Ana səhifə Kult |
Azərbaycan haqqında məlumat bazasının genişlənməsi və Vikipediyanın etibarlı mənbələrlə zənginləşməsi üçün AMEA Mərkəzi Elmi Kitabxanasının (MEK) Sərbəst elektron resurslarla iş şöbəsinin əməkdaşları tərəfindən Vikipediyaya məqalələrin əlavə edilməsi prosesi davam edir.
Kult.az xəbər verir ki, Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda canından keçmiş Qarabağ müharibəsi iştirakçısı olan Milli Qəhrəmanlar - Albert Aqarunov, Əlif Hacıyev, Əliyar Əliyev, Vəzir Orucovun məqalələri italyan, fransız, ispan və alman dillərinə tərcümə edilərək xarici dillərdə olan vikipediyalara yerləşdirilib. Tərcümə işi “Şəms Tərcümə Xidmətləri Mərkəzi”nin təcrübəli mütəxəssisləri tərəfindən həyata keçirilib.
Vikipediyaya daxil olmaqla, məqalələrlə tanış ola bilərsiniz:
Albert Aqarunov - italyan, fransız, ispan, alman
Əlif Hacıyev - fransız, ispan
Əliyar Əliyev – ispan, fransız, alman
Vəzir Orucov – inglis, ispan
Tarix
2017.02.24 / 15:58
|
Müəllif
Kult.az
|