Yuxarı

Azərbaycan yazarlarından kim kimi oxuyur? - Sorğu

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çingiz Aytmatov deyirdi ki, yaxşı kitab müəllifin insanlara ən yaxşı hədiyyəsidir. Bəs bizim yazarlarımız necə, insanlara hədiyyə edə biliblərmi?

Azərbaycan yazarları arasında xarici müəlliflərin əsərlərinə maraq daha çoxdur. Bəs görəsən yazarlarımız özümüzünkülərdən kimi oxuyur?

"Axar.az" xəbər portalı olaraq yazarlarımız arasında kiçik sorğu keçirdik. Sorğuda iştirak edən yazarlarımızın fikirlərində bənzərliklər olsa da, fərqli düşüncələr də vardı.

Rafiq Tağıya Allah rəhmət etsin deməyəcəm...

Baba Vəziroğlu bildirdi ki, ona gənc yazarları Rafiq Tağı oxutdururdu. Ona "Allah rəhmət eləsin" deməyəcəm, çünki bu sözü başa düşmürəm. Ona "çox sağ ol" deyirəm ki, mənə gənc yazarlarımızı sevdirdi: "Ən çox Aqşin Yenisey, Sevinc Çılğını oxuyuram. Çünki onların poetik düşüncə tərzləri, ovqatları, daim yenilik axtarışında olmaları məni cəlb edir, onları oxuyanda dəyişirəm. Onlar məni özümdən alıb, tam başqa yerlərə apara bilir. Bununla yanaşı, oxuyub bəyənmədiyim yazarlar da kifayət qədərdir. Sadəcə, heç vaxt onların adını çəkmirəm. Çünki düşünürəm ki, oxucu özü oxuyub müəyyənləşdirməyi bacarmalıdır".

Sayman Aruz: "Aqşini yazar kimi bəyənmirəm..."

"Mən ən çox Zümrüd Yağmur, Kənan Hacı, Aqşin Yeniseyi oxuyuram. Cavanlardan əksəriyyətini oxumuşam və hələ də oxuyuram. Hətta Səxavət Sahilə qədər oxumuşam. Əlimə düşəni oxuyuram. Zümrüd Yağmurun qələminin özünəməxsusluğu var. Onu peşəkar hesab edirəm. Cəlil Cavanşirin yazılarını bəyənirəm. Bir az yaşlılardan Kamal Abdullanı daha çox oxuyuram. Kifayət qədər yazarlarımız var ki, əminəm, onlar hələ ki, axtarışdadırlar. Aqşinə gəlincə, yaxşı şairdir, amma onu yazar kimi bəyənmirəm. Bəzi yazarlarımız yazıda ardıcıllığı qoruya bilmir. Seymur Baycanın "Quqark" əsərini oxudum, əvvəlini bəyəndim, amma sonra tələsiklik hiss olunur, hətta hadisələrin rabitəsi pozulur. Sanki yazar hansı hadisənin necə baş verdiyini unudub. Nərmin Kamalın "Aç mənəm" əsərini oxuyanda da dəhşətə gəlmişdim, ritm tamam pozulmuşdu. Onda mən anladım ki, gənclərimizin əksəriyyəti hələ ki, axtarışdadır. Bunun da bir səbəbi kifayət qədər mütaliənin olmamasıdır. Yazıçılıq istedad, savadla və zəhmətlə baş tuta bilər. Yazar gərək kəlmələrin nökərinə çevrilsin".

Ən mükəmməl yazarın belə maraqsız yazısı olur...

Qismət də yazarlarımızın əsərlərini oxuduğunu bildirdi. Amma Qan Turalı, Mirmehdi Ağaoğlu, Seymur Baycan, Şərif Ağayarı daha çox oxuduğunu qeyd etdi: "Daha çox ədəbi yazılara üstünlük verirəm. Favoritlərim isə QanTuralı, Mirmehdi Ağaoğlu, Seymur Baycan, Şərif Ağayardır. Sevmədiklərimə gəlincə, xüsusi olaraq sevmədiyim yazar yoxdur. Ən mükəmməl yazarın belə, maraqsız yazısı olur. Bu siyahıya adlarını çəkdiyim yazarlar da aiddir. Başdan-başa bəyənmədiyim yazar yoxdur. Yararsız yazmaqdansa, az yazıb daha gözəl yazmaq lazımdır. Məsələn, Nərmin Kamal az yazır, amma mən onun bütün yazılarını səbrsizliklə, maraqla gözləyirəm".

Kənan Hacı: Cəmi 5-10 yazarımız var onsuz da...

"Şərif Ağayar, Seymur Baycanı daha çox oxuyuram. Elə də çox yazıçımız yoxdur onsuz da... 5-10 yazıçımız var ki, onların da əsərlərini mütaliə edirəm. Qan Turalı, Cəlil Cavanşir, Pərviz Cəbrayil, Etimad Başkeçidi oxuyuram.

Dedektiv əsərlərin müəllifi Elxan Elatlıya gəlincə, o, gənclərdən daha çox Fərid Hüseyni oxuduğunu bildirdi. Onun fikrincə, gənclərdə olan cəsarət, müasirlik romanlara bir az da rəng qatır: "Ən çox Fərid Hüseyni oxuyuram. Gənclərdə müasir elmlərə maraq, dünyagörüşlərinin zəngin olması məndə romanları oxumağa stimul yaradır. Ola bilər onlar bədii cəhətdən mükəmməl əsərlər yarada bilməyiblər, amma kifayət qədər uğurlar qazanırlar. Ən çox oxuduqlarımsa Müşfiq Xan, Ramiz Cəfəroğlu, Fərid Hüseyn, Çingiz Abdullayev və Sabir Rüstəmxanlıdır.

Tarix
2013.11.14 / 10:30
Müəllif
Fatimə İbrahimova
Şərhlər
Digər xəbərlər

ABŞ və Türkiyə rəsmiləri görüşdü: Bakı-İrəvan əlaqələri...

“Ermənistan Azərbaycana qarşı”: dinləmələr davam edir

Hər şeyi planlı şəkildə edirik ki... - İlham Əliyev

Biz bu gün su mənbələrimizə tam sahib olmuşuq

İran nüvə silahı ilə cavab verəcək? - Rusiyadan baxış

Prezidentin yüksək vəzifə verdiyi Adıgözəlov - Dosye

Tokayevin İrəvanda Bakıya qarşı təhlükəli gedişi

Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi

Vardanyanın maliyyələşdirdiyi bu “institut”... - İcma

Ermənistanla Azərbaycan arasında beynəlxalq sərhəd...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla