Yuxarı

ABŞ-da Anarın seçilmiş əsərləri nəşr edildi - Foto

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Los-Ancelesdə (ABŞ) Azərbaycanın Xalq Yazıçısı Anarın ikicildlik seçilmiş əsərləri nəşr edilib.

Kult.az xəbər verir ki, “Azerbaijan International” jurnalının dəstəyi ilə nəşr olunmuş ikicildliyə Anarın “Dantenin yubileyi”, “O gecənin səhəri”, “Mən, sən, o və telefon”, “Keçən ilin son gecəsi”, “Asqılıqda işləyən qadının söhbəti”, “Ürəyim ağrayır”, “Gürcü familiyası”, “Yaxşı padşahın nağılı”, “Əlaqə”, “Otel otağı” və digər məşhur əsərləri daxil edilib.

İkicildliyin tərtibçisi və redaktoru, “Azerbaijan International” jurnalının baş redaktoru Betti Bleyer nəşrə Ön sözdə yazır ki, Anar öz əsərlərinin qəhrəmanlarını adi insanlar arasından seçir: “Bu personajlar sizin hər an küçədə və ya evin həyətində qarşıladığınız qonşularınızdır, tanıdığınız insanlardır, bəlkə qohumlarınızdır. Onlar həyatın dəhşətli hadisələrinə qarşı durmurlar, onlar daha çox gündəlik yeknəsəq həyatın kontekstində ömür sürürlər. Yazıçı tədricən onların daxili aləmlərini, narahatlıqlarını ustalıqla üzə çıxarır, onların insanlığına və böyüklüyünə işıq salır”.

Ön sözün müəllifi daha sonra qeyd edir ki, ikinci cildə daxil edilmiş əsərlərdə SSRİ-nin süqutundan sonrakı ilk illərdə yaranmış narahatlıq, qeyri-müəyyənlik və çaşqınlıq duyulur: “Bu dövr üçün Qarabağ faciəsi ilə əlaqədar ağır itki və peşmançılıq hissi səciyyəvidir”.

İkinci cildə Ön sözə Azərbaycan Xalq Şairi, uzun illər boyu Anarla dostluq etmiş Vaqif Səmədoğlunun Anar haqqında fikirləri daxil edilib.

ABŞ-da kitab nəşri qaydalarına uyğun olaraq, ikicildliyə daxil edilmiş hər bir əsərin əvvəlində qısa xülasə şəklində həmin əsərlərdə adları çəkilən tarixi şəxsiyyətlər, Azərbaycan xalqının ənənələri, habelə həmin əsərlər əsasında çəkilmiş bədii filmlər barədə məlumat verilir.

Əsərləri Azərbaycan dilindən Jalə Qəribova, Aida Hüseynova, Sevinc Seyidova, Vəfa Məstanova, Fəridə S.Buyuran, Ülviyyə Məmmədova və Vəfa Talışlı tərcümə ediblər. Nəşrin rəssamı Vüqar Muradovdur.

Tarix
2017.03.29 / 00:11
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev güclü liderdir, sözünün ağasıdır - Solonnikov

Nikol "bu həftə müharibə olacaq" dedi - Rusiyadan reaksiya

Paşinyan Stoltenberqlə görüşdü

Bakı-Tiflis əməkdaşlığı yeni sahələri əhatə edəcək

İrəvandan anklavlarla bağlı açıqlama: Sərhəd boyu...

Güneylilər Cenevrədə aksiya keçirdi

Cənubi Qafqazda “bir dövlət” silinə bilər - Tarasov

Qərb İrəvanda buna imkan verməyəcək – Ekspert

Nikol Tavuşda izah etdi: Bakı 4 kəndi istəyir, biz isə...

Stoltenberqin Bakı səfərinə Rusiyadan baxış

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla