Yuxarı

III Şeyxülislama məxsus 250 illik Quran tapıldı - Foto

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu günlərdə Qafqaz müsəlmanlarının III şeyxülislamına məxsus 250 ildən artıq yaşı olan iki Qurani-Kərim kitabı Nizami Gəncəvi adına Salyan şəhər mərkəzi kitabxanasına hədiyyə edilib.

Report xəbər verir ki, Şeyx Əhməd Salyaniyə məxsus olan bu kitablar kitabxananaın xüsusi şöbəsində qorunaraq saxlanılır.

Salyan şəhər mərkəzi kitabxanasında bir neçə ildir “Kitab abidələr”i mövcuddur ki, həmin kitablar dövlət reyestr xidmətində qeydiyyatdan keçərək xüsusi şöbədə saxlanılır. Kitabxananın Mübadilə şöbəsində qorunan 114 adda “Kitab abidələr”in 1 əsrdən çox yaşı var ki, bunlardan 69-u lüğət tərkibli, 15-i söz birləşmələri haqda ensiklopedik lüğət, 6-sı isə yer planetindən bəhs edən ensiklopediyadır. Qalanları “Qurani-Kərim” kitabının nümunələridir. Bu günlərdə evlərdə saxlanılan daha bir neçə qədim kitab kitabxanaya hədiyyə verilməklə “Kitab abidələr”nin siyahısını daha da zənginləşib.

Şeyx Əhməd Salyaniyə məxsus Quran kitablarının hər ikisi xəttatlar tərəfindən əllə yazılıb. Deyilənlərə görə, Şeyx Əhməd Salyani təxminən 1865-ci ildə həmin bu kitablardan istifadə edib. Ondan yadigar qalan bu kitablar isə 1937-ci il repressiya qurbanı olan Salyanın nüfuzlu din xadimi Mirbağır ağa Ağazadə tərəfindən ələ keçməməsi üçün torpağa basdırıb. Qazıntı zamanı bir neçə il bundan öncə həmin kitablar aşkar edilib və şəxsi evlərdə qorunaraq saxlanılıb.

1812-ci ildə Salyanda doğulub, 1887-ci ildə Tiflisdə dünyasını dəyişmiş, dövrünün görkəmli islamşünas alimi, Qafqaz müsəlmanlarının III şeyxülislamı olan Şeyx Əhməd Salyani Qafqaz müsəlmanlarının I şeyxülislamı Məhəmmədəli Hüseynzadənin oğlu, dahi mütəfəkkir Əli bəy Hüseynzadənin babasıdır.

Tarix
2017.03.21 / 20:57
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla