Yuxarı

Berlində “Qarabağ kolleksiyası” podiuma çıxarıldı - Fotolar

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yanvarın 18-də Almaniyanın paytaxtı Berlin şəhərində Mersedes Benz Moda Həftəsi çərçivəsində Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) dəstəyi ilə baş tutan tədbirdə Qarabağ mövzusu və irsi diqqət mərkəzində olub. Berlində yaşayan gənc dizayner Leoni Mergen tərəfindən öz gözəlliyi ilə ictimaiyyətin diqqətini çəkən yeni “Qarabağ kolleksiyası” podiumda təqdim edilib.

TEAS-dan Axar.az-a verilən məlumata görə, Leoni hazırkı kolleksiyasını Azərbaycanın zəngin mədəni irsindən ruhlanaraq ərsəyə gətirib. Bu kolleksiya Azərbaycanın Qarabağ regionunun ənənəvi geyimlərindən ilhamlanan silsilə parçalarından ibarətdir. Ansambllarda ölkənin məşhur parçalarını xatırladan bəzəklər həm kişi, həm qadın geyimi görünüşünü yaradan yaxaları və qollu çuxalar təqdim olunub. Tarixi İpək Yolunda birləşdirici mərkəz və atçılıq sahəsində lider olmuş Azərbaycanın irsi Leoninin kolleksiyasında mühüm rol oynayır. Atçılığın təsiri ilə yaradılmış dəri aksessuarları və mürəkkəb ipək elementləri onun dizayn variasiyalarında aydın görünür.

Moda sənayesində çalışan 500-dən artıq peşəkar modelyer, moda üzrə ixtisaslaşan jurnalistlər və xarici qonaqların iştirakı ilə yüksək atmosfera yaradan bu şou Berlində tarixi “Kaufhaus Jandorf” sərgi məkanında baş tutub. Azərbaycan muğamı və instrumental musiqisi sədaları altında podiuma çıxarılan kolleksiya 26 müxtəlif geyim nümunələrdən ibarət olub. Leoni Mergenin mədəniyyətlərarası əlaqəni qeyri-adi formada əks etdirən, eyni zamanda texniki cəhətdən bacarıqla yerinə yetirilmiş geyim nümunələri iştirakçılar tərəfindən yüksək qiymətləndirilib. Bu kolleksiya hazırlanması və nümayişi Avropa Azərbaycan Cəmiyyətinin Dağlıq Qarabağın erməni hərbi qüvvələri tərəfindən davam edən işğalı haqqında məlumatlılığı artırmaq məqsədi ilə mədəniyyət sahəsində həyata keçirdiyi növbəti layihədir.

Avropa Azərbaycan Cəmiyyətinin sədri və təsisçisi Tale Heydərov bildirib: “Qarabağ kolleksiyası TEAS üçün çox maraqlı layihədir və biz gənc berlinli dizayner Leoni Mergenin Azərbaycan mədəniyyətindən ruhlanan moda kolleksiyasını dünya auditoriyası qarşısında təqdim etmək və bu layihəni dəstəkləməkdən məmnunuq. Beynəlxalq media məkanında yüksək səviyyədə işıqlandırılan və geniş auditoriyanın diqqətini cəlb edən Berlin Moda Həftəsi çərçivəsində Dağlıq Qarabağın Ermənistanın işğalı altında olduğunu göstərmək və milli mədəni irsimizi qorumaq üçün çox gözəl imkandır”.

Əlavə məlumat üçün bu səhifəyə müraciət edə bilərsiniz: www.karabakh-collection.com

Tarix
2017.01.19 / 13:46
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu, mütrüb-şüvənliyə son qoyulmalıdır – Ordumuz girsin!

Prezidentlər Ağdamda məktəbin təməlqoyma mərasimində...

Prezidentlər Füzulinin dağıdılmış yerlərinə baxdılar - Foto

Etirazlar Tavuşdan kənara çıxdı: yollar bağlanır - Video

Yeganə ölkəyik ki, Rusiya və İranla... - Prezident

Azərbaycandan qaz almağa hazırıq - Simonyan

Ordumuz Qazaxın kəndlərinə nə vaxt girəcək? - Ekspert

Ermənistan sərhədimizə qoşun yığırsa... - Əliyev

İran-İsrail toqquşması... – Əliyevin mühüm şərhi

Bayraq yandırmaq gücsüzlükdür, terror əməlidir - Mehrabyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla