Yuxarı

AMEA-dan Afaq Məsuda cavab

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

İnstitutumuzda çap olunacaq yeni orfoqrafiya lüğətinin tərtibçiləri adından demək istəyirəm ki, biz irad tutulan sözləri araşdırmışıq, süni şəkildə mürəkkəbləşdirilmiş və iki variantda verilmiş sözlər istisna olmaqla, digər sözlər bizim dilimizdə var və leksikoqrafiya nəzəriyyəsinə əsasən, bədii ədəbiyyatda, mətbuatda, dərsliklərdə, elmi ədəbiyyatlarda, rəsmi və danışıq dilində işlənən bütün normativ leksik vahidlər orfoqrafiya lüğətinə salınmalıdır. Orfoqrafiya lüğətinə yalnız qeyri-normativ leksika salınmır.

Bu sözləri AMEA Dilçilik İnstitutunun Tətbiqi dilçilik şöbəsi adından elmi işçiXədicə Heydərova Kult.az-a açıqlamasında deyib. Tətbiqi dilçilik şöbəsinin əməkdaşı Tərcümə Mərkəzinin bir neçə gün öncə orfoqrafiya lüğətinə iradlarına münasibət bildirib:

“Yuxarıda göstərdiyimiz qayda dilçilikdə ümumi qəbul olunmuş lüğətçilik prinsinsipləri olub, təkcə müasir dildə işlənən ümumişlək sözləri əhatə etmir. Çünki orfoqrafiya lüğətinin funksiyası sözün düzgün yazılışını verməkdən ibarətdir. Təbii ki, elmi terminlər, klassik ədəbiyyatda işlənən sözlər, köhnəlmiş leksika, bədii ədəbiyyatda rast gəlinən dialekt sözlər və s. dilçilər tərəfindən orfoqrafik normaya salınmalıdır”.

Qeyd edək ki, Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi ötən həftə “Azərbaycan dilinin orfoqrafiya lüğəti”ndə yer almış yüzlərlə yazılışı səhv, qəliz ərəb, fars və rus sözlərinin, mənası və mənbəyi bilinməyən söz və söz birləşmələrinin, müxtəlif şəkilçilər və hallandırmalarla artırılmış, bəzən iki-üç şəkildə verilmiş ifadələrin növbəti təsnifatını təqdim etmişdi.

Tarix
2017.02.20 / 13:05
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla