Yuxarı

Milli QHT Forumu Zərifə Əliyevanı andı - Foto

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Milli QHT Forumu (MQF) akademik Zərifə xanım Əliyevanın anadan olmasının 94-cü ildönümünü qeyd edib.

Forumdan Kult.az-a verilən məlumata görə, tədbir iştirakçıları əvvəlcə Fəxri Xiyabanda uluöndər Heydər Əliyevin və akademik Zərifə xanım Əliyevanın məzarını ziyarət edib, abidələri önünə gül dəstələri qoyublar.
Daha sonra MQF Bakı QHT Resurs və Təlim Mərkəzində akademik Zərifə xanım Əliyevanın anadan olmasının 94-cü il dönümünə həsr olunmuş tədbir keçirilib. MQF-nin üzvlərinin iştirakı ilə tədbiri açan MQF-nin vitse-prezidenti, tarix üzrə fəlsəfə doktoru Nüşabə Məmmədova akademik Zərifə xanım Əliyevanın həyat və yaradıcılığı haqqında, dünya tibb elminə gətirdiyi yeniliklər barədə çıxış edib. Bildirib ki, dünyada ilk dəfə olaraq peşə patalogiyasını araşdıran elmi-tədqiqat labarotoriyasının və praktiki olaraq elm aləmində yeni bir istiqamətin – peşə oftalmologiyasını əsasının qoyulması məhz Zərifə xanım Əliyevanın adı ilə bağlıdır.

Tədbirdə MQF-nin Media və İnfiomasıya məsələləri üzrə vitse-prezidenti Sevil Yusifova, MQF idarə heyətini sədr müavini İradə Rzazadə, Çingiz Bayramov, MQF Nəzarət-Təftiş Komissiyasının sədri Ceyhun Hacıbəyov, İranlı Mühacirlər cəmiyyətinin sədri Rəhim Hüseynzadə, Firudin İbrahimli, Nəsibə Musayeva, MQF Ailə Dəstək Mərkəzinin rəhbəri Esmira Rəhimova, MQF Gender Mərkəzinin rəhbəri Tünzalə Cavadova və digər şəxslər akademik Zərifə xanım Əliyevanın Azərbaycan ictimai həyatında böyük xidmətləri barədə, nümunəvi Azərbaycan xanımı olaraq onun irsinin təbliğinin vacibliyi barədə çıxış ediblər.

Tarix
2017.04.27 / 16:40
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İlham Əliyev Moskvaya gedir

İlham Əliyev Berlində Şoltsla görüşəcək

Bakının qaldırdığı ilkin etirazlara dair dinləmələr... - Haaqa

Bayramov Fələstinin baş naziri ilə danışdı: Qəzzadakı vəziyyət...

Sülhməramlıların texnikalarının ilk partiyası... - Video

İsrailin İrana zərbəsi: Uçuşlar dayandırıldı

Pənahov Maldivə getdi: Seçkiləri müşahidə edəcək

ABŞ buna görə Bakını təbrik etməli idi... - Deputat

Deputatdan tələb: Ləyaqəti varsa, Prezidentdən üzr istəsin!

Sülhməramlılar çıxır, Rusiyanı ləkələmək istəyəcəklər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla