Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
20 Yanvar 2018


"Bunu Ramiz Əzizbəylidən gözləməzdim”

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti, tanınmış rejissor və aktyor Ramiz Əzizbəylinin kinomuzun son vəziyyəti haqqında səsləndirdiyi fikirlər birmənalı qarşılanmayıb. Hətta bu, qalmaqala səbəb olub.

Musavat.com xəbər verir ki, xalq artistinin "Son 10 ildə çəkilən filmlər "vozduxdur" deməsi deputat, Azərbaycan Yazıçılar Birliyinin üzvü Aqil Abbası hiddətləndirib.

Deputat xalq artistini rejissorların işini, zəhmətini yerə vurmaqda suçlayıb:

"Ramiz Əzizbəyliyə həm rejissor, həm də sənətkar kimi böyük hörmətim var. Amma Ramiz Əzizbəyli deyir ki, son 10 ildə çəkilən filmlər "vozdux"dur. Halbuki son 10 ildə çox gözəl filmlər çəkilib və həmin filmlər beynəlxalq festivallarda nümayiş olunub, layiqli yerlər tutublar. Son 10 ildə çox yaxşı filmlər çəkilib axı. İndi bir-bir adlarını da çəkə bilərəm. Ramiz müəllimin belə bir söz deməsini heç gözləməzdim".

Aqil Abbas onun eyni adlı romanına çəkilən "Dolu" filmini son illərdə çəkilən ən baxımlı film adlandırıb:

"Mənim "Dolu" filmimə gəldikdə isə o film Yutubda 3 kanalda qoyulub. Təxminən 300 min adam o filmə baxıb. Hələ Azərbaycan dilində olanını deyirəm. Onun alt yazısı ilə türk, gürcü, rus variantı da var. İnternet resurslarında onların hamısını yerləşdirməmişik, yalnız azərbaycanca olanıdır. Ermənilər də o filmə baxıb və təhqir, söyüş yazıblar. Başqa millətlərdən də ona baxanlar olub. Baxmışam, hətta film haqqında 420 şərh var. Sözümü ona gətirirəm ki, o romanı mən yazmışam, 20 ilə yazdığım romandır, içimdə yaşatdığım, həyatda yaşadığım romandır. Yəni o filmdə nə varsa hamısını yaşamış adamam... Döyüşlərdə qucağımda ölənlər, əlimə dəfn etdiyim insanlar...

Yaxud gedib ermənilərin cəsədlərini gətirmişəm. Yəni o insanları görmüşəm, yaşamışam, yazmışam.

Film çox böyük uğur qazanıb. Filmi əməkdar incəsənət xadimi Elxan Cəfərov çəkib. O, bir çox savaş filmləri çəkib. Hamısı da uğurludur. Yəni bu dərəcədə filmlərə yuxarıdan aşağı baxmaq... Bunu, sadəcə, Ramiz Əzizbəylidən gözləməzdim, vəssalam. Ona böyük hörmətim var, amma rejissorların əməyini, zəhmətini yerə vurmasın!"

Deputat yeni çəkilən filmlərin az təbliğ olunmasından da şikayətləndi:

"Televiziyalar yeni çəkilən filmlərə çox az müraciət edir. Məsələn, "Əhməd haradadır?" filmini hər həftə bir televiziya kanalı nümayiş etdirir. Keçmiş filmləri daha çox göstərirlər, nəinki yenilərini. Görünür, keçmiş filmlərə pul vermirlər, amma yenilərə 50-60 manat vermək lazım gəldiyi üçün onlara müraciət etmək marağında deyillər. "Dolu" kimi filmləri də işğal, müharibə günləri bütün kanallar verir. Baxanda mən də pərt oluram. Başqa günlər onları göstərmək ayıbdır?".

Tarix
2016.10.13 / 12:00
Müəllif
Axar.az
Şərhlər
loading...
Digər xəbərlər

Zabit Səmədovla görüş keçirildi - Foto

Həbsdə olan azərbaycanlı müğənni: Bura... - Video

Böyükağa Məmmədov vəfat etdi

Tanrı duamızı qəbul etmədi... - Video

Mehriban Əliyevadan borş, kotlet... - Fotolar

Tarixçi əsəbiləşdi: O professor ağlını itirib...

Milyonların sevimlisi dəfn edildi - Foto

Bu ölkədən Fransaya tələb: Kəllə sümüklərimizi verin!

Nuh peyğəmbər oğlu ilə telefonda danışıb? - İddia

Bu muzey 2018-ci ilin ən innovativ binasındadır - Foto

KULT
<>
Xəbər xətti
 
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla