Yuxarı

Türk millət vəkilindən “Rəcəb İvedik-5”-ə sərt reaksiya

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Rəcəb İvedik-5" filminin treylerində azərbaycanlı ilə türk boksçunun rinqə çıxdığı səhnə iki gündür ki, hər iki ölkə mediasının gündəmini zəbt edib. Belə ki, filmdə Rəcəb İvedik (Şahan Gökbakar) rinqə çıxdığı azərbaycanlı boksçunu bir yumruğu ilə yerə sərib.

Sözügedən səhnə isə birmənalı qarşılanmayıb. Ekran işinə ilk etiraz edən Giresun Universitetinin Azərbaycan kökənli professoru Aygün Attar olub. O, boks səhnəsində azərbaycanlının təhqir olunduğunu və iki qardaş ölkənin münasibətlərinə ciddi ziyan vurduğunu bildirib.

Axar.az Musavat.com-a istinadla xəbər verir ki, AK Partiya Adana millət vəkili Necdət Ünüvar da ekran işinə etiraz edənlər siyahısına qoşulub.

O, filmdə yer alan boks səhnəsindən narahat olduğunu bildirib və filmin yaradıcı heyətinə məktub yazacağını açıqlayıb: "Filmdə bir boks səhnəsi var. Bu səhnədə türk vətəndaşı ilə Azərbaycan vətəndaşı olan iki boksçu yarışır. Orada dialoqlar və mübarizə var. Mən oradakı şişirdilmiş dialoqlar və səhnələrdən narahat oldum. Azərbaycanlı dostlarım filmlə bağlı mənə zəng etdi. Bir film səhnəsi bu dostluğu pozar? Pozmaz, amma nə üçün belə bir film səhnəsində bir-birimizi narahat edəcək, qıracaq bir dialoq, səhnə olsun. Siz güldürməyi qarşınıza məqsəd qoya bilərsiniz, bəlkə buna gülən bir-iki adam da ola bilər, amma buna kədərlənən insan sayı daha çoxdur. Türkiyə və Azərbaycan ətlə dırnaq kimidir. İki ölkə idmançıları beynəlxalq arenalarda qarşılaşdıqları matçlarda, idmanın gətirdiyi rəqabətin şərtləri içərisində centlmen kimi mübarizə aparıblar.

Türkiyə və Azərbaycanın digər ölkə idmançıları ilə mübarizəsində Türkiyə Azərbaycanı, Azərbaycan da Türkiyəni tutar. Azərbaycanlı idmançı başqa ölkənin idmançısı ilə etdiyi matç sonunda çempion olunca türk tamaşaçılar Azərbaycan bayrağını dalğalandırmaqdadır. Əksi olduğu halda isə azərbaycanlılar türk bayrağını dalğalandırar. Bizim adət etdiyimiz səhnə budur.

Filmdəki o səhnə həm Türkiyə-Azərbaycan qardaşlığını əks etdirməyən, həm də idmanın içindəki o centlmenlik duyğularına bir az tərs görüntüdür. Hazırda çox yüksək səviyyədə olan Türkiyə-Azərbaycan dostluğunu və qardaşlığını zədələməyə çalışanlar üçün şərait yaratmamaq lazımdır”.

Tarix
2017.01.18 / 01:38
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi...

İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla