Yuxarı

Tanınmış yazarların qəribə vərdişləri

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Adətən istedadlı insanların hərəkətləri, sözləri və həyatı hər zaman diqqət mərkəzində olur.

Onların nə etdiyi, necə yaşadığı, hətta adi gündəlik həyatda nələr etdiyini bilmək insanlar üçün maraqlı olur.

Tanınmış yazarların həyatı, vərdişləri, yazı prosesində nələr etdikləri də oxucu üçün maraqlı olub. Dünyaca məşhur yazarların vədşilərinə baxanda bu istedad sahiblərinin qəribəliklərinin şahidi olursan.

Yata bilməyənlər

Məsələn, İngilis yazar Çarliz Dikkensin yuxu problemi olub. O, gecələr yata bilmək üçün yatağını şimala doğru istiqamətləndirirmiş. Yatağının tam ortasında yatmadıqda gözlərinə yuxu getməyib. Buna görə də yazar yatmazdan əvvəl bütün bu qaydalara riayət edib. Yatmazdan əvvəl qollarını iki yana açan yazar yuxuya getmək üçün saatlarla gözləyirmiş.

Eyni zamanda Dikkensin mavi rəngə sevgisi olub. Belə ki, yazar ancaq mavi rəngli kağıza eyni rəngli qələmlə yazırmış.

Əsərlərini hələ uşaqlıqdan sevə-sevə oxuduğumuz Aleksandr Düma 20 il içərisində 300-ə yaxın əsər çap etdirərək hər kəsi heyrətə salıb. Hətta onun köməçki yazar işçilərinin olduğu haqqında iddialar da dolaşır.

Qeyd edək ki, o da yuxu problemindən əziyyət çəkib. Sırf buna görə həkimin məsləhəti ilə səhər tezdən oyanıb, yazıları ilə məşğul olurmuş. Yazar xüsusi yeməklərlə qidalanıb. Sonda yazarın öz icad etdiyi yeməkdən zəhərlənərək öldüyü iddia edilir.

Və yataqda yazanlar

Mark Tven yazılarını yataqda yazıb. Hətta yazarın məşhur bir kəlməsi də var: "Mənə gözəl bir yataq verin, mən də sizə ölməz əsərlər".

Valter Skotsa çox erkən oyanır və səhər yeməyini yemədən öncə yazmağa başlayarmış.

Ceyms Coys isə sanki uşaq olub. Mənbələrdə bildirilir ki, o, yazılarını üzüaşağı uzanaraq qara mürəkkəbli qələmlə yazıb. Həmçinin yazar səhvlərini qırmızı rəngli mürəkkəblə düzəldib.

Başına şal bağlayan yazar

Balzakın qeyri-adi adəti olub. O, yazarkən başı üstündə mütləq şam yanmalıymış. Eyni zamanda yazar başına şal bağlayıb ayaqlarını da soyuq suya qoyurmuş. Balzak həm də qəhvə sevdalısıymış. Hətta onun gündə 40 fincan qəhvə içdiyi iddia edilir. Qeyd edək ki, yazar məhz qəhvə zəhərlənməsi səbəbiylə həyatını itirib.

Henry Ceyms yazılarını, iş otağının dörd bir tərəfinə yüksək ştativlər yerləşdirərək ayaq üstə yazıb. Düşünə-düşünə otağını hissələrə ayırar və ən yaxın ştativə düşüncələrini qeyd edərək çalışıb. Sonradan bu yazıları birləşdirərək əsərlərini bitkin şəklə salırmış.

Bəs bizim yazarlar?

Zümrüd Yağmursa yazı yazanda cibli paltarlar geyinir. Çünki düşünəndə əllərini çibinə qoyub var-gəl etməyi sevir. Bundan başqa yazar soyuq çayı udum-udum içir. Yazarın yazı prosesində maraqlı olan cəhətlərindən biri də odur ki, yazar tək və qaranlıq otaqda başını pəncərənin şüşəsinə söykəyib çölə baxmağı sevir.

Balzak kimi bizim də bir çox yazarımız kofe düşkünüdür. Məsələn, Cəlil Cavanşir və Səhər Əhməd də kofe içməyi sevir.

Səhər Əhməd kofe ilə birgə günəbaxan toxumundan da istifadə edir.

Elnaz Eyvazlıya gəlincə o, bolluca isti çay içir. Qəribədir ki, adi günlərdə şokoladı sevməyən şairə ancaq yazı yazanda şokolad yeyir.

Tarix
2013.11.07 / 11:20
Müəllif
Fatimə İbrahimova
Şərhlər
Digər xəbərlər

Rəsmi Ankaradan kəndlərimizin qaytarılmasına - Reaksiya

Ceyhun Bayramov İran səfiri ilə görüşdü

Yelena Kondratyuk Azərbaycana gəlir

Başkənd məsələsini həll etməyə çalışacağıq - Paşinyan

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

Nazirdən rus sülhməramlılarla bağlı göstəriş

Kəndlər qaytarıldı, general rəhbər heyəti topladı - Video

Kəndlər qaytarılandan sonra Paşinyan ilk dəfə danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla