Yuxarı

İlhamənin mirası bölüşdürüldü: Oğluna pay düşmədi

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mərhum müğənni İlhamə Quliyevanın qalmaqallı mirası nə oğulluğu Orxan Nadirova, nə də dövlətə qalıb. Müğənninin varislərinin xalauşaqları və bibiuşaqları olması ilə bağlı qətnamə çıxarılıb. Bu barədə müğənninin oğulluğa götürdüyü O.Nadirovun hüququnu müdafiə edən vəkil mətbuata açıqlama verib.

O bildirib ki, Səbail Rayon Məhkəməsində şikayətləri təmin olunmayıb: “Övladlığa götürmə faktı var. Biz də şahid ifadələrinə və fotogörüntülərə uyğun olaraq Səbail Rayon Məhkəməsinə müraciət etdik. Amma şikayətimiz təmin olunmadı. İlhamə Quliyevanın qanun üzrə vərəsələrinə gəldikdəsə, bu kateqoriya beş növə bölünmüşdü: Xalauşaqları, bibiuşaqları ortaya çıxdı. Yasamal Rayon Məhkəməsinin qətnaməsinə əsasən xalauşaqları və bibiuşaqlarının şikayəti təmin olundu və varis kimi tanındı. Miras da onlara qaldı”.

Məsələ ilə bağlı xalq artistinin oğulluğu hesab edilən O.Nadirovun münasibətini öyrənməyə çalışdıq. O, Musavat.com-a açıqlamasında bildirdi ki, qərarla bağlı münasibətini yalnız fevralın 25-dən sonra bildirəcək.

Mərhum sənətkarın vəkili olmuş Elmira Məmmədova məhkəmə qərarına öz rəyini bu cür ifadə etdi: “Tezliklə bu məsələ ilə bağlı Orxanla görüşüb söhbətləşəcəyik. Lakin həmişə qeyd etmişəm ki, Mülki Məcəllədə məcburi pay var, yəni qanunla Orxana da pay düşür”.

Xatırladaq ki, ötən il vəkil Elmira Məmmədova mətbuata açıqlama verərək mərhum müğənninin mirasını açıqlamışdı. Vəkilin dediyinə görə, sənətkarın 2 milyonluq dəyərində mirası var ki, bura da 4 ev, 50 sot torpaq, 2 avtomobil, qızıl-zinət əşyaları daxildir. Mərhum sənətkarın mirası ilə bağlı dəfələrlə onun yaxınları, o cümlədən, oğulluğu Orxan Nadirov və bacıları, müğənni Əli Mirəliyev arasında qalmaqal yaşanmışdı.

Tarix
2017.02.08 / 16:11
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

Bakıya “sanksiya siyahısı”na sevinən azərbaycanlılar…

Bu, sülhə doğru görünən addımdır - Almaniya

Nikolun partiyasından Zəngəzur dəhlizi açıqlaması…

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Paşinyanın 4 kəndi geri qaytarmasının əsl səbəbi…

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla