Yuxarı

Borxeizmlər: “Abort gələcək Şekspiri öldürür”

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xorxe Luis Borxes (1899-1986) – Argentina nasiri, şair və publisisti hər şeydən əvvəl çox vaxt fundamental fəlsəfi problemlər üçün sanki bir örtük rolunu oynayan və yaxud da detektiv əhvalatları kimi macəravi şəkil olan lakonik mənsur fantaziyaları ilə məşhurdur.

O, 1920-ci illərdə ispandilli Latın Amerikası poeziyasında avanqardizmin banilərindən biri olub. Axar.az Borxesin aforizmə çevrilmiş bəzi deyimlərini oxucularına təqdim edir.

Abort – Deyirlər, abort gələcək Şekspiri öldürür. Bununla həm də Maqbeti.

Avtoqraf – Mən o qədər kitaba imza atmışam ki, ölüm günümdə imzalamadığım kitablar qiymətsiz olacaq.

Bestsellerlər – Mənim zəmanəmdə bestsellerlər yox idi və buna görə də özümüzü publikaya təqdim edə bilmirdik. Bizə göz dikənlər tapılmasaydı...

Bioqrafiya – Bütün bunlar boş-boş, absurd məsələlərdir. Bəziləri yalnız özlərinin yeni yaşayış yerlərinin adlarını çəkirlər.

Buenos-Ayres – Mən həmişə hiss edirdim ki, Buenoc-Ayresdə mənim xoşuma gələn nə isə bir şey var. O, o qədər mənim xoşuma gəlir ki, başqalarının onu xoşlamasını heç xoşlamıram.

İnam - Mən fikir vermişəm ki, mömin insanlar özlərini xoşbəxt hiss etmirlər. Əksinə, onlar şübhələr aləmində yaşayırlar, ilahi ədalət haqqında onların dəhşətli təsəvvürləri var və bundan əlavə də onlar daima layiq olmadıqları bəxşiş və cəzalar gözləyirlər.

Dəvə - Quranda dəvənin adı çəkilmir. Onu yazan ərəblər bunu lazım bilməyiblər.

Demokratiya – Bu, çox geniş yayılmış və referendumlar vasitəsilə sui-istifadə edilən mövhumatdır.

Doktrinalar – İncəsənət doktrinalar doğurmamalıdır deyənlər onların şəxsi doktrinalarına uyğun gəlməyənləri nəzərdə tuturlar.

Don Kixot – Don Kixotun nümunəvi qəhrəman olması haqqındakı fikir, məncə, səhvdir: bu senyor tez özündən çıxan və inadcıldır. Ancaq təbii ki, günahsızdır.

Parıltı - Mən parlaq olmaqdan daha çox tutqun və boz olmağa üstünlük verirəm.

Millətçilik – milliliyin dərdinə qalmaq lazım deyil. Bizim bu gün etdiklərimiz gələcəkdə milli olacaq.

Səs – Xristosun necə səsi olub? Dəhşətli olmalıdır.

Təsir - Mənə təsir etməyən müəllif yoxdur. Hətta oxumadıqlarım, hətta xoşlamadıqlarım belə müəyyən təsir göstəriblər. Ancaq mən yalnız bir müəllif seçmək məcburiyyətində qalsaydım, Çestertonu göstərərdim, baxmayaraq ki, Bernard Şou Çestertondan daha yaxşıdır. Ancaq axı istədiyini deyil, bacardığını təqlid edirsən.

Həsəd – Həsəd mövzusu daha çox ispanlara aiddir. İspanlar həmişə həsəd barədə düşünürlər. Nə isə yaxşı bir şeyin adını çəkəndə qibtə ilə danışırlar.

İntiqam - İntiqamın heç bir faydası yoxdur, qəddarlıqdır, absurd bir şeydir. Yeganə layiqli intiqam unutmaq və bağışlamaqdır.

Katoliklər – Argentina katolikləri o biri dünyaya inanırlar, ancaq mən fikir vermişəm ki, onlar bununla maraqlanmırlar. Məndə isə əksinədir: o biri dünyaya marağım var, amma ona inanmıram.

Коrporasiyalar – Hərbçiləri hərbçilərin mühakimə etməsi absurddur. Təsəvvür edək ki, dalğıcları dalğıclar və ya stomatoloqları somatoloqlar mühakimə edirlər.

Kütlə - Aparıcı ilə zarafat edən artist zal tərəfindən qəbul edilir və tamaşaçıların xoşuna gəlir. Kütlə - sadəlpvhdür. Siyasətçilər bunu yaxşı bilirlər.

Görmə qabiliyyəti – Yuxuda mən çox yaxşı görürəm (yazıçı görmə qabiliyyətini itirmişdi – tərc.)... Mən yuxuda oxuyuram və düşünürəm: "Doğrudanmı, mən yenə görürəm?"

Gənclik – Məndən bir dəfə necə oldusa soruşdular: "Gənc şairlər haqqında nə fikirləşirsiniz?" Cavab verdim: "Gənc və çox ümidverici bir şair var - Vergili".

Üz – Bilmək istəyərdim, bu gün üzüm necə görünür? Bilmirəm, aynadan necə bir qorxunc qoca mənə baxır. Bəlkə siz deyəsiniz mənim surətim necədir?

Nobel mükafatı – Mən əbədi olaraq bu mükafata iddialı olacağam. Yəqin ki, bu, isveç ənənəsi olub.

Meyil – Bütün incəsənət musiqiyə meyillidir, burada forma məzmundur.

Peşə - Yazıçının, şairin peşəsi duyğularını izhar etməkdir. Onun yaxşı məsləhət verən olduğunu hesab etmək səhvdir.

İnqilab – Yazıçı inqilabçı ola bilərmi? Axı dil o qədər mühafizəkardır ki...

Roman – Roman oxumaq – tanımadığın və biri digərinin əvəzinə təqdim olunan adamlarla dolu otağa daxil olmaq kimi bir şeydir.

Şöhrət – Zənnəimcə, mənim Fransadakı uğurum kitablarımın fantastikaya aid olmasındadır. Bütün Avropa gözləyir və qorxur ki, Latın Amerikası yazıçısı ya sosial pamflet (həcv), ya da kəndlilərin həyatından yazacaq. Mən bu mövzulara nadir hallarda toxunmuşam. Mən Latın Ameikası yazıçısıyam, ancaq peşəm üzrə heç vaxt latınamerikalı olmamışam. Müasir yazıçıyam, lakin peşə baxımından heç vaxt müasir olmamışam.

Mülkiyyət – Hekayələrimi yazıb qurtarandan sonra heç vaxt oxumamışam. Siz onları çox oxumusunuz. Onlar məndən çox sizindir.

Xoşbəxtlik – Xristianlıq fərz edir ki, iztirab insanı yüksəldir. Mən isə, əksinə, hesab edirəm ki, sevinc insanı göylərə qaldırır. Xoşbəxtliyə böhtan atmaq lazım deyil.

Yaradıcılıq – İnsan bütün ömrü boyu bircə səhifə üçün kitablar yazır, səhifələri isə bircə kitab üçün yazır.

Hədə - ölümdən başqa daha nə ilə qorxutmaq olar? Kiminsə kimisə ölümsüzlük ilə hədələməsi orijinal olardı.

Cəhd – Biz müasir olmağa çalışmamalıyıq, çünki necə də sevindiricidir ki, biz artıq müasirik. Başqa cür ola da bilmərik.

Çay içmək – Bernard Şou deyirdi ki, onun komediyalarında həmişə çay içən insanlar olur, çünki publika aktyorların necə çay içdiyini görməyi xoşlayır.

İmtahanlar – Müəllim tələbəyə deyir: "Hamlet"in üçüncü pərdəsi haqqında danışın". Tələbə cavab verə bilmir və professor gələn dəfə gəlməsini tapşırır. Beləcə, Şekspiri də "gələn dəfəyə" göndərərdilər. Axı əsər pərdə və səhnələrə Şekspirdən sonra naşirlər tərəfindən bölünüb.

Ekologiya – Təbiət anlayışı – yeni anlayışdır, o, romantiklərədək mövcud olmayıb. Qədimlərdə də yox idi. Alp dağları yunan və romalıları sadəcə dəhşətə gətirirdi. Sıx, keçilməz meşə Danteyə qorxu təsiri bağışlayırdı.

Mən – Mənim bütün əsərlərim avtobioqrafik bədii nümunələrdir. Mən Dikkens kimi personalar uydurmağı bacarmıram. Mənim yeganə personajım mənəm.

Tarix
2014.06.03 / 08:00
Müəllif
Əminə Xatun
Şərhlər
Digər xəbərlər

G7 Bakı və İrəvana çağırış etdi

Razılaşma: Bakı və İrəvanın sərhəd xidmətləri eyni vaxtda...

Delimitasiya prosesi davam etdiriləcək

Delimitasiya prosesi bu bəyannaməyə əsaslanacaq

Qazaxın 4 kəndi Azərbaycana qaytarıldı - Təcili

Delimitasiya görüşü: Bakı və İrəvan razılığa gəldi

İlham Əliyev Moskvaya gedir

İlham Əliyev Berlində Şoltsla görüşəcək

Bakının qaldırdığı ilkin etirazlara dair dinləmələr... - Haaqa

Bayramov Fələstinin baş naziri ilə danışdı: Qəzzadakı vəziyyət...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla