Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
18 Noyabr 2017


Müəlliflərdən AzDrama direktoruna sərt sözlər – Qalmaqal

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Akademik Milli Dram Teatrının direktoru İsrafil İsrafilov bu gün APA-ya müsahibə verib. Müsahibəsində tamaşa qoymaq üçün pyes qıtlığından söhbət açan İsrafil bəy hazırda yazılan pyeslərin çox zəif olduğunu vurğulayıb. Elçin Hüseynbəylini zəif dramaturq kimi qiymətləndirən direktor onunla aralarında olan söhbəti də dilə gətirib. E.Hüseynbəylinin "zəifik, yetişdirin" sözünü xatırladaraq, "Bura şitillik deyil, səni yetişdirək. Mənə mükəmməl pyes lazımdır. Əlli yaşlı adamdan dramaturq düzəldə bilmərəm", - dediyini bildirib.

Daha sonra Firuz Mustafa haqqında bu sözləri deyib: "İnanın, mən Firuz Mustafanın pyesini tamaşaya qoymaq istəyirdim. 12 pyesini oxudum və gördüm, yox, bu pyeslərdən birini də tamaşa qoya bilmərik".

"Axar.az" adı çəkilən müəlliflərin münasibətini öyrənib.

İsrafil özü yetişməlidir

Elçin Hüseynbəyli:

- İsrafil bəy mənim sözlərimi yanlış anlayıb, mən ona ərklə demişdim bunu. Demişdim ki, pis yazırıqsa, bizi yetişdirsinlər. Bu hadisə azı iki il bundan əvvəl olub, köhnə palan içi tökmək lazım deyil. İsrafil bəy, "Bizlə düz başlamadı", - deyib, amma əslində, mənimlə düz başlamayan o özüdür. Təmirdən sonra Mədəniyyət Nazirliyi özü məndən yeni pyeslər istəmişdi. Sonra qəbul etmədilər.

İndiyə qədər 10 əsərim tamaşaya qoyulub. Altı pyesimi Hüseynbala Atakişiyev səhnələşdirib. Mən özümü kifayət qədər yetişmiş dramaturq hesab edirəm. İsrafil özü direktor kimi yetişməlidir.

Nazirliyə dəfələrlə şifahi, yazılı müraciət etmişəm, cavab verilməyib. Nə vaxt gedirəm, İsrafil müəllimin katibəsi deyir ki, qonağı var. Qonaqları evdə qəbul edərlər, işdə yox.

Sabah onlar vəzifədən getsələr, İsrafil başqa maska taxacaq

Firuz Mustafa:

- İsrafil İsrafilov deyir ki, Firuz Mustafanın on iki pyesini oxudum, o əsərləri tamaşaya qoymaq olmaz. Mən həm də məntiq mütəxəssisiyəm, filosofam. Məntiqi sual çıxır: tamaşaya qoyulması mümkün olmayan on iki əsəri birnəfəsə oxumaq olarmı və ya buna ehtiyac duyularmı? Ötən il mənim 33-cü pyesim tamaşaya qoyuldu. İlk pyeslərimi mərhum Hüseynağa Atakişiyev tamaşaya qoyub. Sizcə, Hüseynağa güclü, ağıllı rejissor olar, ya İsrafil? İsrafilov yoldaş vəzifəli adamların yanında bulunmağı xoşlayan siyasi konyukturşikdir. Baxın görün, o kimin əsərlərini tamaşaya qoyur? Vəzifəli adamların. Elçin Əfəndiyev, Kamal Abdulla çox istedadlı dramaturqlardır. Mən hər ikisi haqda yazmışam. Amma yoldaş İsrafilov onların əsərlərini istedad amilinə görə deyil, tutduqları vəzifəyə görə hazırlamağa məhkumdur. İnandırım sizi, sabah onlar vəzifədən getsələr, İsrafil başqa maska taxacaq. Yenə deyirəm, adlarını çəkdiyim şəxslər dünya teatr arenasına çıxmağa layiqdirlər. Mənim bu İsrafil deyilən adamla düz-əməlli tanışlığım yoxdur. Ara-bir yazılarını və müsahibələrini oxumuşam. Deyilənə görə, vaxtilə epizodik rollar oynayıb, rejissor assistenti olub, dissertasiya müdafiə edib, Mərkəzi Komitədə, teatr muzeyində, icra aparatında çalışıb. Çox maskalar taxıb. Teatrı nə kökə salıb, yaradıcı heyətlə hansı münasibətdədir, bu da göz önündədir. Mənim "Bəyaz kölgələr" əsərimi repertuardan çıxarıb. Pyesi Ağakişi Kazımov hazırlayırdı. Əvvəlcə rejissorla mübahisələri düşdü, sonra əsərə qulp qoymağa başladı. Dəfələrlə mən olan verilişlərə onu debata çağırıblar, gəlməyib, aradan çıxıb. Yox, mən deyə bilmərəm ki, bu, nə isə bir təmənna ilə bağlıdır. Qətiyyən, belə desəm, yalan olar. Sadəcə olaraq, həyatda belə adamlar olur: karyerist, təkəbbürlü, özünü hamıdan çoxbilmiş hesab edən, nihilist. Belə adamların haqq yoluna gəlməsi, ədalət hissinə yiyələnməsi qaldı bir də, o məlum-məşhur pritçada olduğu kimi, İsrafilin sur düdüyünü çalacağı vaxtı gözləməyə.

Tarix
2013.09.14 / 13:00
Müəllif
İlqar Vəliyev
Şərhlər
loading...
Digər xəbərlər

Nobelin Bakıda tikdirdiyi 121 illik ev uçur - Foto

Mixaylonun Maribor şəhərində abidəsi ucaldıldı - Foto

Ermənilərin növbəti yalanı bütün dünyanı güldürdü – Video

“Bakı Ekspo 2025”in təqdimatı oldu - Foto

Bu, Bakını dünyaya yeni imicdə təqdim edir - Alişa Çinay

Bu il ölən 3 gözəl modelimiz - Fotolar

Bakıda villa 2,5 milyona satışa çıxarıldı - Foto

Tanınmış müğənni baş nazir olmaq istəyir

Dünyanın ən bahalı şərabı satıldı - Foto

Suyun altında 3000 illik qala tapıldı: Türkiyədə - Foto

KULT
<>
Xəbər xətti
 
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla