Yuxarı

Aqşin Yenisey danışdı və jurnalistləri qınadı

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Bəzi jurnalistlər peşəkarlıqdan kənar hərəkət edir".

Bu sözləri Gömrük Hospitalında müalicə olunan şair Aqşin Yenisey bu gün Axar.az-la əlaqə saxlayaraq özü deyib:

"Jurnalistlər mənə telefon açır, səhhətimlə maraqlanır. Hamısına təşəkkür edirəm. Lakin bəziləri hansı mətbuatdan olduğunu, rəsmi olaraq zəng vurduğunu bildirmir. Köhnə tanış, həmkar, oxucu kimi halımı soruşurlar. Mən də onları üzməmək üçün yarı-zarafat, yarı-ciddi cavab verirəm. Sabahı isə bizim telefon danışığımızı olduğu kimi dərc edirlər. Guya yanımda olublar, mənə suallar ünvanlayıblar. Mən heç vaxt səhhətim və ümumiyyətlə heç bir şeylə bağlı mətbuata qapalı olmamışam. Əgər onlar rəsmən mətbuat üçün sual verdiklərini desəydilər, mən daha dolğun və ciddi cavab verər, həkimimdən xahiş edərdim ki, o da öz münasibətini, mənim durumumu bildirsin".

Şair onu da qeyd etdi ki, bu, həm də onların işlədiyi mətbu orqanına başucalığı gətirmir: "Çoxu cavandır, üstünə də getmək olmur, hələ jurnalistikanı öyrənməlidirlər. Bilirəm ki, bu mənə qarşı həm də istəkdən irəli gəlir. Lakin mənim zarafatla verdiyim cavablar da tərəfimdən qeyri-ciddi səslənir".

Aqşin Yenisey bəzi jurnalistlərə iradını bildirəndən sonra səhhəti haqda məlumat verdi: "Elə bir orqanım yoxdur ki, yaxşılığa doğru dəyişməsin. Həkimlər deyir, bütün bunlar o demək deyil ki, mən bu gün-sabah, ya da 10-15 günə tam sağalacağam. Həkimlər mənim hələ uzun müddət həkim nəzarətində qalmalı olduğumu deyir. Səhhətimdə irəliləyişlər var. Gözümdə, bədənimdə sarılıq çəkilmək üzrədir, xeyli azalıb. Qara ciyərimə yığılan su da azalıb".

Tarix
2014.06.02 / 10:44
Müəllif
Faiq Balabəyli
Şərhlər
Digər xəbərlər

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

Razılaşma: Bakı və İrəvanın sərhəd xidmətləri eyni vaxtda...

Delimitasiya prosesi davam etdiriləcək

Delimitasiya prosesi bu bəyannaməyə əsaslanacaq

Qazaxın 4 kəndi Azərbaycana qaytarıldı - Təcili

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla