Yuxarı

Onların 2016-cı ildəki uğursuzluqları

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

İl başa çatır, 2017-ci ilin astanasındayıq. Bununla bağlı qələm adamlarımıza üz tutduq. Onlara “Yola salacağımız 2016-cı il həyatınızda, yaradıcılığınızda hansı uğursuzluqları ilə yadda qaldı?” deyərək, fərqli bir sual verdik.

Axar.az ədəbiyyat adamlarının bu suala cavablarını təqdim edir:

Kəmaləddin Qədim: 2016-cı il həyatımda ürəyimin növbəti şıltaqlığı və məni yenidən sınağa çəkməsiylə, evliliyimin 40 illiyi, yaradıcılığımda isə yeni şeirlər kitabımın çap olunmasıyla qaldı. Bunlara da uğursuzluq deyilməz. Deməli, bu il mənim üçün uğurlu olub.

Pərviz Cəbrayıl: 2016-cı il mənim üçün başdan-ayağa uğursuz oldu. Bir aylıq məzuniyyətimi yenə həmişəki kimi romanımın redaktəsinə sərf edəcəkdim, amma hörmətli dostum-qardaşım, baş redaktorum cəmi 15 gün lütf elədi. Mən də acığımı özümdən çıxdım və bircə dəfə də romanın üzünə baxmadım. Bundan başqa, roman üçün 9 aylıq qeydlərim texniki yanlışlıq üzündən itdi, bərpa edə bilmədim. Nə isə, 2016-ya “sözün bitdiyi il” deyərdim.

Qurban Yaquboğlu: Böyük uğursuzluq yaşamadım. Kiçik uğursuzluqlardan da danışıb xırdaçılıq eləmək istəmirəm.

Bilal Alarlı: 2016-cı il mənim üçün uğurları ilə seçilib. Cəhd elədiyim əksər işlər baş tutub, amma çətinliklər də olub. Rayonda yaşadığıma görə ədəbi orqanlarla müntəzəm əlaqə saxlaya bilməmişəm. Bu il şeirlər yazmışam, elmi araşdırmalarımı davam etdirmişəm. Tələbələrimin yaradıcılıq nümunələrindən ibarət poetik toplu çap etdirmişəm. Beynəlxalq və Respublika əhəmiyyətli elmi konfranslarda çıxışlar etmişəm. Elmi jurnallarda məqalələrim işıq üzü görüb. Bir şeir kitabım çıxıb. Naşükürlük etməyə haqqım yoxdur. Arzularım çoxdur. Həyata keçməyənlər növbəti ilə qaldı.

Tarix
2016.12.28 / 08:30
Müəllif
Faiq Balabəyli
Şərhlər
Digər xəbərlər

Sülhməramlıların texnikalarının ilk partiyası... - Video

İsrailin İrana zərbəsi: Uçuşlar dayandırıldı

Pənahov Maldivə getdi: Seçkiləri müşahidə edəcək

ABŞ buna görə Bakını təbrik etməli idi... - Deputat

Deputatdan tələb: Ləyaqəti varsa, Prezidentdən üzr istəsin!

Sülhməramlılar çıxır, Rusiyanı ləkələmək istəyəcəklər

Ermənilər üçün canını verməyən 1960 rus döyüşə getdi

Bakı təcrübəsi: Daha bir ölkə fransız diplomatları qovdu

Paşinyan sərhədimizi pozmasın deyə, görün, nə etdi - Video

Rus sülhməramlılar çıxdı, ABŞ və Rusiya ittihama başladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla