Yuxarı

Şah İsmayılın müraciəti: Ey türk oğulları...

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Millət (ulus - türkçə, nation – fransızca) - bir-birinə bir sıra bağlarla bağlanmış insanlardan oluşmuş bir topludur. İnsanları bir-birinə bağlayan bağların, yəni milləti təşkil edən faktorlar, dəlillər və ya sübutlara görə, iki dəyişik millət anlayışı vardır: Obyektiv- inşaacı (nəsnə, maddi) millət anlayışı və subyektiv - özcü millət anlayışı (1).

Obyektiv - inşaacı milli anlayışa görə, milləti təşkil edən insanlar bir-birinə əllə tutulur və gözlə görünən bağlar ilə bağlanırlar. Subyektiv - özcü millət anlayışına görə, milləti təşkil edən insanlar bir-birinə subyektiv - özcü, şəxsi olan bağlarla bağlana bilir. Açıqca obyektiv millət anlayışına görə, insan topluluğu millət halına bir neçə faktorlərın təsiri ilə çevrilir. Subyektiv millət anlayışına görə isə bu çevrilmə subyektiv ünsürlərin təsiri ilə də ola bilər (2).

Obyektiv mili anlayışa görə millət, ulus - eyni irqdən gələn, eyni dildə danışan və eyni dinə inanan insanların meydana gətirdiyi bir topluluqdur. Bu görüşü mənimsəyən düşünürlərin bəziləri dil birliyini, bəziləri yurd birliyini, bəziləri soy birliyini, bəziləri din birliyini, bəziləri tarix ortaqlığını və ülkü (ideal) qardaşlığını fərdləri bir-birinə bağlayan əsas ünsür və ya faktor olaraq görmüşlər. Saydığımız faktorlər (etkənlər, təsirlər) tarixi baxımdan bir çox millətin meydana gəlməsində böyük rol oynamışdır.

Fəqət millət sadəcə bu ünsürləri mənimsəyən toplumlardan oluşmur. Bu baxımdan millətin meydana gəlməsində subyektiv, yəni kültürəl ünsürlər də əsasdır (3). Subyektiv millət anlayışındakı bağlar mənəvi baxımdandır, bir çox duyğu və düşüncələrdən ibarətdir.

Subyektiv - özcu millət anlayışı ilk dəfə Ernest Renan (4) (1823-1892) tərəfindən 1882-ci ildə yayımlanan “Millət nədir”(“Qu"est-ce q"une nation”, s. 114 (5)) isimli əsərində ortaya atılmış və müzakirə edilmişdir (6).

Milləti ortaya çıxaran insanları bir-birinə bağlayan bu özcu bağlar arasında keçmiş, xatirə, məqsəd, ideal, istiqbal, gələcək, ülkü birliyi kimi xüsuslar yer almaqdadır (7). Keçmişdə yaşanılan ortaq acılar və ya birlikdə qazanılan başarılar - zəfərlər, ortaq məqsədə çatmaq üçün mücadilələr, ortaq təhlükələrə qarşı birlikdə qarşı gəlmək kimi faktorlər, sübutlar (8) insanları bir-birinə bağlayır və milləti təşkil edir.

Ernest Renan millətin obyektiv ünsürlərlə meydana gəldiyi düşüncəsini rədd etmişdir. Yazara görə: “İnsan nə irqinin, nə dilinin, nə dininin, nə nəhirlərin izlədiyi yolun, nə də sıra dağların yönünün əsəridir. Sağlam duyğulu və isti qəlbli insanların bir araya gəlməsi mənəvi bir şüur yaradır ki, buna millət deyilir” (9).

Deməli, Renana görə, milləti meydana gətirən şey “birlikdə acı çəkmiş, evinmiş və birlikdə ümid etmiş olmaq”dır (10).

Şübhə yox ki, millət bir könül birliyi, bir ruh anlaşması və bunun hüquqi ifadəsi olaraq birlikdə yaşamaq arzu və iradəsidir. Bu birlik və anlaşmanın əmələ gəlməsi üçün əlverişli bir zəmin lazımdır. Bu zəmin əmələ gətirən yuxarıda qeyd etdiyimiz ortaq dil, ortaq torpaq, ortaq tarix, ortaq soy, ortaq ölkə, ortaq din kimi obyektiv faktorlərdir. Ancaq subyektiv və ya kültürəl faktorlar bu zəminin üzərində yüksələ bilər. Demək ki, bir millətin meydana gəlməsində həm obyektiv, həm də subyektiv anlayışlar bir-birini tamamlamalıdır. Ayrıca bir insan topluluğunun bir könül birliyi halını alaraq, bir milləti meydana gətirməsində siyasi qüvvə və təşkilatın da böyük rolu vardır. Bütün qeyd etdiyimiz bu qavramlarla birlikdə millətə belə bir tərif verə bilərik:

“Millət - nə yalnız irq, yurd birliyindən, nə dil, tarix və ülkü birliyindən, nə də siyasi, hüquqi və iqtisadi birliyindəndir, yuxarıda saydığımız obyektiv və subyeltiv ünsürlərin birləşməsindən meydana gələn tarixi sosial bir gərçəkdir” (11).

Göyalp “millət nədir” sualına cavab verərkən bu kəlmənin mənasına yaxın olan “irq, qövm, ümmət, xalq, dövlət” kimi qavramların tənqidindən yola çıxaraq, “millətin irqi bir birlik olmadığını, kültürəl bir birliyə dayanan bir tərbiyə, yəni eyitim sonunda meydana gələn bir birlik olduğunu ifadə edir” yazmışdır (12).

Bəs millətin və ya hansı millətə mənsub olmağın önəmi nədir?

Öncəliklə millət önəmlidir və millət olmadan dövlət olmaz. Bir dövlətin var olması üçün bəlli bir insan topluluğu olmalıdır. Bəhs etdiymiz topluluğu təşkil edən insanlar bəlli bir dəyərə sahib olmalıdır və bu tarix boyu belə olmuşdur. Bu dəyərlərə coğrafi, irqi, tarixi faktorlar və təşkilatlanma, kültür birliyi daxildir. Millətini bilməyən dövlətinin və vətəninin qiymətini bilməz. Milli kimliyinə dəyər verməyən vətən torpağının da dəyərini anlamaz. Millətin dəyərini anlamayan daim işğal altında qalar və ölkəsinin hürriyyətini, azadlığını önəmsəməz. Milli mənliyini, milli dəyərlərini, milli kimliyini, milli ruh birliyini bilməyən, tanimayan, oluşduramayan topluluqlar öz soylarından uzaqlaşar və öz milli birliyini oluşdurmuş başqa millətlərin içində əriyib yox olarlar.

Bu halda olan minlərcə topluluq vardır. Buna ən yaxşı örnək Avropadakı- Amerikadakı afrikalılardır. Onlar avropadakıların köləsi olaraq yaşamış və özlərinə fransız, ingilis və s. deməyə məcbur edilmişlər.

Bəziləri milli mənsubiyyəti önəmsəmədiyini desələr də, evlərinə ən kiçik əşya aldıqlarında onun mənşəyini soruşurlar; bir köynək alarkən pambıq, yoxsa sintetik olduğunu araşdırırlar və ya bir çanta alınca dəri və ya dəri əvəzedici olduğunu sual edirlər. Belədə, öz mənşələrinə, milli kimliklərinə önəm vermirlərsə, demək ki, sosial varlıq olan insana aldıqları əşya qədər dəyər verməyi düşünmürlər. Bu isə ağla və məntiqə sığacaq bir düşüncə deyil.

Türklərdə millət qavramı dövlətin ayrılmaz bir parçasıdır (13). Bəs biz azərbaycanlıların milləti nədir?

Bu suala cavab olaraq “türk”" deyə düşündüyünüzü bilirəm və mən də belə düşünürəm. Amma bəziləri “azəri” və ya “azərbaycanlı” deyə söyləyir. Bu “azəri” sözü son zamanlarda meydana çıxmışdır. Əminliklə deyə bilərəm ki, Oğuz türklərini “azəri milləti” deyə farslar, “azərbaycanlı milləti” deyə isə ruslar adlandırmışlar. Bunun səbəbi heç şübhəsiz İran- fars dövlətinin 40 milyon Azərbaycan türkünün ayaqlanmasından ehtiyatlanmasıdır. İran-fars dövləti “azərilər” deyə bizləri türk millətindən ayırmaq istəmişlərdir. Digər tərəfdən, ruslar da “azəri və ya azərbaycanlı”, özbək, qazax, tatar deyə, türk millətini parçalamış və beləcə hökm etmişdir. Əks halda türklərin tək türk milləti adı ilə birləşib onlara baş qaldıracaqlarını və Qafqazlarda, Avrasiyada hökm sürəcəyindən əmin olmuşlar. Ruslar və farslar, ingilislər tarix boyu türk millətinə “böl, parçala, ud və ya hökm et” siyasətini həyata keçirmişlərdir.

Azərbaycan tarix boyu Oğuz türkmən, türk yurdu olmuşdur. Hətta “Dədə Qorqud dastanı”ndakı hekayələrdə keçən yer adlarının Azərbaycanda olduğunu türkiyəli məşhur tarixçi M.F.Kırzıoğlu da isbat etmişdir. Azərbaycan türklərinə tarixdə bizanslılar “turkia”, farslar “türkmən cənnəti” demişlərdir. Osmanli-Səfəvi qaynaqlarında da Azərbaycanda yaşayan əhaliyə türkmən deyilmişdir.

Oğuz-türk hökümdarı olan Şah İsmayıl Xətai də Azərbaycan torpağında yaşayan əhaliyə doğru olaraq “türk oğulları” deyə xitab etmişdir: “Ey türk oğlulları! Dilinizin bir sözünü dünyanın heç bir dilinə, bir ovuc torpağınızı dünyanın heç bir dövlətinə dəyişmyin. Onu qoruyun və gələcək nəsillərə göndərin” - Türk hökmdarı Şah İsmayıl.

Azərbaycan adının mənşəyi ilə əlaqədar tarixçilər və araşdırmaçılar müxtəlif fikirlər irəli sürmüşlər. Amma “azərbaycanlı” deyə millətin olmaması məsələsində həmfikir olmuşlar. Bu nöqtədə tarixə baxdığımızda görürük ki, bu mövzunu araşdıranlar qaynaqlarda bölgə xalqına “azərbaycanlı” və ya “azəri” adlarını verməmiş və bu şəkildə tanıtmamışlar. Bu gün yayqın şəkildə və qərəzli olaraq “azərbaycanlı milləti”, “azəri milləti” , “azəricə dili” və ya “Azərbaycan dili” deyə istifadə edilir. Bu, Güney Azərbaycanda deyil, Quzey Azərbaycanda da belədir. Quzey Azərbaycanda insanların dilində özəlliklə “azəri” və “azəricə” sözləri son vaxtlar işlədilməkdədir. Bu baxımdan fars zülmünə məruz qalmalarına baxmayaraq, Güney Azərbaycandakı soydaşlarımız daha iddialıdırlar və doğruları dəyişdirmirlər. Güney Azərbaycandakı soydaşlarımız hər zaman, hər yerdə türk millətindən olduqlarını və dillərinin türkcə olduğunu xüsusi ilə qeyd edirlər.

Özlərini “azəri” və ya “azərbaycanlı milləti” adlandıranlar, tarixi araşdırsalar, çox böyük xəta etdiklərini anlayarlar. “Azəri” deyə farslar atəşə sitayiş edən kiçik bir tayfanı adlandırırlar. “Azərbaycanlı” deyə bir millətin olmadığını da oxuyan, arşdıran hər kəs anlayar. Çünki azərbaycanlı, amerikalı, fransalı və s. hansı ölkədən olduğunu bildirən ifadədir. Belə bir millət ola bilməz. Necə ki, iraqlı, suriyalı, dubaylı deyə millət yoxdur və burda yaşayan insanlarin milləti ərəbdir.

Azərbaycanlıların, özbəkistanlıların, qazaxıstanlıların, türkmənistanlıların, türkiyəlilərin, Güney azerbaycanlıların, İraq və Suriya türkmənlərinin və s. milləti türkdür, yəni bu insanlar milli azlıqları çıxmaq şərti ilə əsasən türk millətinə mənsubdurlar.

Miladdan öncəki dönəmlərdən 20-ci yüzilə qədər Azərbaycanda yaşayan insanlara daim türk, danışdığımız dilə də türkçə deyilmişdir. Sovet dönəmində rusların işğalı ilə “azərbaycanlı”, “azəri” və “azəricə” ifadələri xüsusi ilə yayılmışdır (14). 1936-cı ildə Stalin özəlliklə “türk milləti” deyilməsinə qarşı çıxaraq, “azərbaycanlı” deyilməsini təbliğ etdirir. Stalinin məqsədi türklərə qarşı “böl, parçala yönət” siyasətini həyata keçirmək idi. Bu yerdə unudulmaz şairimiz Bəxtiyar Vahabzadənin bu misraları hər şeyi izah edir:

“Qurdlar olub çobanların qoyunu,

İtdən öyrənirsən sən öz soyunu,

Azərilik komunizmin oyunu,

Azəri deyilik, türk oğlu türkük.

1919-1924-cu ilə aid bəlgələrdə və 1929-cu ilə aid olan kitablarda türk dili, 1934-cü və 1941-ci illərə aid şəxsiyyət vəsiqələrində və pasportlarda türk milləti olaraq qeyd edilirdi.

Demək ki, bizlərin türk millətinə mənsub olduğumuz gerçəyi işğalçıları (rusları, farsları) ciddi dərəcədə narahat edir və qorxudurdu. Mərhum şairimizin Bəxtiyar Vahabzədənin bu misralarını tam yeridir deyə düşünürəm:

“Anlaya bilmirəm, niyə türk sözü,

Kiminsə başına düşən daş olmuş...”

Azərbaycanın şairlərindən biri olan Səməd Vurğun da Stalinin qəbulunda oxuduğu "Rəhbərə salam" şeirində türk sözünü işlətmişdir:

Bakının sayrışan ulduzlarından,

Çadrasız, boyasız türk qızlarından,

Uçan durnaların xoş avazından,

Şərqin qapısından yanan bir şamdan,

Günəşli gündüzdən, aylı axşamdan,

Azad sənətimdən, azad dilimdən,

Mənə könül verən öz sevgilimdən

Salam gətirmişəm hüzuruna mən,

Bu gündən, gələcək qərinələrdən!”

Bizlər şanlı Oğuz türkləriyik və milladdan 5 min il öncəyə uzanan bir tariximiz vardır. Digər tərəfdən, bizim müstəqilliyimizin rəmzi olan üçrəngli şanlı bayrağımızdakı mavi, göy rəngin anlamının türk milləti olduğu və soyumuzun Göytürklərdən gəldiyini bildirdiyini anlamağımız lazımdır.

Bu məqamda Əbülfəz Elçibəyin bu fikirlərini xatırlatmaq istərdim: “Türklük odur ki, türklüyün önəmini dərk edəsən və onunla fəxr edəsən. Necə ki, ingilislər ingilisliyini dərk edir və onunla fəxr edirlər”; “Türk deyiləm” deyənə qarşı heç vaxt israr etməyin. Allahın bəxş etdiyi şərəfi istəməyən şərəfsizə biz zorla şərəf verəcək deyilik əlbəttə”.

Nə mutlu Türküm deyənə!

İstifadə edilən mənbələr:

1. Ömer İlhan Akipek, Devletler Hukuku: Devletler Hukuku Şahıslarından Devlet, Ankara, Başnur Matbaası, Üçüncü Bası, Tarihsiz, s. 87.

2. Kemal Gözler, "Devletin Bir Unsuru Olarak 'Millet' Kavramı", Türkiye Günlüğü, Sayı 64, Kış 2001.

3. MİLLİYETÇİLİK. http://www.ait.hacettepe.edu.tr/egitim/ait203204/II9.pdf

4. Renan hakkında bkz. Edward McNall Burns, Çağdaş Siyasal Düşünceler: 1850-1950 (Çev. Alaeddin Şenel), Ankara, Birey ve Toplum Yayıncılık, 1982, s. 442-443.

5. Kemal Gözler, "Devletin Bir Unsuru Olarak 'Millet' Kavramı", Türkiye Günlüğü, Sayı 64, Kış 2001, s. 114.

6. Ernest Renan, Qu’est-ce qu’une nation, Paris, 1882. Türkçe çevirisi için bkz. Ernest Renan, “Millet Nedir”, Ülkü, Sayı 77, Temmuz 1939, s.396 vd., Sayı 78, Ağustos 1939, s.514 vd.

7. Okandan, op. cit., s.693.

8. Ibid.

9. Ernest Renan, Qu’est-ce qu’une nation, Paris, 1882, s.29 (nakleden Georg Jellinek, L’Etat moderne et son droit, (Traduction française par Georges Fardis), Paris, M. Giard & E. Brière, 1911, Cilt I, s.208).

10. McNall Burns, op. cit., s.443.

11. MİLLİYETÇİLİK. http://www.ait.hacettepe.edu.tr/egitim/ait203204/II9.pdf

12. Ziya Gökalp, Makaleler VIII, “Millet Nedir?” Ankara, 1981, s. 151 http://.ege-edebiyat.org/docs/530.pdf

13. genelbilgi.com

14. Bülent Pakman. Ağustos 2012. Son guncelleme Ekim 2013. http:wp/me PA exV-2

15. Kemal Gözler. Doç.Dr. Uludağ Üniversitesi İktisadî ve İdarî Bilimler Fakültesi öğretim üyesidi

Türk komutan İshak ÇELİK bəyə verdiyi dəyərli bilgilər üçün xüsusi təşəkkür edirəm, sayqılarımla

Aynur Talıblı,

İstanbul Səbahaddin Zaim Universiteti, Tarix və Mədəniyyət Araşdırmaları Bölümü, yüksək lisan.

Tarix
2017.05.28 / 22:16
Müəllif
Aynur Talıblı
Şərhlər
Digər xəbərlər

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla