Yuxarı

ATV-də yeni veriliş: Aparıcı Məlahət, qonaq... – Foto

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Məlahət Abbasovanın ATV kanalında yayımlanacaq “Məlahətli söhbətlər” verilişi ilə bağlı mətbuat konfransı keçirilib.

Kult.az xəbər verir ki, media nümayəndələri ilə görüşdə azərbaycanlı aktrisa Məlahət Abbasova, aparıcı Turan İbrahimov və türkiyəli müğənni Pətək Dinçöz iştirak edib. M.Abbasova bildirib ki, türkiyəli və azərbaycanlı məşhurların iştirak etdiyi veriliş hazırlamaq onun çoxdankı arzusu olub. O, bu təşəbbüsün həyata keçməsində Mədəniyyət və Turizm Nazirliyinin dəstəyini xüsusi vurğulayıb:
“Uzun illərdir ki, Türkiyədə yaşayıram. Türk müğənni və aktrisaların çoxu bizim sənətçiləri tanımır. Biz isə onların sənət adamlarını tanıyırıq. Qərara gəldim ki, hər iki qardaş ölkənin dəyərli sənətçilərinin iştirak etdiyi layihə hazırlayım. Veriliş tamamilə fərqli formatda olacaq. Görkəmli sənət nümayəndələri ilə Azərbaycanın məşhur çay süfrəsi arxasında oturub söhbət edəcəyik. Veriliş şou və qalmaqaldan uzaqdır. Mən özümü aparıcı adlandırmıram. Hətta layihəni kanala təqdim edəndə dedim ki, başqa aparıcı seçə bilərsiniz. ATV-nin rəhbəri Vüqar bəy razılaşmadı, “Sizin simanız bizim üçün yetərlidir” dedi”.

Məlahət Abbasova onu da əlavə edib ki, türkiyəli müğənnilər Bakıya təmannasız gələcək. O, Pətək Dinçözün də verilişdə iştirak etmək üçün ondan pul tələb etmədiyini söyləyib:

“Bundan sonrakı qonaqlar da verilişdə təmannasız olaraq iştirak edəcək. Xüsusi qeyd etməliyəm ki, türkiyəli ulduzların Bakıya gətirilməsində, qarşılanmasında Mədəniyyət və Turizm Nazirliyi dəstək göstərməyə razı oldu”.

Aparıcı Turan İbrahimov M.Abbasovanın verilişdə həm türk, həm də öz dilimizdə danaşacığını dilə gətirib:

“Məlahət xanım öz dilimizdə çox səlist danışa bilir, lakin proqramda müəyyəm məqamlarda qonaqların bir-birini başa düşməsi üçün hər iki dildə danışacaq. Çünki layihə “Bir millət iki dövlət” devizi altında təqdim olunur”.

Pətək Dinçöz isə dəfələrlə Bakıda qonaq olduğunu və burada özünü qətiyyən yad hiss etmədiyini deyib. Müğənni Türkiyədə yaşayan həmyerlimiz Məlahət Abbasova ilə uzun illərdir tanış olduğunu deyib:

“Bakını çox sevirəm, əgər təşkilatçılardan təklif gələrsə, böyük məmnuniyyətlə konsert verərəm. Yeni ili çox zaman Bakıda qarşılayıram, insanlarınız çox istiqanlıdır. Veriliş üçün xüsusi hazırlıq görmüşəm, saçlarımın rəngini dəyişdirmişəm, paltar almışam”.

Pətək Dinçöz Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya olan heyranlığını da gizlətməyib:
“Sizin birinci xanımınızı çox sevirəm, ən böyük arzularımdan biri də onunla tanış olmaqdır. İnşallah, bir gün bu arzuma çataram. Buradan ona sevgilərimi və sayğılarımı bildirirəm”.

Fotolar: Elçin Murad

Tarix
2017.09.06 / 22:37
Müəllif
Aytən
Şərhlər
Digər xəbərlər

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla