Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
21 May 2018


İçki düşkünü olan yazıçıların beşliyi

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əlbəttə, yazıçı və şairlər – xüsusi insanlardır. Yaradıcılıq əhval-ruhiyyəsində olmaq, daima şövq yüksəkliyini və ruhi ekstazı qoruyub saxlamaq çox çətindir.

Təsəvvür edin, yazıçı ehtiras, faciə, ölüm, məhəbbət, qəddarllıq və s. kimi hisləri təsvir edərkən nə qədər stress yaşayır. Əlbəttə, bu, ruhi qüvvələrin həddindən artıq gərginliyini tələb edir. Bir çox görkəmli ədiblər belə ekstremal-emosional yükün altına girdiklərindən ağıllarını belə itirmiş, bir çoxları isə bu gərginliyi şərab və narkotiklərlə çıxarmağa cəhd etmişlər. Ancaq alkoqol onların bəzilərini fantaziyanın deyil, fiziki və ruhi iflasın zirvələrinə qaldıra bilib.

Axar.az bu bəlaya yoluxmuş dünya şöhrətli yazarların beşliyini oxucularına təqdim edir.

1. Ernest Miller Heminquey (21 iyul 1899 – 2 iyul 1961)

Amerika yazıçısı, jurnalist, Nobel mükafatı laureatı (1954). Böyük yazıçı hələ gəncliyindən içkiyə qurşanmışdı. Həyatının son illərində spirtli içkilərə olan meyli daha da güclənir. O, dərin depressiyaya və paranoyya (izlənmə qorxusu) vəziyyətinə düşür. Yazıçıya elə gəlirdi ki, FTB-nin agentləri onu hər yerdə izləyir, hər yerdə həyət itləri yerləşdirilib, telefon danışıqlarına qulaq asırlar, məktublarını oxuyurlar, bank hesabını daima yoxlayırlar. O, hər yoldan ötəni agent hesab edirdi (son illərdə FTB-nin məxfi sənədləri üzə çıxarılarkən məlum olub ki, yazıçı həqiqətən də doğru deyirmiş – tərc.). 1961-ci ilin iyulunda, puhi xəstəliklər dispanserindən çıxdıqdan sonra yazıçı özünü güllələyir. Heminqueyin ailəsində bu birinci hal deyildi. Onun atası Klarens Edmont Heminquey və babası da eyni üsulla intihar etmişdilər. Məşhur fotomodel olan nəvəsi Marqo da alkoqolizmdən əziyyət çəkirdi.

2. Ceyms Avqustin Aloiziy Coys (2 fevral 1882 – 13 yanvar 1941)

İrland yazıçısı, XX əsrin ən nüfuzlu yazıçılarından biri. Postmodernizmin yaradıcısı, "şüur axını"nın ixtiraçısı, əyyaş və etiqadsız olub. Onun qəhrəmanlarının həyatı, özününkü kimi, evdən daha çox meyxanada keçir. Güclü alkoqol düşkünü və katoliklikdən dönmüş Coys həyatının sonunadak yalnız mətnlərə olan dini hörmətini qoruyub saxladı. Arvadı Nora dostlarına şikayət edirdi: "Yazmağa bir şey tapması üçün məni başqaları ilə yatmağa məcbur edir". Ömrünün son illərində ağlını tamamilə itirir.

3. Frensis Skott Key Fitscerald (24 sentyabr 1896 – 21 dekabr 1940)

Romanları "caz dövrünün" (guya bu termini o özü düşünüb uydurmuşdu) təcəssümü olan məşhur Amerika yazıçısı. Fitscerald hələ kollecdə oxuyarkən içkiyə qurşanır. Birinci romanı "Cənnətin bu tərəfi ilə"dən sonra kübar cəmiyyəti xronikasının (qəzetdə: yerli xəbərlər şöbəsi – tərc.) başlıca personajları olan Skott və onun gözəl xanımı Zelda qonaqlıqlar, qəbullar və Avropanın kurortlarına səyahətlərdən ibarət şən, zəngin həyatdan zövq almağa başlayırlar. Onlar daima elə bir münasibətsiz hərəkət çıxarırdılar ki, bütün Amerika kübar cəmiyyəti onlardan danışırdı: gah Manhettendə taksinin üstündə gəzirdilər, gah fəvvarədə çimirdilər, gah da lüt-üryan tamaşaya gəlirdilər. Bununla belə onların həyatı daima qalmaqalla keçirdi (ən çox da qısqanclıq üzündən). Hər ikisi də həddindən artıq alkoqol qəbul edirdilər. "Caz dövrü"nün sonuna doğru spirtli içkilərin qəbulu Fitsceraldda açıq-aşkar alkoqolizmə, həmişə öz ekssentrikliyi ilə seçilən Zeldada isə şizofreniyaya çevrildi.

4. Henri Çarlz Bukovski (16 avqust 1920 - 9 mart 1994)

Amerika ədibi, şair, yazıçı və jurnalist. "Çirkli realizm"in nümayəndəsi. Bukovski yaradıcılığının tədqiqatçıları yazıçının alkoqolizmə qurşanmasını keçirdiyi ağır uşaqlıq illəri ilə əlaqələndirir. Çarlzın atası tiran və fizikicəzaların tərəfdarı idi, növbə ilə gah oğluna, gah da arvadına işgəncə verirdi. O, avara və yaxud, necə deyərlər, qeyri-düzgün həyat sürürdü - davamsız sevgi və seksual əlaqələr, alkoqolizm, təsadüfi tanışlarla dava-dalaş və daima asan yolla əldə edilən xırda qazanclar... Bütün ömrü boyu yazıçının yaradıcılığının əsas obyektləri klassik musiqi, tənhalıq, müəllifi göylərə qaldıran alkoqolizm, öz uşaqlığından götürülmüş səhnələr, yazıçılıq, ruh yüksəkliyi, ağılsızlıq, qadınlar, seks, məhəbbət və at yarışları idi.

5. Uilyam Katbert Folkner (25 sentyabr 1897 - 6 iyul 1962)

Amerika yazıçısı, şair və ssenarist, XX əsrin ən nüfuzlu yazıçılarından biri. 1949-cu ildə Nobel mükafatına layiq görülüb. Gələcək yazıçı 18 yaşında artıq əsl alkoqolik kimi içirdi. "Quru qanun" illərində təmiz qarğıdalı spirti içir, tez-tez fahişəxanalara gedirdi. Çünki orada müxtəlif növdə "qeyri-leqal" viskilər olurdu. O, 30 il alkoqolizmdən əziyyət çəkib. Ancaq çox qəribədir ki, ən gözəl əsərlərini də məhz bu dövrdə yazıb. Bu illər ərzində o, bir çox sınaqlardan keçib: alkoqolizmdən üzülmə, ağ ölüm, xora xəstəliyi, elektroşok terapiya, başından yaralanma, qabırğanın qırlıması, pilləkən və atdan yıxılma, fəqərə sütununun qırılması, lixoradka, daxili orqanların xəstəlikləri, əllərin əsməsi, yaddaşın itməsi. Bir sözlə, alkoqolikin keçirə biləcəyi bütün xəstəliklər.

Tarix
2014.06.11 / 08:30
Müəllif
Əminə Xatun
Şərhlər
Загрузка...
Digər xəbərlər

Ermənilərin arzusunu gözündə qoyan tarixçi vəfat etdi

Gəncədə parad: Avropanın İdman Şəhəri seçildi

Leyla Əliyevadan maraqlı təklif - Video

Gecəni qəribə səslər gələn tuneldə keçirdi və... - Video

Azərbaycanlılar alman həkimi necə şoka saldı

Cümhuriyyətin 100 illiyi: Dilqəm Əhmədin sərgisi - Foto

Köhnə paradiqmalar və Bakının yeni vizionu

Zirəddin: Alpinistlər bu cür həlak olub - Foto

Türk professor “Türkologiya” jurnalında – Seminar

Bakı-Batumi stansiyasına "abidə" statusu verildi

KULT
<>
Xəbər xətti
 

Səsvermə sona çatdı, nəticələr hesablanır

Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla