Ana səhifə Kult |
Türkiyənin Adana Böyükşəhər Bələdiyyəsi Beynəlxalq Qızıl Koza Film Festivalı keçirəcək. Festivalda nümayiş ediləcək filmləri tamaşaçıların izləməsi də mümkün olacaq.
Bu il ötən illərdən fərqli olaraq Skandinaviya ölkələrində çəkilən filmlərin xüsusi bölməsi yaradılıb. Ən önəmli və seçilmiş filmlərin yer aldığı bu bölmə "Şimal işıqları" adlanır. Bölmədə məşhur rejissorlar finlandiyalı Aki Kaurismaki, islandiyalı Daqur Kari, eləcə də beş ölkədən dəvət olunmuş səkkiz kinoşünasın son illərdə çəkdiyi ən yaxşı filmləri yer alacaq. Bu filmlər sırasında Aki Kaurismakinin "Hamlet iş dünyasında", Lars Von Trierin "Əmr ver, müdirim", Jens Lienin "Uyumsuz adam", İsveçli rejissorlar Ola Simonsson və Johannes Nilssonun "Həyatın ritmi", Bent Hamerin " Mətbəxt hekayələri", islandiyalı rejissor Daqur Karinin "Tutunmayanlar", Roy Andersonun "İkinci dərəcəli mahnılar" filmləri də var.
Tarix
2013.09.05 / 14:56
|
Müəllif
Türkan Zamanova
|