Yuxarı

Azərbaycan şəhəri bu adı almağa hazırlaşır

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Zəncan vilayətinin Mədəni Abidələri Qoruma İdarəsi Zəncan şəhərini “Dünya Məlilə şəhəri” kimi qeydiyyatdan keçirmək üçün sənəd toplayır.

Kult.az xəbər verir ki, bu barədə Zəncan vilayətinin Mədəni İrs və Turizm İdarəsinin rəisi Yəhya Rəhməti danışıb. Rəhməti bu haqda müraciətin ötən il edildiyini və müraciətə müsbət cavab verildiyini bildirib.

Artıq mövzu ilə əlaqədar bütün tarixi sənədlər hazırlanır və məlilə sənayesinin öyrədilməsi məqsədi ilə kurslar təşkil edilərərək mütəxəssislərin hazırlanılmasına başlanılıb.

Yaradılan kurslarda 40 saatlıq təlim keçirilir.

Qeyd edək ki, məlilə sənətinin əsas mərkəzi və yaranma yeri Zəncan şəhəri olub. Hazırda Səfəvilər dövrünə aid bir çox məlilə nümunələri mövcud olsa da, bu sənətin tarixi Səlcuqlar dövrünə qədər gedib çıxır.

Məlilə gümüşdən hazırlanan xüsusi bəzəkli qablardır. Bu qablar müxtəlif məişət islərində istifadə olunur. Məlilədə istifadə olunan gümüşün xalisliyi 99 faiz olur. Zəncandan başqa digər şəhərlərdə 70 faiz gümüşdən də belə qablar hazırlanır. Lakin Zəncanda hazırlanan məlilə ilə rəqabət aparacaq qabiliyyətində deyillər.

Tarix
2017.04.24 / 15:35
Müəllif
Aytac Qədirova
Şərhlər
Digər xəbərlər

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq - Prezident

Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər...

Sığorta ödənişinin verilməsi qaydası dəyişdi

Prezident: Türkiyə ilə Ermənistan arasında yaxınlaşma…

Onlara bu şansı verməyəcəyik! - Prezident

Əli Əsədov yeni qərar imzaladı

Ermənistanla sülh sazişini imzalasaq… - Prezident

Ermənistanı bizə qarşı silahlandırırlar, gözləyə bilmərik!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla