əvvəl sevilib-sevirdi...

Ssenari müəllifi Anar olan "Təhminə" filmində isə hamımızın bildiyi kimi söhbət Zaurla (Fəxrəddin Manafov) Təhminənin (Meral Konrat) uğursuz məhəbbət tarixçəsindən gedir.

4.Beşinci sırada görülən sonu kədərli bitən film "Titanik"dir. Bu film Ceyms Kameronun rejissorluğu, ssenaristliyi ilə 1997-ci ildə çəkilən epik-romantik filmdir. Filmin sujeti hamımıza məlumdur, baş rolları Leonardo Di Kaprio (Cek) və Keyt Vinslet (Roz) oynayır. Cek qısa müddətdə yaranan böyük sevgisi uğrunda canını fəda edir.

5.Çox sevilən filmlərdən biri İran kinematoqrafiyasının məhsulu olan "Uzun gecə" filmidir. Baş rolları Ququş və Səid Kəngəraninin oynadığı filmin rejissoru Pərviz Səyyaddır.

Babək (Səid Kəngərani) adında sadə bir oğlan Pərvanə (Ququş) adlı məşhur müğənniyə aşiq olur. Sonradan Babəki sevən müğənni uzun müddət onun xəstə olduğunu bilmir. O, sevdiyi oğlanın ağır sağalmaz qan xəstəliyindən əziyyət çəkdiyini bildikdə hər şey dəyişir. Pərvanə getdikcə bütün həyatının mənasız olduğunu dərk edir. Artıq səhnələrdə ifa etmək qüdrətini özündə hiss etmədikdə qərara alır ki, həyatını sevdiyi insana həsr etsin. Ümidlə Babəki Fransaya müayinəyə aparmaq istəyir. Təyyarə havaya qalxmağa başladıqda Babəkin getdikcə ağırlaşan səhhəti tab gətirmir. Pərvanə sevgilisinin əllərinin soyuduğunu hiss etdikdə Babəkin öldüyünü anlayır. Lakin Babəkdən ayrılmaq istəməyən Pərvanə ona yaxınlaşanlara hər şeyin yaxşı olduğunu söyləyir. Fransaya qədər başı çiyinlərində olan Babəkin əllərini ovuclarında tutub heç nə baş verməmiş kimi yoluna davam edir.

Biz bəlkə də bu filmləri elə tragik sonla bitdiyi üçün sevirik. Hollivud filmlərinin dəbdə olduğu, demək olar baxdığımız bütün filmlərin "Happy End"lə bitdiyi dövrdə belə filmlər bizə gerçək həyatın ən yaxın olan üzünü göstərir. Həyat filminizin "Happy End"lə bitməsi arzusuyla…

Tarix
2013.11.05 / 23:21
Müəllif
Nilüfər Muğantürk
Şərhlər
Digər xəbərlər

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla