Yuxarı

Xoyski və Ağaoğlu adına mükafat yaradıldı

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Beynəlxalq İnformasiya və Regional Araşdırmalar” (BİRA) ictimai birliyi “Fətəli Xan Xoyski Ali Mükafatı”nı və “Əhməd Bəy Ağaoğlu Ali Media Mükafatı”nı təsis edib.

Bu barədə Kult.az-a məlumat verən təşkilat sədri Zaur Qəriboğlu birliyin idarə heyətinin iclasında verilən qərarı şərh edərkən, bunları deyib:

“Azərbaycan dövlətinin jurnalislərə, media qurumlarına olan diqqət və qayğısı danılmazdır. Biz də QHT olaraq, bu sahədə fəaliyyət göstərən insanların qiymətləndirilməsini, mükafatlandırılmasını özümüzə borc hesab edirik. Bu üzdən də birliyimiz “Fətəli Xan Xoyski Ali Mükafatı”nı təsis edərək, ildə iki dəfədən çox olmayaraq, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında xidmətlərinə görə fərqlənən şəxslərə təqdim edəcək. Həmçinin vətənpərvərliyin təbliğində mediada xidmətlərinə görə fərqlənən şəxslər isə tərəfimizdən “Əhməd bəy Ağaoğlu Ali Media Mükafatı” ilə təltif olunacaq”.

BİRA sədri bu mükafatlardan əlavə, informasiya müharibəsində Azərbaycan həqiqətlərinin yayılmasında xidmət edən şəxsləri "İnformasiya müharibəsində fəaliyyətinə görə" Debüt Diplomu, sosial media hesablarında Azərbaycanın haqq səsinin bir neçə dillərdə yayımını həyata keçirən istifadəçilər isə “Sosial mediada Azərbaycan həqiqətlərini təbliğ etdiyinə görə" Fəxri Fərmanla təltif ediləcəklərini qeyd edib.

Tarix
2017.04.21 / 18:47
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla