Yuxarı

Alim Qasımov: “Artıq müxalifət-zad yoxdur”

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Alim Qasımov təqdimata ehtiyacı olmayan tək-tük sənətkarlardan biridir. Müğənni hər zaman diqqət mərkəzindədir – artıq dediyi hər söz, atdığı hər addım dartışmaya, söhbətə, müzakirələrə səbəb olur. Hərə onu bir cür və hər kəs də öz tərəfində görmək istəyir. Elə məşhurluq, böyüklük də bu olmalı. Əslində isə dünya dediyin elə bü cür insanların özüdür – onlar nə qədər gözəl, yaxud ədalətsiz olursa olsun, ondan nə qədər narazı olursan ol, onu nə qədər sevirsən sev, fərq etməz. Biz isə sadəcə, o dünyanın səsini eşidib, oxucularımıza çatdırmaq üçün master-klasslar keçdiyi Azərbaycan Milli Konservatoriyasına yollandıq.

Deyirlər muğama qulaq asmaq insana qəm-kədər, göz yaşı gətirir…

- Mən də bunu efirdən eşitdim, amma inandırım sizi, ya bunu deyənin zatında qırıqlıq var, ya da ermənilərlə əlbir olub Azərbaycanın ən dəyərli, adlı-sanlı musiqisinə zərbə vurmaq istəyir. Bu sözü deyənin başı özündə olmayıb, səmti düz deyil. Mən özümü yaxşı hiss etmirəmsə, mütləq muğama qulaq asıram. Muğam zövqdür, muğam həyatın içidir.

Alim bəy, bəstəkar axtarışına çıxmışdınız. Dad edirdiniz ki, mənim ruhumu duyub, musiqimi bəstələyən bəstəkar tapmıram. Tapdınız?

- Yox bala, hələ də axtarıram. Demirəm bəstəkarlarımız pisdir, bacarıqsızdır, amma mənim ürəyimə yol tapan bəstəkar yoxdur. Bugünkü bəstəkarlar öz zövqləri ilə işləyirlər. Müasirlik millətin başını xarab etdi. Mənim halımda istədiyim hissi mənimlə yaşayan bəstəkar yoxdur. Varsa, çıxsın qarşıma.

Deyirsiniz, muğam bir dəryadır. O dəryadan sizə nə qədər pay düşüb?

- Bəlkə bir damcı da düşməyib. Hələ o dəryanın suyunu iyləmişəm.

Hər bir islam xalqı deyir ki, muğamın vətəni buradır. Bəs Sizcə?

- Şərq ölkələri. Onlar folklor musiqilərinə qulaq asıb adını muğam qoyurlar, muğam başqa bir eşqdir.

Seçkilərdə iştirak etdiniz?

- Bəli.

Kimə səs verdiniz?

- Attım da ora kağızı.

Demirsiniz?

- Yox niyə deyirəm ki? Əslində sirr deyil, qoy deyim, kim seçilib səsimi də ona verdim.

Deyirsiniz müxalifət ölüb, daha yoxdur?

- Artıq müxalifət-zad yoxdur. Daha qutardı, o məsələlər bitdi. Daş atsalar da, bostanımdan qayıdıb başlarına dəyəcək. Musiqidə də, siyasətdə də daha müxalifət yoxdur, olmayacaq da.

Deyirsiniz, muğama düz istiqamət versən, sufiliyə doğru gedəcəksən. Siz sufisiniz?

- Bəli, adamı dünyəvilikdən başqa aləmə çıxardır. O aləmdə nə pul, nə də başqa şey düşünürsən, ancaq o dünya və ruhunla yaşayırsan.

Sizin öz təbiətiniz sufiliyə çox yaxındırmı?

- Yox mən on dəqiqə muğam oxuyandan sonra bu dünyadan ayrılıram. Bir də görürəm buludların üstündə uçuram, özüm öz halımla sufiliyə gəlmirəm.

Getdiyiniz o dünyada nələr görürsünüz?

- Dünya malından başqa hər şey.

Deyirlər, bu dünya ağ və qara rənglərdən ibarətdir, sizin dünyanız necə?

- Yox, axı mən hamı kimi deyiləm, mənim dünyamın rəngləri çoxdur. Yəni rəngarəng həyatım var, gecə və gündüz hamı üçündür, amma mənim üçün bu iki yerə bölünmüş həyatın içində çox mənalar yatır. Baxın, kimi gecələr yaşayır, kimi gündüzlər.

Alim Qasımov xöşbəxtdir?

- … Həmişə Allaha şükür edək.

Nə vaxta kimi oxuyacaqsınız?

- Özümün öz oxumağımdan zəhləm gedənə kimi. Nə vaxt ki gördüm özüm ancaq özümə zövq verib, özüm özümə kef verirəm, o zaman qavalımı qoyub, sakitcə dincəlməyə gedəcəm.

Hansınız yaxşı oxuyursunuz – siz, yoxsa Fərqanə xanım?

- Elmi cəhətdən o gözəl ifa edir, amma muğamın halına düşmək cəhətdən mənə cata bilməz, bu mənlikdir.

Ona qızınız kimi baxırsınız, yoxsa…

- Ona pirim, ocağım kimi baxıram. O qədər qastrollarda, yollarda, tədbirlərdə birgə oluruq ki, hərdən övladım olduğunu unudub dost kimi yaxınlaşıram. Əslində, özüm də bilmirəm o mənim nəyimdir. Siradşımıdr, dostumdur, qibtə edtiyim ocağımdır.

Bayağı musiqilərə münasibətiniz necədir?

- Pis, hansı kanalı açırsansa ürəyin bulanır, televizoru açamağa da qorxuram. Şok! Şok! Şok! - bu nədir, bilmirəm.

Bayağı musiqiləri elə xalq artisti adını daşıyanlar da oxuyur. Siz də bu fəxri adı almısınız. Bu sizə necə təsir edir?

- Elə ifası olanlarla, mənim bir tərəzidəki çəkimə baxıb, utanıram. Əsl sənətkar üçün ad önəmli olmasa da, şərtdir, təqdimatdır, amma xahiş edirəm özlərini düzəltsinlər, biabrçılıqdır, mən onlarnın yerinə utanıram. Yazıqdır musiqimiz, yazıqdır soy-kökümüz, gəlin, gələcəyimizi yazıq etməyək.

Tarix
2013.11.15 / 15:02
Müəllif
Aysel
Şərhlər
Digər xəbərlər

Nazirdən rus sülhməramlıları ilə bağlı göstəriş

Kəndər qaytarıldı, general rəhbər heyəti topladı - Video

Kəndlər qaytarılandan sonra Paşinyan ilk dəfə danışdı

Ruslar getdi, kəndlər qaytarıldı: Bu, necə oldu?

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi

İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla