Yuxarı

Efiri toyxanaya çevirənlərə MTRŞ-dən - Reaksiya

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Azərbaycanın efir məkanında ciddi yaradıcılıq, keyfiyyət problemləri var.

Bu sözləri Axar.az-a MTRŞ-ın Monitorinq şöbəsinin müdiri Təvəkkül Dadaşov deyib. O bildirib ki, milli efir məkanında yer alan bayağı verilişlərlə bağlı Şura dəfələrlə öz mövqeyini bildirib:

“Yayımçılar keyfiyyətli, ictimaiyyətin maraqlarına cavab verən verilişlər hazırlamalı, müzakirə proqramlarında ciddi ictimai əhəmiyyət kəsb edən mövzuları müzakirəyə çıxarılmalıdır. Şou verilişlərin efirdən yığışdırılması yox, onların səviyyəsinin artırılmasına, sünilikdən, bayağılıqdan qaçmağa çalışılmalıdır. Azərbaycan xalqının milli mentalitetinə, ailə dəyərlərinə uyğun, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsinə xidmət edəcək və ən əsası isə bütün bunları müasir dünyanın çağırışları ruhunda təqdim edə biləcək verilişlər hazırlanmalıdır. Düzdür, bu gün milli efir məkanımızda müəyyən normal verilişlər, proqramlar da var. Xüsusilə dövlət büdcəsindən maliyyələşən yayımçıların efirində ciddi layihələr müşahidə edilir. Lakin bunlar kifayət etmir və həm də bu, ona əsas vermir ki, bəzi özəl yayımçılar efirlərini toyxana tipli, qeyri-ciddi, milli-mənəvi dəyərlərə zidd verilişlərlə doldursunlar”.

T.Dadaşovun sözlərinə görə, Şura dəfələrlə bu cür hallara müdaxilə etməli olub:

“Bu yaxınlarda iki verilişin yayımının dayandırılmasına və yaxud formatının dəyişdirilməsinə nail olunmuşuq. Yayımçılar bəzən maddi çətinlikləri əsas gətirirlər. Lakin onlar unudurlar ki, səviyyəli layihə, səviyyəli proqram daha çox sponsor, reklam gətirə bilər, nəinki bayağı verilişlər. Ad çəkmək istəməzdim, bu formulla hərəkət edən yayımçılar var və onların uğurları göz qabağındadır”.

T.Dadaşov onu da qeyd edib ki, MTRŞ televiziyaların yaradıcılıq işinə müdaxilə etmir:

“Teleradio yayımı haqqında qanunvericilik MTRŞ-yə yayımçıların yaradıcılıq işinə müdaxilə etməyə imkan vermir. Buna görə də bu gün milli efir məkanında yaradıcılıqla bağlı problemlərin aradan qaldırılmasında Şura iştirak edə bilmir. Bəzi yayımçılar isə problemləri aradan qaldırmağa səy göstərmir”.

Qeyd edək ki, millət vəkili Qənirə Paşayeva bəzi televiziyaların efir məkanını toyxanaya çevirməsindən şikayətlənib. Onun bu tənqidindən sonra tele-mütəxəsislər, o cümlədən bir çox millət vəkilləri son zamanlar televiziyalarda bayağı verilişlərin getdikcə artmasına qarşı çıxıblar.

Tarix
2017.01.12 / 13:13
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Əskipara qəribə durum: evinin yarısı Azərbaycana düşür - Video

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla