Yuxarı

Mərhum Zakir Sadatlı ilə dostluq edirdim...

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Seyran Süleyman - 1979-cu ildə Özbəkistanın Fərqanə vilayətinin Kuva şəhərində anadan olub. 1991-ci ildən isə Krimda yaşayır. Krım-tatar yazıçısı və tərcüməçisidir. O, Ukraynanın Milli Yazıçılar Birliyinin, Avrasiya Yazarlar, Dünya Gənc Türk Yazarlar birliyinin üzvüdür, "Yeni Dünya" Respublika qəzetinin məsul katibidir. Çağdaş Türk ədəbiyyatında imzası tanınan yazardır.

Onunla müsahibəni sizə təqdim edirik.

- Krım türkləri əzəli torpaqlarında indi özlərini necə hiss edir?

- Krım Xanlığı dövründə Krımdakı tatarlar 4 milyondan çox idi. Krımın Rusiya İmperiyası tərəfindən işğalından sonra krım tatarlarının əsas hissəsi Anadoluya (Türkiyə), Rumıniya və Bolqarıstana köçüb. Xalqın yarısı məhv edilib. 1944-cü ildə isə bütöv Krım-tatar xalqı Stalinin göstərişi əsasında deportasiya olunmuşdu. Bizim xalq Krım tatarlarının milli hərakatının mübarizəsinin səyi və SSRİ-nin tədricən dağılması nəticəsində öz doğma yurdlarına qayıda bildi. İndiki Krımda 300 min, Krımdan xaricdə, keçmiş SSRİ ərazisində isə 100-150 mindən çox Krım tatarı yaşayır.

- Krım türkləri olaraq ölkənin ictimai-siyasi həyatında necə təmsil olunursuz?

- Bizi, Ukraynada olduğu kimi dünya arenasında da təmsil edən öz məclisimiz və qurultayımız var. Ukraynanın Ali Radasında cəmi bir krım-tatar deputatı var. Krımda 15 milli krım-tatar məktəbi fəaliyyət göstərir. Məktəb və məscidlərin açılmasında bizə Türkiyə kömək edir. Təəssüf ki, Ukraynada bizim xalqın bütün hüquqlarının bərpa olunması qanunu qəbul olunmayıb. Hərçənd ki, əvvəllər öz dövlətçiliyimiz, daha sonra isə öz muxtariyyətimiz olub, indi isə yoxdur. Bizi Ukraynada faktiki olaraq milli azlıq kimi təqdim edirlər, hərçənd biz Krımın yerli xalqı sayılırıq.

- Əsrlərdir ki, Türkün əzəli torpağı olan Krımda başqa dövlətlərin bayrağı dalğalanır. Amma yer və dağ adları buralarda türkün qədimliyindən xəbər verir. İnsanlarınız necə, bu əzəli və əbədi türkçülüyü yaşadırmı?

- Krım-tatarlarının deportasiyasından sonra praktiki olaraq bütöv toponimika, demək olar ki, bütün keçmiş türk şəhərlərin və Krım kəndlərinin adları dəyişdirilib. Məsələn, Qarabusarı Beloqorsk, Kezlev Evpatoriya, Bay Kiyat Vladimirovka, Azizköy Demyanovka və sair adlandırılıb. O qüvvələr bizim xalq barədə yaddaşımızı bütünlüklə məhv eləmək istəyirdi. Sadəcə, bəzi adlara dəyməmışdilər, məsələn, Baxçasaray şəhərinin adını. Belə deyirlər ki, bu şəhərin adını Puşkinə və onun "Baxçasaray fontanı" əsərinə görə dəyişməyiblər. Hələ də Krımın yerli toponimiyasını geri qaytarmayıblar. Krım tatarları türk dünyasının bir hissəsidir və hissəsi də olaraq qalacaq. Bizim böyük maarifçimiz İsmayıl Qaspıralı bütün ömrünü türk dünyasının birliyinin mübarizəsinə həsr edib. Onun "Tərcüman" qəzeti bu birliyə xidmət edirdi. İndi də Qaspıralı "Dildə, fikirdə, işdə birlik" sözü bütöv türk xalqı üçün öz aktuallığını itirməyib.

- Seyran bəy, siz Simferopolda yaşaylrsız, orada türklərin yaradıcılıq işləri necədir? Türk teatrları, mədəniyyət mərkəzləri fəaliyyət göstərirmi? Bəs məktəb, tele-radio var?

- Mən Belaqor rayonunda yaşayıram, lakin Simferopolda işləyirəm, yeri gəlmişkən, bu şəhərin yerli adı Ağməsciddir. Simferopolda Krım-tatar akademik musiqi-dram teatrı işləyir. Söz düşmüşkən deyim, bizim teatr bu yaxınlarda "Arşın mal alan" tamaşasını qoyub və anşlaqla qarşılanıb, hamının xoşuna gəlib. Bizim bu şəhərdə İ.Qaspıralı adına böyük krım-tatar kitabxanamız var. Krım türklərinin öz şəxsi "ATR" telekanalı, "Lalə" uşaq kanalı, "Meydan" radioumuz da var. Krım dövlət kanalında krım-tatar redaksiyası da fəaliyyət göstərir. Hər həftə bütöv krım-tatar dilində çıxan "Yeni dünya" adlı bircə respublika qəzetimiz var. Digər qəzetlər isə ya iki dildə, ya da bütünlüklə rus dilində çıxır. "Yıldız" adlı ədəbiyyat jurnalı, "Nenkecan" qadın jurnalı və "Armancıq" adlı uşaq jurnalımız da var. Simferopolda krım-tatar mədəniyyət mərkəzinin tikilməsi planlaşdırılır.

Bizim Ukrayna Yazarlar birliyinin Krım şöbəsində 30 yazıçımız var. Hökümətin dəstəyi ilə Krımda krım-tatr dilində kiçik tirajla 5-6 kitab çap olunur. Bu təbii ki, azdı və müəlliflərin çoxu öz büdcəsi hesabına kitabları nəşr elətdirirlər və ya sponsor axtarırlar. İllərdir, çalışsaq da kiril əlifbasından Latın əlifbasına keçə bilmirik.

- Necə düşünürsüz, zaman keçdikcə türklərin assimliyasiyası olunması təhlükəsi hiss edilmirmi?

- Krım tatarlarının deportasiyada öz dillərində təhsil almaq imkanları yox idi. İndi də dilin itirilməsi ilə bağlı problem var, xalqın assimilyasiyası baha başa gəlir. Rus məktəblərində krım-tatarlarının öyrənilməsinə çox az vaxt sərf olunur. Həmçinin, qarışıq nikahların sayı da artıb, bu da milləti assimilyasiyaya aparır.

- Azərbaycanda olmusuz, ölkəmiz haqda təəssüratlarınız necədir?

- Məlum olduğu kimi , krım-tatar şairi və türkoloqu Bəkir Çobanzadə Bakıda dərs deyirdi və onun həyatının yarısı Azərbaycanla ayrılmaz bağlıdır. İsmayıl Qaspıralının qızı Şəfiqə Qaspıralı da Bakıda yaşayırdı və pedaqoji məkətəbə başçılıq edirdi. O, Azərbaycanın Milli Hökumətinin baş nazirinə ərdə idi. Mən də həmişə Bakıda olmağı arzulamışam. Keçən il "Gəldik, gördük, yazdıq" layihəsi çərçivəsində Dünya Gənc Türk yazarlar birliyinin sədri, Əkbər Qoşalının təklifi əsasında mən Bakıda, həmçinin Tovuz, Ağdam və Gəncədə olmuşam. Qarabağ problemi ilə yaxından tanış oldum və bütünlüklə Azərbaycan xalqının ağrısını paylaşıram. Sözsüz ki, Azərbaycanın işğal olunmuş torpaqları qaytarılmalı, burada sülh və əmin-amanlıq hökm sürməlidir. Bu il həmçinin mən Dünya Gənc Türk Yazarlar Birliyinin yubileyində olmuşam. Bakı möhtəşəm şəhərdir, burada xüsusi aura var, şərq və qərb, qədim və müasirlik iç-içədir, Bakıda yaşayaraq şeir yazmamaq mümkün deyil. Mən bu şəhəri sevdim, burada möhtəşəm qonaqpərvər adamlar yaşayır.

- Azərbaycan yazarları ilə tanışlığınız necədir?

- Çoxdur tanıdıqlarım. Ancaq mərhum yazıçınız Zakir Sadatlı ilə dostluq edirdim, biz onunla həmişə yazışırdıq. Mən onun "Salam, Baça" adlı hekayəsini tərcümə edərək Krımda dərc eləmişəm. Ümumiyyətlə Azərbaycandan xeyli yazıçının əsərini tatarcaya çevirmişəm.

Tarix
2013.11.09 / 13:58
Müəllif
Faiq Balabəyli
Şərhlər
Digər xəbərlər

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla