Yuxarı

Milyarderin "Kaspi" mətbəəsini icarəyə verdiyi - Tarixi sənəd

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

1896-cı ildə Hacı Zeynalabdin Tağıyev "Kaspi” qəzetini mətbəəsi ilə birlikdə 56 min rubla satın aldı. Rusiya müsəlmanlarının ictimai-siyasi həyatında böyük rol oynayan Əlimərdan bəy Topçubaşov "Kaspi” mətbəəsi və qəzetini idarə etməyə başladı və bu dönəmdən sonra qəzet "Müsəlman Kaspi”si adlandırıldı.

Çünki bu dövrdən başlayaraq azərbaycanlı müəlliflər qəzet səhifələrində ardıcıl çıxışlar etdilər. H.Zərdabi, M.Şaxtaxtlı, Ə.Hüseynzadə, Ə.Ağaoğlu, T.Bayraməlibəyov, M.Hacınski, Ceyhun və Üzeyir Hacıbəylilər Azərbaycan mədəniyyətinə, tarixinə, milli-mədəni mühitinə, təhsilinə dair davamlı yazılar yazıb, ictimai problemləri qaldırdılar. H.Z.Tağıyev 1912-ci ilin 12 fevral tarixindən etibarən mətbəəni xalqın mədəni həyatında rolu olan İsa bəy Aşurbəyliyə 6 il müddətinə kirayə verdi.

Azərbaycan Mərkəzi Tarix Arxivində çalışan Şərq qəzetinin baş redaktoru Akif Aşırlı həmin sənədləri üzə çıxarıb.

A.Aşırlının verdiyi məlumata görə, Bakı Şəhər Polis İdarəsi rəisinə həqiqi dövlət müşaviri H.Z.Tağıyev rəsmi ərizə ilə müraciət edir.

Bildirir ki, Bakıda ona məxsus, Nikolayevski küçədə yerləşən "Kaspi” mətbəəsini bütün inventarları ilə birgə 1912-ci il martın 1-dən 6 il müddətinə icarəyə verir. H.Z.Tağıyevin həmin ərizəsinə əsasən İ.Aşurbəyliyə "Kaspi” mətbəəsinin şəhadətnaməsi verilir.

Tarix
2017.02.20 / 16:31
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

Nikol Tavuşda izah etdi: Bakı 4 kəndi istəyir, biz isə...

Stoltenberqin Bakı səfərinə Rusiyadan baxış

Bakı və İrəvan üçün sülh çox vacibdir - Video

Azərbaycan çox əhəmiyyətli ölkədir - Stoltenberq

Bu gün İlaxır çərşənbə qeyd olunur

Hikmət Hacıyev Çin rəsmiləri ilə görüşdü

Azərbaycan-İraq əlaqələri müzakirə olundu

Əliyev niyə Putinə təbrik zəngi etdi? – “Unudanların” diqqətinə

Ceyhun Bayramov Türkiyə xalqını təbrik etdi

Şeytan yuvası yerlə-yeksan edildi - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla