Yuxarı

Amerika klassikləri kitablarını bu yolla yazıblar

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yaradıcılıq prosesinə nəzarət etmək mümkün deyil. Yazıçının nə isə yeni və maraqlı bir şey fikirləşib tapa bilməsi çoxsaylı xarici və daxili amillərdən asılıdır. Ancaq ədəbi zəhmət də bütün digər işlər kimi bir çox məqamlardan ibarətdir ki, son məqsədə çatmaq üçün bütün bunları yerinə yetirmək lazımdır.

"Özünü qovub əldən salma. Yalnız zövq ala-ala, məmnuniyyətlə işlə"

Henri Miller

Miller bu qaydaları "Xərçəng tropiki" əsəri üzərində işləyərkən yazıb hazırlayıb. Onun sözlərinə görə, yalnız bu qaydalara əməl etməklə romanı başa vura bilib.

1. Əvvəlki işi bitirməmiş yenisinə başlama.

2. Artıq başa vurduğun kitaba yeni fəsillər əlavə etmə.

3. Gördüklərin və əlinin altında olanlarla işlə. Əsəbiləşmə, yazdıqların ətrafında çox düşünmə. Sevinclə və mühakiməsiz yaz.

4. Əvvəlcədən müəyyən edilmiş cədvəllə işlə, həvəsin olanda yox. Lazım gələndə fasilələr elə.

5. Yaradıcılıq prosesi getməyəndə detallarla işlə, artıq yerləri ixtisara sal.

6. Hər gün nəticəyə bir qədər də yaxınlaş, hər dəfə süjetə düzəlişlər etməyə çalışma.

7. Tam həyatını yaşa. İnsanlarla görüş, əylən, ye, iç, ürəyin istəyəni et. Ancaq ilk növbədə yazıçılıqla məşğul ol. Musiqi, kino, dostlar, görüşlər – hamısı işdən sonra.

8. Özünü qovub əldən salma. Yalnız zövq ala-ala, məmnuniyyətlə işlə.

9. Lazım biləndə əvvəlcədən hazırlanmış proqramı poz, ancaq sonra yenə də ona əməl elə.

10. Yerinə yetirmək istədiyin digər layihələri unut. Yalnız indi üzərində işlədiyin mövzu haqqında düşün.

11. Günün nizam-intizamına riayət et.

Səhər: yaz; əgər yazmağa halın və həvəsin yoxdursa, kiçik qeydlər et. Bu səni işə ilhamlandıra bilər.

Günorta: işdən yayınma, gözlərin önündə canlanan hissəni bitirənədək yaz.

Axşam: insanlarla görüş, kafe və ya parkda kitab oxu, tanış olmayan yerlərdə gəz-dolaş. Həvəsin varsa, yaz, planlar qur, rəsm çək.

"Hər bir qəhrəman nə isə istəməlidir. Lap qoy bir stəkan su olsun"

Kurt Vonnequt

Vonnequt müsahibələrinin birində yaxşı hekayə yazmaq üçün 8 məsləhət verir.

1. Oxucunun vaxtını boş-boş şeylərə xərcləməyin, ondan savadlı şəkildə istifadə edin: oxucu hətta saniyəsini də boşuna sərf etdiyini düşünməməlidir.

2. Oxucu əsərdə özünə oxşada biləcəyi heç olmasa bircə qəhrəman görməlidir.

3. Hər bir qəhrəman nə isə istəməlidir. Lap qoy bir stəkan su olsun.

4. Hər bir cümlə ya hadisələri inkişaf etdirməli, ya da xarakteri açmalıdır.

5. Hadisələri nəticəyə mümkün qədər yaxın yerdən başlayın.

6. Qəddar olun, qoyun əsərinizin qəhrəmanının başına dəhşətli hadisələr gəlsin. Oxucu bu qəhrəmanların əslində nədən yarandığını görməlidir.

7. Yalnız bir insanı razı salmaq üçün yazın. Bütün dünya ilə hesablaşmayın.

8. Oxucuya sıxılmış şəkildə daha çox məlumat verin (az sözlə daha çox məna - Füzuli). Oxucu süjeti tam anlamalı və hətta tarakanlar kitabın son səhifələrini yesələr belə, onu başa vurmaq iqtidarında olmalıdır.

Tarix
2014.06.07 / 08:00
Müəllif
Əminə Xatun
Şərhlər
Digər xəbərlər

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla