Yuxarı

Şeyxin “Babək-2020”-yə “axmaq” iradına rejissordan - Cavab

Ana səhifə Kult Sinema
12 Punto 14 Punto 16 Punto 18 Punto

Pafosla "möhtəşəm" deyə vurğuladığınız film müasir nəslin tələblərinə cavab vermir. “Kral Artur”u, “Taxtların oyunu”nu (“Game of Thrones”) izləyən gənc nəsil sizin “möhtəşəm” adlandırdığınız filmə gülüb keçir.

Bu sözləri Kult.az-a açıqlamasında “Babək-2020” filminin rejissoru Zaur Tahirsoy deyib. Xalq artısti Şeyx Əbdül Mahmudbəyovun “Babək” filminin yenidən çəkilməsi ideyasını “axmaqlıq” adlandırmasına rejissor etiraz edib:

“Elə Azərbaycanda film sektounun inkişafdan dayanması da sizin möhtəşəmlik baxış bucağınıza görədir bəlkə də...

Ulu Öndərin arzusunu siz ürəyinizdə saxlamısınızsa, biz gənclər o arzunun da öhdəsindən gələrik”.

Qeyd edək ki, rejissor Z.Tahirsoy “Babək” filminə yenidən müraciət etdiyi bildirib və 2020-ci ildə təqdimatını nəzərdə tutduğu “Babək-2020” filminin tizerini də yayıb. Şeyx Əbdül Mahmudbəyov isə Kult.az-a açıqlamasında “Babək” adında möhtəşəm filmin olduğunu bildirib və bu təşəbbüsü “çox axmaq ideya” adlandırıb.

“Belə bir kino çəkən və bizim tariximizlə maraqlanan varsa, Azərbaycanın dahi şəxsiyyəti Heydər Əliyevin də arzusu olan Şah İsmayıl Xətaini çəkərdi”, - Şeyx Əbdül qeyd edib.

Tarix
2017.08.30 / 21:45
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

Bizi savaşa təhrik edirlər: onları Bakıya verək - Sukiasyan

Prezidentlərin təkbətək görüşü başladı

Bakı İrəvanı ağıllandırır: simvolik günlərdən biri də silinir

Japarovun rəsmi qarşılanma mərasimi...

Misirdən Bakı və İrəvan razılşmasına reaksiya

DAK-ın qurultayı Albaniyada keçirilə bilər

Japarov Azərbaycana gəldi

Əliyev Makrona mesaj göndərdi ki... - Badalyan

Gürcüstandan Ermənistana döyüş texnikası daşınır - Video

Kiyev Bakıya baxmalı və başına döyməlidir - Arestoviç

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla