Yuxarı

Motsartı Puşkin öldürüb - Gözəllik naminə

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

İncəsənətin sehrli gücü hətta tarixi faktları belə dəyişməyə qadirdir. Ancaq məgər bədii həqiqət tarixi həqiqətlə həmişəmi üst-üstə düşməlidir?

Axar.az ən məşhur bədii mifləri oxucularına təqdim edir.

I Mif. Otello – zənci

Bu gün hətta Otello haqqındakı Vikipediya məqalədə birmənalı şəkildə bildirilir ki, siz nə danışırsınız, nə zənci? Başdan-ayağa uydurmadır. Ancaq bir halda ki "xalq ensiklopediyası" heç də həmişə dəqiq deyil, gəlin həqiqəti daha ətraflı əsaslandıraq.

Məsələ belədir. Vilyam Şekspir üçün Otellonun prototipi Mauritsio Otello adlı italyan olub. O, 1505-ci ildən 1508-ci ilədək Kiprdə Venetsiya qoşunlarına komandanlıq edərkən arvadını orada çox müəmmalı şəraitdə itirir. Kiprlilər hadisənin onların adasında baş verdiyi üçün hədsiz dərəcədə öyünür və hətta Dezdemonanın qəbrini nümayiş etdirirlər. Hətta onlar güman edirlər ki, Şekspir baş qəhrəmanın milliyyətini dəyişib. Xatırladaq ki, Otello general olub. Ventsiyada da, Kiprdə də və bütün o zamankı Avropada da mavrları (orta əsrlərdə Afrika ərəblərinin və bərbərlərinin ümumi adı – tərc.) cəmiyyətin eynihüquqlu üzvləri hesab etmirdilər və çətin ki, donanmanın komandanlığını ona etibar edəydilər. Bilməcənin cavabı qısqancın adında əks olunub. Mauritsio adının qısa variantı "Mauro" ("mavr" italyancadır) kimi səslənir. Otellonu zənciyə çevirən teatr rejissorları Şekspirin səhvini daha da dərinləşdirirlər və o bu gün də səhnəyə zənci kimi çıxır. Deməli, nə zənci, nə də mavr, ağ italiyalı...

Hər şey yalnız bundan ibarət olsaydı, eyb etməzdi. Lakin yalnız faciənin özündə lap əvvəldə Rodriqonun bu sözləri səslənir:

Oh, qalın dodaqlı şeytan! Onunladır, görəcəksən,

İstəyinə nail olacaq!

Budur, bu da Yaqonun Dezdemonanın atasına ünvanlanmış sözləri: "Biz sizə lütf göstəririk, bizə isə deyirlər ki, dələduzuq! Deməli, siz istəyirsiniz ki, qızınız ərəb ayğırına aşiq olsun... "

Deməli, nə olursa-olsun, qalın dodaqlı ərəb ayğırı... Bəli, hər şey düz gəlir: Pireney yarımadasında və Şimali Afrikanın qərbində yaşayan müsəlman ərəbləri orta əsrlər Qərbi Avropasında mavrlar adlandırırdılar. Bu əraziləri ərəb istilalarının ikinci dalğası gedişində tutmuş ərəblər və bərbərlər 800 ildən çox bu torpaqlarda yaşayıblar.

"Mabros" (μαῦρος) yunanca "qara" deməkdir. Bu gün yunanlar zənciləri, bəzən isə ərəbləri belə adlandırırlar.

II Mif. Motsartı Salyeri öldürüb

Puşkin dühası bəstəkar Salyerini ümumun nifrətinə məhkum edib. Ümumiyyətlə, bu ideya haradan doğub? Belə bir fikir mövcuddur ki, Motsartı heç kim öldürməyib - əlbəttə, Puşkindən savayı.

Motsart 5 dekabr 1791-ci ildə müəyyən edilməmiş xəstəlikdən vəfat edib. Həyatının son illərində bəstəkar, sözün əsl mənasında, yoxsulluq içərisində sürünür, tez-tez xəstələnirdi. Belə bir məlumat var ki, xəstəliyinin kəskinləşmə dövründə bəstəkar Salyerinin pis niyyəti haqqında sayaqlayır, ancaq özünə gələrkən bu sözləri rədd edir. Eyni zamanda, qəzetlər yazırdılar ki, Salyeri kilsədə tövbə mərasimində hər şeyi ertiraf edib və hadisələrin güclü emosional təsiri altında öz boğazını kəsmək istəyir, sonra isə dəlixanaya yerləşdirilir. Ancaq Salyerinin etiraf və tövbə etməsini təsdiqləyəcək bircə etibarlı fakt da tapılmayıb.

Nəsillərin yaddaşıında lənətlənməkdən daha dəhşətli nə ola bilər? Dahinin qatili! Bəs əgər günahsız olduğun halda lənətləyirlərsə necə? 200 ildən də çox keçdikdən sonra ali məhkəmə nə baş verdiyini araşdırıb...

1997-ci ildə Milanda Ədliyyə Sarayının əsas zalında qeyri-adi məhkəmə prosesi keçirilirdi: iki yüz il əvvəl törədilmiş cinayət araşdırılırdı. Salyerinin böyük Motsartı zəhərləməsi işinə baxılırdı.

Burada ittihamçı və müdafiə olunan tərəflərin həkimlərinin fikirləri toqquşur. Müdafiə olunan tərəf qalib gəlir. Salyeri bəraət qazanır. Ancaq məgər bu, kimisə maraqlandırır?

III Mif. Kardinal Rişelyenin düşməni olan D'Artanyan Anna Avstriyskinın boyunbağısını tapıb gətirir.

Məlum olduğu kimi, xalqın – Aleksandr Düma tarixi zorlayır – ittihamına yazıçı cavab verir ki, bu zorlamadan ecazkar balalar doğulub. "Üç müşketyor" belə bir yalançı tarixi əsərə misaldır. Bu əsərdə tarix, sözsüz ki, iştirak edib, ancaq onu gerçəkliklə qarşılaşdırmaq çox çətindir.

Bu, ona görə baş verir ki, yazıçı həmişə olduğu kimi faktlara olduqca sərbəst yanaşıb və real həyatda yaşamış insanları tamamilə başqa bir tarixi mühitə atıb. Şarl de Bas Kastelmor D`Аrtanyan ("Üç müşketyor" romanının, hamının hörmətini qazanan sevimli qəhrəmanının prototipi də məhz o oldu) XIII Lüdovik və kardinal Rişelyenin sarayında yaşayıb. Həqiqətdə isə bu, ola bilməzdi. Çünki gerçək D`Artanyan kardinal Mazarinə və XIV Lüdovikə xidmət edib. Düma lazımi qəhrəmanı onunçün daha münasib zamanda – müşketyor dalğasının çiçəklənməsi və dini müharibələrin sonunda təsvir edir. Qraf D`Artanyan heç vaxt kardinalın düşməni olmayıb, əksinə Mazarinin xüsusi tapşırıqlarını yerinə yetirərək ona sədaqət və vəfa ilə xidmət edib. Boyunbağı əhvalatı – real tarixi faktdır. Anna Avstriyskaya və hersoq Bekingem bir-birlərini sevirdilər. Görünür, boyunbağı fitnəkarlığını həqiqətən də Rişelye təşkil etmişdi. O, bu kələyi öz agenti, Bekingemin keçmiş sevgilisi Lüsi Karlaylın əli ilə həyata keçirmişdi. Müşketyorlar onun üçün Londona getmirlər, hersoq iki gün ərzində onun surətini düzəltməyi və sevgilisinə çatdırmağı bacarır. Bizim əsrarəngiz D`Artanyan da həqiqətən bu vaxt at çapırdı, ancaq taxta at, çünki hadisələrin təsvir edildiyi zaman uşağın 4 yaşı var idi.

Tarix
2014.06.08 / 09:30
Müəllif
Əminə Xatun
Şərhlər
Digər xəbərlər

Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradıldı

5 gündür susan Makron barmaqlamağa başladı... - Video

İlham Əliyev Japarovun şərəfinə dövlət ziyafəti verir

Azərbaycanda su qıtlığı problemi... - BCG

Sadır Japarov Şəhidlər xiyabanında...

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - Foto

Sadır Japarov Heydər Əliyevin məzarını ziyarət etdi

Prezidentlər Çingiz Aytmatovun abidəsinin açılışında...

Türkiyə Zəngəzur dəhlizi ilə bağlı işlərə başladı

Ukraynalı deputatlardan etiraz: Rubenin Nobelə təqdimatı...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla