Yuxarı

Avroviziya-2017 ilə bağlı son qərar

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa Yayım İttifaqının Baş Assambleyası Avroviziya-2017 beynəlxalq mahnı yarışmasının Kiyevdə keçirilməsi barədə yekun qərar qəbul edib.

Trend xəbər verir ki, bu barədə müsabiqənin təşkilatçılarından olan "UA: Birinci" telekanalının mətbuat xidməti məlumat yayıb.

Bundan əvvəl "Bild" nəşri təşkilat komitəsinə istinadən məlumat yaymışdı ki, "Avroviziya" təşkilatçıları yarışmanın 2017-ci ildə Rusiyada keçirilməsi ilə bağlı danışıqlar aparırlar.

Telekanalın məlumatında isə qeyd olunur ki, artıq məsələyə nöqtə qoyulub: "Dekabrın 8-də İsveçrənin Lozanna şəhərində keçirilən Avropa Yayım İttifaqı Baş Assambleyasının iclasında yekun qərar qəbul edilib. Qərara əsasən, 2017-ci ildə beynəlxalq mahnı yarışmasını Ukrayna paytaxtı qəbul edəcək".

Müsabiqənin yarımfinalı mayın 9 və 11-nə, finalı isə mayın 13-nə planlaşdırılıb.

Xatırladaq ki, Avroviziya-2016 yarışmasının qalibi ukraynalı ifaçı Cəmalə olmuşdu.

Tarix
2016.12.09 / 13:42
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Moskva, Bakı, Ankara və Tehran dərhal bunu etməlidir

Sərhəd boyu proses gedəcək: mübahisəli ərazilərə çatanda…

İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal

Bakıya “sanksiya siyahısı”na sevinən azərbaycanlılar…

Bu, sülhə doğru görünən addımdır - Almaniya

Nikolun partiyasından Zəngəzur dəhlizi açıqlaması…

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Paşinyanın 4 kəndi geri qaytarmasının əsl səbəbi…

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla