Yuxarı

Al Bano Azərbaycandan bağışlanmasını istəyir

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Xarici İşlər Nazirliyinin "arzuolunmaz şəxslər" siyahısında adı olan dünya şöhrətli müğənni Al Bano ölkəmizin İtaliyadakı səfirliyinə məktubla müraciət edib.

Bu barədə XİN-in mətbuat xidmətinin rəhbəri Elman Abdullayev açıqlama verib.

Onun sözlərinə görə, müğənni müraciətdə adının "qara siyahıda" olmasından təəssüfünü ifadə edib.

"Al Banonun adı Azərbaycan Xarici İşlər Nazirliyinin "arzuolunmaz şəxslər" siyahısındadır. İtaliyalı müğənni müraciətində ümumiyyətlə regionda mövcud olan problemdən, Ermənistan- Azərbaycan münaqişəsindən xəbərsiz olduğunu vurğulayıb və Azərbaycan Respublikasına böyük hörmət və rəğbət bəslədiyini bildirib.

O hansısa bir siyasi məqsəd güdmədiyini, bir musiqiçi olduğunu qeyd edib. Azərbaycana yenidən səfər etməyin onun üçün keçmişdəki kimi böyük şərəf olduğunu, gözəl Azərbaycan xalqına öz musqisi və dərin ehtiramını təqdim etdiyini vurğulayıb. Azərbaycan tərəfinin onun bu şərəfə yenidən nail olmasına imkan verəcəyinə ümid etdiyini bildiurib".

E.Abdullayev rəsmi Bakının Al Banonun müraciətinə baxacağını deyib.

"Bilirsiniz ki, Azərbaycan bu məsələyə çox ciddi və həssaslıqla yanaşır. Biz "qara siyahını" dərc edəndə də bəyan etmişdik ki, orda adı olan şəxslər işğal olunmuş ərazilərə səfərlərindən peşmançılıq keçirdiklərini və ölkəmizə hörmət və rəğbətlərini ifadə etdikləri təqdirdə, rəsmi Bakı həmin şəxslərin siyahıdan çıxarılması məsələsinə baxacaq".

Qeyd edək ki, dekabrın 18-də Bakıda San-Remo Festivalının iştirakçıları və qalibləri olmuş, Al Bano, "Ricci e Poveri" qrupu, Rikkardo Folyi, Umberto Totsi, Toni Espozito, Pupo, Matia Bazar, Al Bano, Fiordaliso, İvana Spanyanın "Crystal Hall"da ilk dəfə çıxış edəcəklər ("Gun.az").

Tarix
2013.11.07 / 16:57
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla