Yuxarı

Rəsulzadənin araqla bağlı tövsiyəsi

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Xalq Cümhuriyyətinin lideri, böyük Məhəmməd Əmin Rəsulzadə məqalə və əsərlərində dövrün mövcud problemlərinə özünəməxsus yanaşması ilə yadda qalır. Yüzlərlə məqaləsinin hər birində kifayət qədər məntiqi və dürüst əlaqələndirmə aparan, problemin özəyini dəqiq göstərən Rəsulzadənin maraqlı yazılarından biri də “İrşad” qəzetinin 1906-cı il, 14-cü sayında çıxan məqaləsidir.

“Araq içməyiniz” adlı məqalədə ilk baxışdan elə görünür ki, dahi Rəsulzadə şəriət ehkamlarından çıxış edərək, araq içməməyi məsləhət görür. Lakin məqaləyə diqqət edəndə fərqli mənzərə ilə qarşılaşırıq. Anlayırıq ki, sən demə, müəllif araq içməməyin səbəbini başqa detallarla əlaqələndirib.

Axar.az Moderator.az-a istinadən həmin məqalədən bir hissəni təqdim edir (yazıda müəllifin dəsti-xətti saxlanılıb):

“Məlumdur ki, piyan cəmaət ilə dolanmaq bürokratlara çox asandır. Piyana nə yer, nə ixtiyar, nə öz ailəsinin (külfətinin) səadəti – heç bir şey lazım deyil. Piyan olan şəxs özü hər bir pis işlər görməyə hazırdır, təki ona bir rumka araq versinlər. İştə bunun üçündür bürokratlar. Hər vaxt əlləşirlər ki, meyxanə, kabablar çox olsun ki, bacardıqca cəmaəti artıq içdirsinlər.

Hər məmləkətdə ki, hökümət cəmaət əlindədir, orada içkiçilik də azdır. Bəs arkadaşlar! İşi duyunuz, duyunuz da möhkəm durunuz! Araq içməyiniz. Elin (cəmaətin) hüquq və ixtiyarını içməyiniz! Öz ailənizin səadətini, öz uşaqlarınızın xoşbəxtliyini içməyiniz.

Həqiqətən də biz müsəlmanlar içkiçi olmasaq da buna başlamışıq. Hətta Kazan tatarları, türkmən təkələri, ləzgilər bu babətdə heç rus mujikindən geri qalmazlar, amandır arkadaşlar, araq içməyə öyrənməyiniz, öz səadətinizi içməyiniz!”

Tarix
2017.07.11 / 00:30
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

Bizi savaşa təhrik edirlər: onları Bakıya verək - Sukiasyan

Prezidentlərin təkbətək görüşü başladı

Bakı İrəvanı ağıllandırır: simvolik günlərdən biri də silinir

Japarovun rəsmi qarşılanma mərasimi...

Misirdən Bakı və İrəvan razılşmasına reaksiya

DAK-ın qurultayı Albaniyada keçirilə bilər

Japarov Azərbaycana gəldi

Əliyev Makrona mesaj göndərdi ki... - Badalyan

Gürcüstandan Ermənistana döyüş texnikası daşınır - Video

Kiyev Bakıya baxmalı və başına döyməlidir - Arestoviç

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla