Axar.az
Yuxarı
29 Aprel 2017


Onlarda səviyyə o qədər aşağıdır ki... - Millət vəkili

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son zamanlar sosial şəbəkələrdə, eləcə də ictimaiyyətdə Azərbaycan müğənnilərinin savadsızlığı və nitq mədəniyyətinə, ədəbi dilin normalarına riayət etməməsi müzakirə obyektinə çevrilib. Bu mövzunun növbəti dəfə gündəmə gəlməsinə isə müğənni Elza Seyidcahanın sosial şəbəkədə "səhv" sözünü "səhf" kimi yazması və sonradan onun səhvini düzəltmək istəyən həmkarlarının da bu sözü düzgün yaza bilməməsi səbəb olub.

Bu barədə Şərq.az-a danışan millət vəkili, akademik Nizami Cəfərov da bəzi müğənnilərin həqiqətən dünyagörüşü zəif, savadsız olduğunu təsdiqləyib.

Deputat bildirib ki, ümumi savadsızlıq müşahidə edilsə də, elə sənət adamlarımız var ki, onlarla mədəniyyətdən, tarixdən, ictimai-siyasi proseslərdən, dünya hadisələrindən istənilən qədər söhbət aparmaq olar:

"Mən özüm də elə müğənnilər tanıyıram. Amma bununla yanaşı, xüsusilə gənc nəsildə bu səviyyə xeyli aşağı düşüb. Əvvəlki müğənnilərimizlə müqayisə etdikdə fərq ortaya çıxır. Bülbül, Rəşid Behbudov, Zeynəb Xanlarova kimi karifey sənətkarlarımız Azərbaycan dilini, mədəniyyətini, varlığını ən mürəkkəb beynəlxalq vəziyyətdə dünyaya tanıtdılar. Məsələn, bütün türk dünyasında Zeynəb Xanlarovanı sevirlər. Hətta Azərbaycan dilinin onun vasitəsilə nüfuzu artdı. Eləcə də ondan əvvəl böyük təcrübəmiz var. Doğrudur, muğam oxuyan müğənnilərimizin içərisində də savadlı insanlar var, amma ümumi səviyyə çox aşağıdır. Hazırda daha aktiv fəaliyyət göstərən estrada janrı ilə məşğul olan müğənnilər görürsən ki, dünyanın elə işlərini, alverlərini bilirlər ki, onları heç mən bilmirəm. Yaxşı olardı ki, onlar ictimai-siyasi məsələlərdən də agah olsunlar. Belə bir deyim var:

Sən şair olmaya bilərsən, inan

Vətəndaş olmağa ancaq borclusan".

Akademik qeyd edib ki, indiki müğənnilərin tərcümeyi-halına baxsaq, bəzilərinin orta məktəbi yaxşı oxumadığını, hətta heç oxumadığını görürük:

"İstər-istəməz bu halda savadsızlıq olacaq. Nəzərə almaq lazımdır ki, nitq mədəniyyəti insan mədəniyyətinin, ümumi milli mədəniyyətin tərkib hissəsidir. Normal nitqi olmayan müğənnilərə çox rast gəlinir. Görürsən ki, nə yazısı yazıdır, nə danışığı danışıqdır. Bilmirəm onları kursa göndərmək lazımdır, yoxsa necə etməliyik. Hər halda düşünürəm ki, bu məsələni ictimailəşdirmək lazımdır. Bu məsələlər artıq müğənnilər üçün lazımsız hala çevrilib. Bir var ki, hansısa dairədə bu savadsızlıq olsun, bir də var ki, kütləvi şəkildə bu hal yayılsın. Həmin müğənni dünyanın müxtəlif ölkələrində olacaq və özünü orada elə aparacaq ki, onun özü barədə deyil, bütövlükdə xalq barədə təsəvvür yaranacaq. Biz bu gün elə dünyada yaşayırıq ki, hər bir incəsənət xadimimiz eyni zamanda ictimai səfirdir, xalq diplomatıdır. Bu gün bütün televiziyalarımız müğənnilər üçün açıqdır.

Onlar yalnız musiqi ifa etməklə kifayətlənmirlər, həm də geniş müzakirələr aparırlar, müxtəlif mövzularda söhbətlər edirlər. Hətta aparıcılıq edirlər. Bunlar isə bütün dünyaya çatdırılır. Lakin səviyyə o qədər aşağıdır ki, bununla biz hara gedirik. Bir şeyi də nəzərə almaq lazımdır ki, bu gün müğənni üzdə olan, nümunə götürülən şəxsdir, gənclik ona baxır. Ola bilər ,o, gözəl mahnı oxuyur, ruhları oxşayır. Amma elə ki, danışır, bir fikir söyləyir, o zaman hər şey bəlli olur. Mənasız danışmaq artıq prestij olub. Müğənnilər sanki danışanda "Ay camaat, mən savadsızam, bu, məni heç də maraqlandırmır" kimi hərəkət edir. Ona görə də bu həmişə gündəmə gətirilməlidir və müğənni bilməlidir ki, o vətəndaşdır”.

Tarix
2017.01.08 / 10:00
Müəllif
Axar.az
Şərhlər
Загрузка...
Digər xəbərlər

AMEA adlı mükafatlarını təqdim etdi

Filmin təqdimatına buna görə gəlmədim - Xalq artısti

Məşhur müğənni uşaqlarının atasına ərə getdi

Milli QHT Forumu Zərifə Əliyevanı andı - Foto

Nazir müavini İranda: Bircə dəfə Təbrizi görmək…

Güneydəki intiqam alovu düşməni yandıra bilər

Nə vaxtım var, nə bacarığım – Xalq artisti

Barselonalılara Azərbaycana aid kitablar verildi - Foto

Bu il azərbaycanlı müğənnilərin toy qiyməti - Siyahı

Azərbaycan şəhəri bu adı almağa hazırlaşır

KULT
<>
SORĞU
Dağlıq Qarabağ probleminin həlli yolunu necə görürsünüz?
  
  
  
Xəbər xətti
 
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla