Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
26 Aprel 2018


Özcan Dəniz Azərbaycandan üzr istədi - Video

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

2009-cu ildə Türkiyədə bir proqramda Azərbaycanın məşhur bəstəkarı Emin Sabitoğlunun “Dağlar” mahnısını ermənicə oxuyan və bunu erməni xalq mahnısı kimi təqdim edən Özcan Dəniz Azərbaycan xalqından üzr istəyib.

Axar.az xəbər verir ki, ötən gün bir paylaşımla gündəmə çevrilən və bütün sosial şəbəkə və medianı əhatələyən, Özcan Dənizin ünvanına kəskin qınaqlarla müşayiət olunan yazılara türkiyəli müğənni İnstaqram səhifəsində reaksiya verib. Emin Sabitoğlunun mahnısı olduğunu bilmədən səhv etdiyini qeyd edən müğənni yazıb:

“Əziz azərbaycanlı qardaşlarım, təqribən 10 il əvvəl "Mədəniyyət körpüləri" adlı konsert proqramımız vardı. Bu konsertdə Mesopotamiyaya aid bir çox dildə mahnılar səsləndirdik. Bu layihənn tanıtımı üçün 8 il əvvəl çıxdığım proqram idi bu.

Repertuarda ispan və ingiliscə mahnılar da vardı. Kanal-24-də yayımlanan "Kafa dengi" proqramına da təqribən 10 il əvvəl bu konsertlərin tanıtımı üçün çıxmışdım və oxuduğum mahnı o an əzbərimdə olan bir mahnı idi. Emin Sabitoğludan bəhs etməli idim, haqlısınız. Bunun üçün sizlərdən üzr istəyə bilərəm. Məlumatsızlığıma görə üzrlü hesab edin. Mən artıq səhnəyə çıxmıram. Təqribən 10 il əvvəlin konsert və televiziya proqramı idi bu. Hətta o proqramı xatırlamıram. Sənətin dili, dini, irqi olmaz. Sizdə orada hansı mətbuat nə deyir, nədən bəhs edir, bilmirəm, amma təhrif edərək dedikləri dəqiqdir.

Mən sənətçiyəm. Yer üzündəki heç bir mədəniyyətə düşmən ola bilmərəm. Siyasət mənim işim deyil. Bu pis niyyətli davranış məni azı sizin qədər məyus etdi, həmçinin əsəbiləşdirdi. Keçmişdə yaşadığınız ağrı-acıları azı sizin qədər bilirəm, hiss edirəm və yanınızdayam. Azərbaycanlı dostlarım bilir: Mən hər il Xocalı qətliamının ildönümündə acınızı paylaşıram. Bir neçə dəfə Şəhidlər xiyabanına gedib dua etmişəm. Allah da bilir ki, çəkdiyimiz seriallarda Azərbaycan xalqının aşağılaya biləcək istənilən ssenariyə qarşı çıxmışam. Biz qardaşıq. Türk filmini Azərbaycana gətirən mənəm. Türkiyədə Azərbaycan sənətçilərinin konsertinin təşkilatçılığını da ilk dəfə mən etmişəm. Hazırda azərbaycanlı dostlarımızla iki qardaş ölkənin ortaq abidəsi olan “Koroğlu” dastanını şəkmək üçün müzakirələr aparırıq. Bakı hər zaman mənim ikinci şəhərimdir, azərbaycanlı qardaşlarım da hər zaman mənim dostlarım olacaqlar. Buna zərər vermək istəyənlərin pisliyi özlərinə qalacaq. Sizləri sevirəm və pis niyyətli adamlara deyil, qəlbimə inanın. Allaha əmanət olun”.

Müğənni və aktyor Özcan Dəniz bu sözləri öz ifasında “Gəl, ey səhər” mahnısını paylaşıb.

Tarix
2017.01.07 / 18:21
Müəllif
Aytac Qədirova
Şərhlər
Загрузка...
Digər xəbərlər

Rus komandirdən erməni qətliamına reaksiya – Foto

İran aktyorumuzu mükafatlandırdı - Foto

Trampın qadın oxşarı hər kəsi mat qoydu - Foto

Şarl Aznavur xəstəxanaya yerləşdirildi: konsert ləğv edildi

Rza Pəhləvinin mumiyası tapıldı - Foto

Yasaqlanmış radiomuzun növbəti buraxılışı – Video

Elm dünyası şokda: Kosmosda nəhəng mələk tapıldı - Video

Napoleon bu rəsmi Fətəli şah üçün niyə çəkdirib? - Foto

Yazıçının başına gələn şok olay: KQB vəsiqəli yadplanetlilər

22 apreldə şəhid olan Təbriz – Foto

KULT
<>
Xəbər xətti
 
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla