Yuxarı

“Quşlar daha qorxmurlar” – Ruqəyyə Kəbiri

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda da kifayət qədər tanınan güneyli yazar Ruqəyyə Kəbirinin yeni kitabı İranda Azərbaycan dilində işıq üzü görüb.

Kult.az xəbər verir ki, “Quşlar daha qorxmurlar” romanı Nilufər və Nərgiz adlı iki fərqli nəsildən olan qadının həyat hekayəsidir. Romandakı hadisələr Xoy şəhərində İranın iki önəmli tarixi dönəmində - 1945 və 1979-cu illərdə baş verir. Milli hökumətin quruluşu və hökumətin dağılmağından sonrakı mühacirət məsələsi Nilufərin yaşayışında iz buraxırsa, 1979-cu il inqilabı, üstəlik inqilabdan asılı olan hadisələrdən sonra ziyalıların və solçuların mühacirəti də Nərgizin yaşayışında iz buraxır.

Bu roman tarixi roman deyil, bununla belə, tarixi hadisələr Muxtar, Nəriman, Xanağa və Səliman kimi obrazların yaşayışlarını çək-çevir edir.

Qeyd edək ki, “Quşlar daha qorxmurlar” romanı Rüqəyyə Kəbirinin işıq üzü görən üçüncü romanıdır. Son beş ildə “Evim” və “Yerdən uca torpaq” romanları, “Ürəyim ağrıyır”, “Bu qapı heç çalınmayacaq”, “İçimdəki qız” onlayn yazıları və “Dünya qabar çalıb, yoldaş” hekayə kitabları və Çin səfərindən bəhs edən “Saçaqdan asılmış əjdəha” adlı səfərnaməsi işıq üzü görüb. Üstəlik “Özbəkistan səfərnaməsi” kitabı da İranın İrşad Nazirliyindən lisenziya alıb və çapa hazırlanır.

“Ürəyim ağrıyır” hekayə toplusu və “Evim” romanı Bakıda qanun nəşriyyatı tərəfindən çap olunub. Üstəlik, 2012-cı ildə “Azadlıq” radiosunun keçirdiyi hekayə müsabiqəsində “Məvail” adlı hekayəsi 180 əsərin içində birinci olmağı bacarıb. Yazıçının “Qar yağır” adlı hekayəsi əsasında Qadir Fərivərin rejissorluğu ilə “Qaral” adlı film çəkilib.

Tarix
2017.01.20 / 01:23
Müəllif
Aytac Qədirova
Şərhlər
Digər xəbərlər

Kiyev Bakıya baxmalı və başına döyməlidir - Arestoviç

Japarov Azərbaycana yola düşdü

İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...

Moskva, Bakı, Ankara və Tehran dərhal bunu etməlidir

Sərhəd boyu proses gedəcək: mübahisəli ərazilərə çatanda…

İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal

Bakıya “sanksiya siyahısı”na sevinən azərbaycanlılar…

Bu, sülhə doğru görünən addımdır - Almaniya

Nikolun partiyasından Zəngəzur dəhlizi açıqlaması…

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla