Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
15 Dekabr 2017


Gör Azərbaycanı kimlərin əlində qoyub gedirik

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Firuz Səxavət deyiləndə unudulmaz səsi xatirə qalmış Səxavət Məmmədov yada düşür. Firuz Səxavət özü də elə Səxavətin əziz xatirəsini onun həyat və sənət yoluna işıq saldığı üçün Səxavət adını öz adı ilə birgə yaşadır.

Əslində isə o məni yaşadır

- Firuz Səxavət Məmmədovu yaşada bilirmi?

- Qaradaşımı yaşatmaq üçün adını adıma qoşdum. Əslində isə o məni yaşadır, mən onu yox. Onu hər addımımda duyuram. Hərdən mənə elə gəlir ki, o ölməyib, azı hər an xatırlanan insan ölməz. Mən onunla tanındım. Bu yaxınlarda Firuz Səxavtin 60 illik yubleyi təntənəli şəkildə Nazirlik xətti ilə qeyd ediləcək. Mən var olduqca onun adını ucalara qaldıracağam. Qardaşıma başıaşağılıq gətirən heç bir addım atmadım, atmaram da.

Sırğa taxıb, saç boyayıb, qaş aldırmazdı

- Deyirsiniz qardaşım yaxşı ki, bu zəmanəyə gəlib çatmadı. Əgər bu zamanda yaşasaydı bağrı çartlayıb ölərdi. Nəyi görüb ürəyi dözməzdi?

- Bunu tək mən demirəm, bütün sənət dostları deyir ki, nə yaxşı, Səxavət bu günləri görmədi. Haqsızlığı, mədəniyyətsizliyi, musiqimizin bu günə düşməsini. O, çox həssas insan idi, vətənpərvər idi, laqeydlik görəndə dəli olurdu. İndiki kişilər kimi sırğa taxıb, saç boyayıb, qaş aldırmazdı. İndi özünə kişi deyib şalvar geyinənləri görsəydi havalanardı. Cavan getməyinə üzülürəm, amma hərdən deyirəm, yaxşı ki, gözləri, qulağı, fikirləri düz getdi. Yazıq bizim halımıza.

Ərindən boşanan gəlir oxuyur

- İndiki oxuyanları qəbul etmirsiniz?

- Nə danışırsınız, əlbəttə ki, yox. Notu bilməyən qışqırır, ərindən boşanan gəlir oxuyur, day-dayın var qurtardı. İndiki mühit başqadır, sənət, sənətkar itib. İndi ancaq "istəyirəm, mən bunu edəcəyəm" dedinsə bitdi. Amma bizim vaxtımızda "bacarıramsa, edirəm" deyərdik. Milli adətlər itib. Bu gün hansı kanalı açırsan Aygün, Röya. Ayıbdır axı, nə qədər soyunanlara baxacağıq? Azərbaycan bundan ibarət deyil axı. Bizə əvvəl tək özümüz baxırdıqsa, indi bütün dünya baxır. Gərək mentalitetimizi qoruyaq.

- SMS-lə müğənni adı alanda belə olacaq deyirsiniz yəni?

- Ay ölənlərin behiştlik. Evimizi "sms"lə müğənni seçməklə yıxdıq. Nə oxuyuram, necə oxuyuram, önəmli deyil. Başlayırlar peşəkar səhnədən danışmağa. Ayıbdır, utanın, özünüzü yığışdırın.

- Bu gün muğama çox yer verilir. O dəyərdən sizə pay düşür?

- Bu, ümumi xalq üçündürsə, mənə də pay düşür.

- Sizə sponsorluq etmək istəyən olsa, qəbul edərsiniz?

- Rəhmətliyin qızı, kimdir mənə sponsorluq edən. Bir də sponsorların tələbinə mən cavab vermərəm. Bu gün sponsorlar da ancaq öz işlərinə sərf edəni seçir, qazandırıb qazanır. Yəqin fikrimi anladınız.

- Divarınızda Məmməd Əmin Rəsulzadənin şəkli diqqətimi çəkdi...

- Mən Azərbaycan xalqının rifahı üçün xeyirli iş görən hər kəsə yaxşı münasibətdəyəm, siyasi tərəflərinə qarışımıram. Mənim o kişiyə münasibətim, fikrim yaxşıdır.

- Oxuyan üçün diplom vacibdir?

- Yox. Diplom oxumur ki, insan oxuyur. Diplom şərtdir. O vaxt xanəndələrimizin hansının diplomu var idi? Qanmazı apar beş diplom ver, cifayda. Sənət təsadüfi insanları sevmir, tarixin yaddaşına atmır.

- Əməkdar artist adı aldınız. Fəxri adı qazanmaq üçün yaradıcılıqda hansı yenilikləri həyata keçirməyə hazırlaşırsınız?

- Planlarım çoxdur, sadəcə, başım qardaşımın yubileyinə qarışıb, onu sağ-salamat həyata keçirim, sonar öz planlarımı həyata keçirməyə başlayacam.

- Siz çox tanınırsınız, yoxsa Aygün Kazımova?

- Aygün. İki yaşlı uşaq mənim oxuduğum qəzəli deyə bilməz ki, əlbəttə, Aygünə, Röyaya, Faiqə, Samirə qulaq asıb onu əzbər deyəcək də. Telfonlarda onlar oxuyur, televizorda onlar oxuyur.

- Niyə? Onu sizdən fərqləndirən nədir? O da oxuyur, siz də.

- Mən oxuyuram, o isə. Nəysə məni işə salma. Onu dinləyən tamaşaçı mənim ifamı başa düşmək üçün gərək indən belə yüz il ona qulaq asmaya ki, bəlkə məni başa düşə. Mənim reklamım var, amma Aygün Kazımova kimi deyil axı. Hansı kanalı açırsan, mütəmadi olaraq üç-beş müğənni var. Ona maraq daha çoxdur, Avropaya doğru getməyimiz evimizi yıxdı. Muğama ruhu, düşüncəsi olan adam qulaq asır, düşünmək istəmyənlər isə o biri musiqilərə üz tutur. Azadlıqla azğınlığı səhv salıblar, çox çaşıblar, hərənin ağzından bir avaz çıxır. Yaşamalı dövrdür, amma kişi ilə arvadı səhv salmalı dövr deyil. 80 faiz torpağı işğal altında olan bir millət, bu qədər səhvə yol verməklə hara gedir?

- Belə başa düşdüm ki, müasirliyi qəbul etmirsiniz?

- Tam əksinə, müasirliyin tərəfdarıyam, amma gərək insan özü kimi olsun. Oxşamaq istədiyimiz millətin yaxşı cəhətlərini götürək. Gəlin, bu dəqiqə gedək Avropaya, orda bizimki kimi biabırçı, lüt geyimlər görməzsən. Nə qocamız bilinir, nə cavnımız.

- Konsertinizə biletləri satmırsınız, hədiyyə edirsiniz. Səbəb?

- Bilirsiniz, biz elə varlı xalq deyilik. Bir-iki müğənnimizin villalalrı, bahalı maşınları varsa, o demək deyil ki, caamat da bu durumdadır. Mən 30 manata bilet satsam heç kim almayacaq, çünki mənim sponsorum, reklamım yoxdur. Mən ifamla zövq alanları başıma yığıram. İldə bir dəfə özüm də rahatlıq tapıram, tamaşaçım da. Bu enerji də bir il bəsimizdir. Yeni ilə bir gözəl konsertə hazırlaşıram.

- Başqa biznesiniz var?

- Yoxdur, amma düşünürəm.

- Toya gedirsiniz?

- Allah günümüzü toysuz eləməsin, yoxsa aqibətimiz ağlamalı olar.

- Müəllim maaşı ilə dolanmaq olmaz?

- Siz nə danışırsınız, heç benzin pulumuz deyil.

- Toyda döyülən müğənni görmüsünüz?

- Məni bu gün təsəlli edən təkcə el şənliklərində bizə, ifamıza qoyulan hörmətdir. O biri estrada oxuyanlar gəlir, inanın işıqlar sönür, ana-balanı, ər-arvadı tanımır. Mən ifa edəndə hamının ağzı açıq qalır, düşünür. Döyülən yox, təhqir olunub, ifası verilmədən qovulan olub.

- Gənclərə yazığınız gəlmir ki, belə musiqi ilə hara gedirlər?

- Gənclərə yox, gələcəyimizə yazığım gəlir ki, gör Azərbaycanı kimlərin əlində qoyub gedirik.

Foto: Emin Nihil

Tarix
2013.11.20 / 11:28
Müəllif
Aysel
Şərhlər
loading...
Digər xəbərlər

Ermənilər azərbaycanlı lideri Yevlaxda necə öldürdü?

ABŞ-da dünyanın ən etibarlı evi tikildi - Foto

Bakı Qafqazın ən gözəl şəhəridir - Skaylayf

İngiltərə kraliçasının pulları Türkiyədə tapıldı – Foto

“Qarabağ”dan Qarabağa: izi itmiş yollara... – Foto

Faciədən başlayan doğmalıq – O illərə dönüş...

Bu tarixdə Dillər Universitetini tələbə idarə edəcək

Ermənistanın yaranmasını yarım əsr gecikdirən sultan - Video

PKK terrorçuları alman jurnalında - Foto

Otaq temperaturunu qoruyan pərdələr - Foto

KULT
<>
Xəbər xətti
 
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla