Yuxarı

14 Fevral: Sevgi, kilsənin oyunu və dəhşətli edam

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fevralın 14-ü dünyanın əksər ölkələrində “Sevgililər günü” kimi qeyd olunur. Bu gün insanlar sevdiklərinə müxtəlif xatirə hədiyyələri, xoş sözlər, arzular bağışlayır. “Sevgililər günü” ilə bağlı müxtəlif əfsanələr var.

Axar.az “Sevgililər günü” haqda geniş yayılmış əfsanələri təqdim edir:

Kraliça Yunoya sevgi

“Sevgililər günü”nün başlanğıc tarixi qədim Roma İmperiyasının dövrünə təsadüf edir. Qədim Romada 14 fevral bütün romalılar üçün əhəmiyyətli bir gün idi. Çünki bu gündə Roma tanrı və tanrı tərəfində olanların kraliçası Junoya hörmətdən dolayı müxtəlif mərasimlər keçirilirdi. Juno Roma xalqı tərəfindən qadınlıq və evlilik tanrıçası olaraq bilinirdi. Bu günü izləyən 15 fevralda isə “Luperkali bayramı” başlayırdı.

Bu bayram xalqın gənc əhalisi üçün böyük əhəmiyyət daşıyırdı. Həyatları sərt qaydalarla məhdudlaşdırılmış, qovuşmaq şansı olmayan gənclər yalnız bu bayram müddətində bir-birlərinin sevgilisi olurdular. Hansı gənc qadının hansı gənc kişi ilə cütlük olacağı, “Luperkali Bayramı” günü atılan püşklə müəyyən edilirdi. Romalı qızlar adlarını kağız parçalarına yazıb bir qaba qoyurdular. Romalı gənc kişilər isə qabdan bu kağızları çəkir, üzərində hansı qızın adı yazılıbsa, o qızla bayram boyunca birlikdə olurdular. Bəzən burada bir-birinə aşiq olan cütlüklərin münasibəti evliliklə nəticələnirdi.

Əziz Valentinin vəhşicəsinə edamı

İmperator II Klavdiy Romanı öz sərt qaydaları ilə idarə edən bir hökmdar idi. Onun üçün ən böyük problem ordusunda döyüşəcək əsgər tapa bilməmək idi. Bu vəziyyətin tək səbəbi romalı kişilərin ailələrini buraxmaq istəməmələriydi. Buna görə də imperator Romadakı bütün nişan və evlilikləri ləğv etdi. Valentin də Klavdiyin hökmdarlığı zamanında Romada yaşayan keşiş idi. Özü kimi keşiş olan Marius ilə birlikdə imperatorun qadağasına baxmayaraq, gizlicə cütlükləri evləndirməyə davam etdi. Ancaq imperator bu vəziyyəti bir müddət sonra öyrəndi və Valentin insanları evləndirməyə davam etdiyi üçün həbs olundu.

Bir dəfə həbsxana gözətçisi kömək üçün ona müraciət etdi. O, Valentindən qızı Yuliyanın kor gözlərinə əlac etməyi xahiş etdi. Keşiş qıza məlhəm yazdı və bir müddət sonra gəlməyi tapşırdı.

Tezliklə edam olunacağını bilən Valentin kor Yuliyaya məktub yazdı və ona sevgisini etiraf etdi. Valentin məktubu qızın atasına verdi. O, 14 fevral günü edam edildi (çubuqla döyülərək öldürüldü). Yuliya məktubu açanda, onun içində zəfəran və “Sənin Valentinin” imzasını tapdı. Qız zəfəranı əlinə götürdü və möcüzə nəticəsində gözləri açıldı.

Xristian şəhidi olduğu və inamına görə edam edildiyi üçün interamnalı Valentin də Katolik Kilsəsi tərəfindən müqəddəs elan edildi. 496-cı ildə isə Roma Papası Qelasius 14 fevralı Müqəddəs Valentin günü elan etdi.

Bütpərəstliyə aid kökləri

Digər versiyaya görə, Müqəddəs Valentin günü kilsəyə bütpərəstlik bayramını sıxışdırıb aradan çıxarmaq üçün lazım idi. Romalıların inancına görə, şəhərin təməlini qoyan Romul və Remi öz südü ilə dişi canavar böyüdüb. Bu heyvanın şərəfinə “Luperkaliya bayramı” qeyd edilirdi. Bu bayramda canavar üçün keçi və it qurban kəsilirdi. Qurban kəsilmiş heyvanların içalatını çıxarır, dərilərindən nazik kəmər düzəldirdilər. İki çılpaq gənc kəməri də götürərək qaçmağa başlayırdı. Onlar küçədə qarşılarına çıxan hər kəsi kəmərlə vururdular. Qadınlar və qızlar bədənlərinin müxtəlif nahiyələrini qəsdən zərbə altına qoyurdular. Çünki inanca görə, bu kəmərlə vurulan qadın asanlıqla uşaq dünyaya gətirə bilərdi və bu zərbə hamilə qalmağa kömək edirdi. Həmin müqəddəs kəməri “februa” adlandırırdılar. Bu sözdən isə fevral ayının adı yaranıb. Bu ayın ortalarında “Luperkaliya bayramı” qeyd edilirdi.

“Müqəddəs Valentin günü” XIX əsrdə Böyük Britaniyada populyarlıq qazandı. XIX əsrin ortalarında iş adamları bu bayrama maraq göstərməyə başladılar. O vaxtlar da fevralın 14-də sevgililər romantik görüşə çıxır, açıqcalar, oyuncaqlar, parfüm, gül buketi və s. hədiyyələr alırdılar.

Homoseksualların evliliyi, Valentinin edamı

Digər bir versiyaya görə, Roma İmperatoru II Klavdiy fərman imzalayır. Fərmana əsasən, hərbi xidmətə yararlı şəxslər öz aralarında (eynicinsli nikah) evlənə bilməzdilər. Bu, ordunun hərbi ruhuna pis təsir göstərirdi. Valentin adlı keşiş imperatorun fərmanına qarşı çıxaraq, döyüşçü homoseksualları evləndirirdi. Bu səbəbdən edam edildi. Ölümündən sonra isə katolik kilsəsi tərəfindən müqəddəs elan edildi. Məhz bu hadisəyə görə, amerikalı homoseksuallar 14 fevralı 70-ci illərdən etibarən “Sevgililər günü” kimi qeyd edirlə

Tarix
2017.02.14 / 18:05
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla