Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
16 Dekabr 2017


Murad Köhnəqala hakimiyyətə satılıb

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mən öləndən sonra çamadanımı axtararsınız, hamısı ordadır

Yaxın günlərdə "Feysbuk" sosial şəbəkəsində Murad Könəqalanın mühacirətə getməsi xəbəri yayılıb. Murad Köhnəqala əvvəlcə Litvaya yollanıb. Bakıdakı dostlarına deyib ki, tələbə yoldaşı, yazıçı Yanis Eşotsla görüşməyə gedir. Amma bir müddət sonra onun sorağı Rusiyadan gəlib. Bu günlərdə isə Murad Köhnəqalanın siyasi sığınacaq almaq üçün İsveçə getdiyi məlum olub. O, İsveçdə müvafiq qurumlara bildirib ki, din əleyhinə fikirlərinə görə dəfələrlə hədələnib. Bir müddət əvvəl Murad bəydən aldığımız müsahibəni təqdim edirik.

İlk şeirinizi neçənci ildə yazmısınız?

- 5-ci sinifdə oxuyanda yazmışam. İl dəqiq yadımda deyil.

İlk dəfə hansı qəzet ya jurnalda çap olunmusunuz?

- Sovet dövründə Tovuz rayonunda "Həqiqət" adlı rayon qəzeti çıxırdı, ilk dəfə orada çap olunmuşam. Amma respublika səviyyəli "Azərbaycan pioneri" qəzetinə yazılar göndərirdim, çap eləmirdilər.

"Azadlıq" yoxsa "Yeni Müsavat"?

- Hər ikisi. Hər ikisi ilə bağlı unudulmaz xatirələrim var.

Şeir yazmağa başlayanda örnək aldığınız şair var idi?

- Realist şeirlərimə örnək olaraq Əli Kərimi sevmişəm, sonra Nazim Hikməti tanımışam. Bunlardan sonra ən çox bəyəndiyim yunan şairi Yanis Ritsos olub. Lakin bu gün özümü onların hər üçündən daha güclü şair hesab edirəm.

Şeir yazmaqda, ümumiyyətlə məqsədiniz nədir?

- Bəs sizin bu sualı verməkdə məqsədiniz nədir?

Sənət üçün yazırsınız yoxsa cəmiyyətçün?

- Dəli adamdan məntiq gözləmək düzgün deyil.

İlk qonorarınız haradan və nə qədər olub?

- İlk qonorarımı Moskvada tələbəlik vaxtı "Komsomolskaya pravda" qəzetindən qazanmışam. Tatar şairləri şeirlərimi rus dilinə çevirib, çap etdirmişdilər, sonra qonorarımı gətirib özümə verdilər.

Hansısa müəlliflər ya kitablar sizin həyatınıza, yazılarınıza təsir edib?

- Mənə əsas təsir edən Cek Londonun yaradıcılığıdır. Daha doğrusu, onun sərt həyat təsvirləri. Dostoyevski və ya Murakami kimi yazıçılar ümumiyyətlə, mənə təsir etmir. Bu tip nağılvarı yazarlar zəif iradəli oxucular üçündür.

İlk yazınızın mövzusu yadınızdadı?

- Siz lap açar deşiyindən baxırsız...

Yazılarınıza başlığı siz seçirsiniz, yoxsa sayt redaktorları?

- Elə də olur, belə də.

"Kulis" yoxsa "Publika"?

- Alma desəm gələrsən, armud desəm, gəlməzsən.

Həmişə istədiyiniz mövzuda yazmısız, yoxsa məhdudiyyətlər olub?

- Məhdudiyyətlər həmişə olub. Lakin istədiyim mövzunu, istədiyim formada yazmışam. Mən öləndən sonra çamadanımı axtararsınız, hamısı ordadır.

Son illərdə oxuduğunuz ən yaxşı yerli roman?

- Yerli heç bir əsər oxumamışam. Son oxuduğum kitab Viktor Pelevinin "Törəmənin müqəddəs tarixçəsi" romanıdır. Açığı, çox da xoşuma gəlmədi.

Uşaqlığınızın ən dəhşətli xatirəsi?

- Məndən kiçik bacım iki-üç metr hündürlüyü olan pilləkəndən yıxılmışdı, illərlə yuxularımda mən də həmin hündürlükdən yıxılırdım.

Hansı (yaxud da necə) ölkədə yaşamaq istəyərdiniz?

- Hansısa Avropa ölkəsinin kiçik bir şəhərinə köçüb, məmnuniyyətlə, orada süpürgəçi işləyərək ömrümü başa vurardım.

Facebook sosial şəbəkəsində "fake" profiliniz var?

- Xeyr. Mən heç vaxt saxta imza ilə yazı yazmamışam, saxta profilim də yoxdur. Belə şeylər xarakterimə uyğun deyil.

Murad Köhnəqalanın həyatında onu sevən qadınların yeri?

- Həyatımda çox qadınlar olub. Amma onların heç biri, heç nəyi yadımda qalmayıb. Çünki o qadınlarla sevgi münasibətləri yox, ötəri, müvəqqəti əlaqələr qurmuşam. Qəribədir ki, bütün ömrü boyu şiddətlə sevəcəyim qadınla yaşımın bu çağında rastlaşmışam.

Zarafatcıl adamsınız... Heç öz zarafatlarınıza özünüz gülürsünüz?

- Mən istənilən situasiyada lətifə düzəldə bilirəm. Hətta faciəni yüngülləşdirmək üçün onu yumora çevirmişəm.

"Facebook-roman"ınızın axırı necə oldu, çap olunacaqmı?

- Roman demək olar ki, hazırdı, axırını da oxuyanda bilərsiz. Düşünürəm ki, bu, qeyri-adi, yeni tipli əsərdir.

AYO niyə yarandı və niyə fəaliyyəti bu "səviyyəyə" gəlib çıxdı?

- AYO-nu şəxsən mən yaratmışam, adını mən qoymuşam, ən maraqlı tədbirlər mənim başçılığımla keçirilib. Mən AYO-nu tərk etdikdən sonra, həmin təşkilatın mənasını özümlə apardım. Məndən sonra nə qədər hıqqansalar da mənalı bir iş görə bilmədilər.

Özünüz haqqında eşitdiyiniz ən inanılmaz şayiə hansıdır? Olubmu belə şey?

- Haqqımda eşitdiyim ən gülməli ifadə budur: "Murad Köhnəqala hakimiyyətə satılıb".

Necə uşaq olmusunuz? Sakit yoxsa dəcəl?

- Çox dəcəl. Anam indiyə qədər mənim dəcəlliklərimdən danışır.

Sevdiyiniz yazarlar, şairlər hansılardı? (yerli və əcnəbi)

- Rasim Qaraca, Həmid Herisçi, Elxan Qaraxanlı, Aqşin, Şərif Ağayar, Seymur Baycan, Günel Mövlud, Nərmin Kamal, Sevinc Pərvanə, Ayxan Ayvaz, Cəlil Cavanşir, Mövlud, Əsəd Qaraqaplan. Əcnəbiləri demək istəmirəm, çünki bu adlarını saydığım yazarlarımız pis vəziyyətə düşər. Amma ən çox sevdiklərimdən birini deyim: Vladimir Vişnevski.

Axırıncı dəfə nə vaxt və hansı yalanı danışmısız?

- Mən istənilən an yalan süjeti qura bilirəm. "Axırıncı dəfələr" çoxdur.

Niyə yazırsız?

- Hardan bilirsiz ki, yazıram?

Heç çılpaq şeir yazmısız?

- Bütün şeirlərim özüm kimi lütdür.

Hansı bayramları sevirsiniz?

- Yeni ili. O da qarlı günlərdə yalnız Rusiyada qeyd etmək şərtilə.

Amerikanın Suriyaya hücumu nə dərəcədə realdır?

- Beynəlxalq siyasətlə məşğul deyiləm.

Yaradıcılığınızdakı son yeniliklər?

- Son vaxtlar ayrı-ayrı insanlar haqda portret yazıları yazıram. Sırf qonorar üçün. Deyilənə görə, maraqlı alınır.

Yeni yazarlara tövsiyyələriniz…

- Riskli olsunlar, özlərinin yaratdığı obrazlardan qorxmasınlar.

Müasir gənclərin şeirə münasibəti sizi qane edir?

- Bəs sizi qane edir?

Nə vaxtsa polislə bağlı probleminiz olub?

- Polislə kimin problem olmur ki?

Son illərdə oxuduğunuz ən yaxşı yerli roman?

- Ay qız, eyni sualı nə qədər təkrarlamaq olar?

Sizi yazmağa nə ruhlandırır?

- Ruhlanmaq mütləq lazımdır?

Müsahibə verməyi xoşlayırsız?

- Ay qız, yaxamdan əl çəkəcəksən, ya yox?

Tarix
2013.11.21 / 09:31
Müəllif
Nilüfər Muğantürk
Şərhlər
loading...
Digər xəbərlər

Kanallarımızın başı çalıb-oynamağa elə qarışıb ki...

Dünyada ilk ipək kitab "Qurani-Kərim"in təqdimatı oldu

Ermənilər azərbaycanlı lideri Yevlaxda necə öldürdü?

ABŞ-da dünyanın ən etibarlı evi tikildi - Foto

Bakı Qafqazın ən gözəl şəhəridir - Skaylayf

İngiltərə kraliçasının pulları Türkiyədə tapıldı – Foto

“Qarabağ”dan Qarabağa: izi itmiş yollara... – Foto

Faciədən başlayan doğmalıq – O illərə dönüş...

Bu tarixdə Dillər Universitetini tələbə idarə edəcək

Ermənistanın yaranmasını yarım əsr gecikdirən sultan - Video

KULT
<>
Xəbər xətti
 
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla