Yuxarı

Övladınızı intihardan necə qoruya bilərsiniz? - Psixoloq

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq olaraq haqlı, yaxud da haqsız yerə övladlarımızın həyatına hər mənada müdaxilə etməyi sevirik, hətta sevgi məsələlərində belə.

Bu sözləri psixoloq Fidan Azərqızı yeniyetmələrin arasında artan intihar halları haqda Axar.az-a danışarkən deyib. O, ailələri diqqətli olmağa səsləyib:

“Gəncləşən intiharların bir çox psixoloji səbəbləri var. Ən başlıca səbəblərdən biri informasiya bolluğu, texnologiyaların inkişafı ilə bağlıdır. Daha çox sosial şəbəkələrdə vaxt keçirmək ailə üzvlərinin bir-birindən uzaqlaşmasına gətirib çıxarır. Nəticədə bu hal ailə üzvləri arasında ünsiyyətsizlik yaradır. Ailə üzvləri, başlıca da gənclər sevgi ehtiyaclarını kənarda axtarmağa başlayır və kənar sevgilərə meyil yaranır. Hislərinə qarşılıq görməyən bir qrup yeniyetmə və gənclər intihara əl atır.

Digər bir intihar səbəbi də ailələrin övladlarını uşaq vaxtından bütün təhlükələrdən, həyatın real, amma çətin məqamlarından uzaq tutmalarından irəli gəlir. Xalq olaraq haqlı, yaxud da haqsız yerə övladlarımızın həyatına hər mənada müdaxilə etməyi sevirik, hətta sevgi məsələlərində belə. İstəmədikləri ilə ailə həyatı qurmağa məcbur edilən gənclər də nakam yaşadıqları sevgilərin, yaxud da ailəsi ilə yaşaya bilmədiyi sevgisiz günlərdən qaçmaq yolunu intiharda görürlər. Bu kimi intiharların qarşısını almaq üçün övladları körpə yaşından həyata adaptasiyaya hazırlamalı, ailə mühitini sevgi üzərində qurmaq lazımdır. Digər mərhələdə ixtisas və peşə seçiminə dəstək olmalıdırlar”.

Tarix
2017.02.15 / 09:09
Müəllif
Dilarə Zamanova
Şərhlər
Digər xəbərlər

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla